İran Azərbaycanı heç vaxt sevə bilməz, çünki... – Fars mətbuatının son 5 gündə YAZDIQLARI

İranda anti-Azərbaycan kampaniyasını ötən həftə də davam etdirilib. Bu dəfə meydana “müstəqil” ekspetrlər” və “müstəqil mətbuat” düşüb. Amma İran rəsmiləri də ötən həftə ikibaşlı bəyanatlarından geri qalmadı. Məsələn, İranın Azərbaycandakı səfiri Abbas Musəvi “Trend” müsahibəsində bildirdi ki, “İran Zəngəzur dəhlizinin yaradılmasının əleyhinə deyil. Amma, bizim qardaş Azərbaycanla əsas dəhlizimiz var və o, 30 ildir ki, Naxçıvanla əlaqə qurur və bu əlaqə İran üzərindən həyata keçirilir(?).

Amma nədənsə Şimal-Cənub nəqliyyat dəhlizinin 20 ildir ki ilişib qalan əsas hissəsi, Astara-Rəşt dəmir yolunun tikintisi dayandırılıb.

İranın “müstəqil” ekspertləri və KİV-ləri də son 5 gündə səfirdən geri qalmayıb. Əksinə bir qədər irəli gedib. Məsələn, “Rahbord-e Moaser” saytı iddia edir ki, “İran bölgədə yeganə ölkədir ki, ikinci Qarabağ müharibəsi başlayandan balanslı(?) mövqe tutub və indi Bakı və İrəvanla bağlı balans yaratmağı planlaşdırır(?). 

Zəngəzur dəhlizini İran üçün təhlükə adlandıran sayt daha sonra yazır:

“Lakin Azərbaycanı Naxçıvanla birləşdirəcək və Türkiyəyə uzanacaq bu müstəqil dəhliz Ermənistan ərazisindən keçən Şimal-Cənub tranzit marşrutlarına təhlükə yaradır(?). Son aylar Qarabağ və Zəngəzur dəhlizi İran periferiyasında ən çətin məsələyə çevrilib və hətta ekspertlərin fikrincə, külün altındakı oda bənzəyir ki, bu da istənilən bəhanə ilə yenidən müharibənin başlanması ehtimalını mümkün edir”.

İranın kəskin anti-Azərbaycan mövqeyi ilə seçilən eksperti Salar Seyfəddini də ötən cümə növbəti qərəzli fikrini səsləndirib. O, öz Tvitter səhifəsindəki paylaşımında İrəvandakı Azərbaycanın qədim Göy Məscidini “İran məscidi” adlandırıb.

“Müstəqil” ekspert paylaşdığı ikinci postda daha irəli gedib. İddia edib ki, “Əgər dəhliz deyərkən Azərbaycan Ermənistanla siyasi və konsulluq əlaqələri tələb edən magistral yolu nəzərdə tutursa, belə bir şey yoxdur. Dəhlizdə məqsəd ərazi işğalıdır ki, bu da yeni savaş deməkdir. Hansı ki, bunun nəticələri, mövcud siyasət və qərarlara görə, İranla da müharibədir”. 
Hər iki yazdıdan hasil olan nəticə budur ki, İran hər vasitə ilə Zəngəzur dəhlizinin bərpasına əngəl olacaq. Müharibə yolu ilə olsa belə. Bax, fars rejimin mahiyyəti budur. Bütün səylər Azərbaycanın inkişafına və və dünyaya inteqrasiyasına əngəl olmağa səfərbər olub.

İranın QHT-ləri anti-Azərbaycan fəaliyyətini müxtəlif istiqamətdə və planlı şəkildə aparır. Həmin bədnam planlardan biri də Ermənistana siyasi-iqtisadi dəstək vermək və sonra da erməniləri azərbaycanlıların üstünə qısqırdmaqdır. Məsələn, ötən həftə Gilan Universitetində "Gilan və onun Qafqazın gələcək inkişafında rolu" mövzusunda xüsusi konfrans təşkil edilib. Konfransda ancaq fars və ermənilər təmsil olunub. 
 

Tədbirə qatılan İrəvan Universitetinin İranşünaslıq fakültəsinin müəllimi Artyom Tonoyan da 44 günlük Qarabağ savaşından sonra İran-Ermənistan əlaqələrinin perspektivlərini təhlil edərək vurğulayıb ki, “Ermənistan heç vaxt İranın təhlükəsizliyinə təhdid olmayıb və həmişə İranın yanında olub”. 


İranın anti-Azərbaycan mövqeyi ilə seçilən “Bultan News” saytı ötən həftə yazır ki, “Tam iki ildir deyirdik ki, Türkiyə və Bakı(?) Ermənistanın cənubunu işğal edərək, İran sərhədlərini kəsməklə “bədnam” Böyük Turan planını həyata keçirməyə hazırlaşırlar... Buyurun, İlham Əliyev indi rəsmən açıq danışmağa başlayıb və türkçülük ideologiyasını yeritməklə böyük Türk dünyasının yaradılmasından söz açır”, - deyə o iddia edib.

Nəhayət, gəldik molla rejimin qorxulu yuxusuna. Bütün fars rejimini qorxuya salan Böyük Turan ideyasıdır. Bu ideyanın reallaşması yolunda isə ilk hədəf Bütöv Azərbaycandır. Bunu Tehranda oturan siyasətçilər də, ideoloqlar da çox gözəl bilir. Amma bacardıqları qədər də prosesləri ləngitməyə çalışırlar ki, “bəlkə də qaytardılar”. 

Bu yerdə vacib bir xatırlama etmək istərdik: 1995-ci ildə Rəfsəncaninin prezidentliyi dövründə Təbrizdə türklərin yaşadığı iqtisadi cəhətdən zəif əyalətlə bağlı Nazirlər Kabinetinin iclası keçirilib.

Həmin vaxt ölkənin xarici işlər naziri olmuş Əli Əkbər Vilayəti iclasda bu sözləri deyir:

"Biz niyə Azərbaycana sərmayə qoymalıyıq? Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur - gec-tez İranı tərk edəcək). Ona görə də mən bu vilayətlərə sərmayə qoymağı məqsədəuyğun hesab etmirəm”.

Bəli, fars rejiminin ideoloqları artıq “oxun yaydan çıxdığını” çox gözəl bilirlər. Bununla belə tarixin təkərini durdurmağa çalışırlar.  Amma durdura biləcəklərmi?! Bunu artıq zaman göstərəcək...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

End of content

No more pages to load

RADİO