30 illik dostluğun ifşası – İranın erməni sevgisinin SƏBƏBLƏRİ

Yaxın günlərdə İranın nüvə müzakirələrində iştirak edən rəsmini Əbülfəzl Zuhtavendin səs yazısı sosial medianın gündəmindədir. İranın anti-türk siyasətinin rəsmi etirafı kimi qiymətləndirilən səs yazısında İran rəsmisi Zəngəzur koridorunun İran üçün təhlükə törətdiyini qeyd edir.

Onun sözlərinə görə, bu koridorun açılması İranın Cənubi Qafqazla əlaqələrinin kəsilməsinə hesablanmış bir addımdır.

Türkiyəni potensial təhlükə adlandıran Zuhtavend, həmçinin Azərbaycan adlı bir yer olmadığını və ən qısa zamanda Azərbaycanın İrana ilhaq edilməsi kimi absurd iddialar da səsləndirməyi unutmayıb. 

Hər nə qədər xoş təəssürat yaratmasa da İranın bu cür açıqlamaları və bu istiqamətdəki praktiki addımları yeni məlumat deyil. Zuhtavendinin sözləri İranda 30 ilə yaxındır ki, davam edən ermənipərəst mövqeyin etiraf edilməsindən başqa bir şey deyil.
Ermənistana dəstəyi və anti-türk siyasi xətti hər zaman inkar edən İran rəhbərliyi, artıq buna ehtiyac duymur. Çünki Cənubi Qafqazda dəyişən siyasi reallıqlar və güc balansının pozulması ilk növbədə İranı açıq siyasi xətt tutmağa və gizli əalqələrini etiraf etməyə məcbur edir. 

İranın yanlış Cənubi Qafqaz strategiyası

İranın Azərbaycan və Ermənistanla ikitərəfli münasibətlərinin qurulması digər post-sovet ölkələri ilə parallel şəkildə 90-cı illərin əvvəllərinə təsadüf edir. Lakin arxada qoyduğumuz 30 illik period bu münasibətlərin heç də paralell şəkildə inkişaf etmədiyini, əksinə daha çox Ermənistana dəstək xarakteri daşıdığını deməyə əsas verir. 

Birinci Qarabağ müharibəsini Azərbaycan və Türkiyə arasında qurula biləcək mümkün ittifaqın qarşısını almaq fürsəti kimi dəyərləndirən İran, münaqişənin aktiv fazasının davam etdiyi 4 il ərzində öz susqunluğunu qorudu.

Bəyanatlardan kənara çıxmayan rəsmi mövqe, baş verənlərin səssizcə izlənilməsi və minlərlə azərbaycanlının ölümünə göz yumulması irəliləyən illərdə ikitərəfli münasibətlərdə özünü açıq şəkildə büruzə verirdi.

Bu illər ərzində Ermənistan və Azərbaycan arasındakı münaqişəli vəziyyətdən istifadə edən İran qarşılıqlı əməkdaşlıq və siyasi gedişlərlə Cənubi Qafqazı yönləndirmə sitasətinə üstünlük verirdi.
Hər keçən gün güclənən və beynəlxalq dəstək əldə edən Azərbaycana qarşı Ermənistanı dəstəkləmək İran hakimiyyətinin Cənubi Qafqazdakı “balans” məntiqinin nəticəsi idi. Çünki düşmən iki dövlət arasında balans və münaqişənin davam etməsi, hər iki dövlətin İranın dəstəyinə ehtiyac duymasını zəruri edirdi.

İran siyasi dairələrinin fikrincə güclənən Azərbaycanı ram etmək və Cənubi Qafqazdakı “balans”-ı qorumaq üçün Ermənistanın mümkün olduğu qədər dəstəklənməsinə və ayaqda saxlanılmasına ehtiyac vardı.

30 illik gizli erməni sevdası 

Ermənistanın hər vəcdlə ayaqda saxlanılması şübhəsiz ki, İranın son 30 ildəki başlıca prioriteti olub. Bunun bariz örnəyi 44 günlük “Vətən müharibəsi” dövründə İrandan Ermənistana açıq şəkildə silah-sursatın, maddi texniki təminatın daşınması və müharibənin davam etdiyi günlərdə İranın Azərbaycan sərhəddində hərbi təlimlərə başlaması oldu.

Şimali İraqdan və Suriyadan İranın Kirmanşah şəhəri üzərindən erməni əsilli terrorçuların Qarabağa gətirilməsi və Azərbaycana qarşı hərbi əməliyyatlarda istifadə edilməsi isə bu əməkdaşlığın zirvəsi idi.
İran rəhbərliyinin Ermənistana dəstək xarakterli açıqlamaları və müharibədən sonra Ermənistanı açıq şəkildə müdafiə etməsi İranın ermənipərəst siyasətinin daha da gücləndiyinin göstəricisidir.

2021-ci ildə İranın Yerevandakı rəsmi səfiri Abbas Zohurinin Ermənistanı “dost və qardaş ölkə” adlandırması bu münasibətlərin hansı miqyasa yüksəldiyini bir daha gözlər önünə sərir.

Cənubi Qafqazda sərhədlərin dəyişməsini öz “qırmızı xətti” hesab edən İran rəhbərliyinin, işğalın davam etdiyi 30 il  ərzində bir dəfə də olsun qırmızı xəttlərdən danışmaması xüsusilə maraqlıdır. 

Görünən odur ki, 30 illik “xətalı” geosiyasi strategiyanı inadla davam etdirən İran Cənubi Qafqazdakı yeni güc balansını qəbullanmaqda çətinlik çəkir.

Ermənistana 30 il ərzindəki yatırımların fiaskoya uğramasından sonra İran rəsmiləri hələ də oxşar fəaliyyətləri davam etdirir. Lakin nədənsə Türkiyə və Azərbaycan arasındakı qardaşlığı təhlükə hesab edən İran, 30 il ərzində Cənubi Azərbaycanda formalaşan və inkişaf edən türk kimliyin görməzdən gəlir.

Cənubdakı soydaşlarımızın pozulan hüquqlarının, onlara qarşı törədilən etnik ayrı seçkiliyin təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün qırmızı xətt olduğunu yaddan çıxarır.
İran tarixindəki türk izini unudan İran rəhbərliyi təkcə regionda deyil, həm də ölkə daxilindəki siyasi reallıqları qəbul etməkdə çətinlik çəkir.

30 milyonluq Azərbaycan türkünə xitab edərkən Azərbaycan dilindən istifadə etməyə məcbur olan İran rəhbərləri cənubdakı azadlıq eşqinə hamıdan çox bələddir. Bu azadlıq eşqinin İran rəhbərliyini nələrə məcbur edəcəyi isə bu gün üçün qeyri-müəyyəndir, amma gələcəkdə nələrin baş verəcəyini təsəvvür etmək çətin deyil.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

End of content

No more pages to load

RADİO