Siciliyada Avropanın ən aktiv vulkanlarından biri olan Etna yenidən püskürüb. Vulkanın atmosferə buraxdığı kül buludu Kataniya hava limanının fəaliyyətinə təsir göstərib.
Bizim.Media xəbər verir ki, Reuters-in məlumatına görə, kül buludunun yayıldığı hava məkanında uçuşların təhlükəsizliyi ilə bağlı məhdudiyyətlər tətbiq olunub. Kataniya hava limanına gələn reyslər müvəqqəti dayandırılıb.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, püskürmə zamanı bir neçə lava axını yaranıb və vulkanın aviasiya üçün təhlükə səviyyəsi ən yüksək — “qırmızı” səviyyədə saxlanılıb.
Siciliyaya uçan turistlərə yola düşməzdən əvvəl aviaşirkətlərdən reyslərinin statusunu yoxlamaq tövsiyə olunur.
Bizim.Media