Səudiyyə Ərəbistanının "Əl-Diriyah" klubu "Beşiktaş"ın yarımmüdafiəçisi Uilfred Ndidini transfer etmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə "Haber Türk" televiziyası məlumat yayıb.
Ərəblər nigeriyalı futbolçu üçün Türkiyə klubuna 7 milyon avroluq təklif göndərib. İstanbul nəhəngi bu təklifi qəbul etməyib. Super Liqa təmsilçisi 29 yaşlı dayaq yarımmüdafiəçisi üçün 10 milyon avro tələb edirlər.
Qeyd edək ki "Beşiktaş" Uilfred Ndidini 2025-ci ilin yayında "Lester Siti"dən 8 milyon avroya transfer edib.
Nigeriya millisinin üzvü 2025/26 mövsümündə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media