XİN rəhbəri fəaliyyəti başa çatan avropalı diplomatı qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycanla Avropa Şurası arasında səmərəli dialoqun mövcud olduğunu vurğulayıb. AŞ ilə əməkdaşlığa dair 2022-2025 illər üzrə fəaliyyət planının vacib istiqamətlərdən biri olduğunu qeyd edib.

Bu xüsusda, Azərbaycan ilə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün dialoqun davam etdiyini, bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Zoltan Hernyeş Azərbaycanda son beş il ərzində fəaliyyət göstərdiyi dövrdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın, qarşılıqlı anlaşma və etimad əsasında genişləndiyini bildirib.

Bu ilin aprel ayında Avropa Şurası Baş katibinin Azərbaycana səfərinin münasibətlərə müsbət töhfə verdiyini, 2022-2025 illər üzrə fəaliyyət planı çərçivəsində Azərbaycanın ehtiyaclarına uyğun olaraq bir sıra layihələrin icrasına başlanıldığını vurğulayıb.

Azərbaycan tərəfindən milli səviyyədə həyata keçirilən hərtərəfli islahatların önəm daşıdığı, Avropa Şurasının bu islahatlara dəstək üçün aidiyyəti qurumlar ilə birgə layihələr icra etdiyini bildirib.

Nazir Ceyhun Bayramov daha sonra, qarşı tərəfi bölgədəki cari vəziyyət, post-münaqişə sonrası Azərbaycanın sülh gündəliyi və həyata keçirilən tədbirlər, regional əməkdaşlıq imkanları, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırıb.

Zoltan Hernyeş öz növbəsində, Azərbaycanın bölgədə və beynəlxalq çərçivədə həyata keçirdiyi xarici siyasətin, inteqrasiya proseslərinə töhfəsinin vacib olduğunu bildirib. Avropa Şurasının sülh və barışıq səylərinə dəstək verəcəyinə ümidvar olduğunu qeyd edib.

Ceyhun Bayramov səfir Hernyeşə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

End of content

No more pages to load

RADİO