Çin səfiri İrəvandan Qərbi Zəngəzura nə üçün getmişdi? – Bir səfərin PƏRDƏARXASI

Ermənistan mətbuatının yazdığına görə, Çinin bu ölkədəki səfiri Fan Yun ötən gün işgüzar səfərlə Zəngəzurda olub.

Orada keçirdiyi görüşlər çərçivəsində səfir bildirib ki, səfərin məqsədi Çinlə Ermənistanın bu vilayəti arasında əməkdaşlıq etmək arzusudur. Fan Yun onu da qeyd edib ki, Çin səfirliyi öz ölkəsinin investorlarını Sünikə göndərməkdə maraqlıdır.

Bəzi ekspertlərin fikrincə, Çin bununla göstərmək istəyir ki, guya səfir Azərbaycanla sərhəddə yerləşən Sünik vilayətilə əməkdaşlıq etmək üçün söhbətlər aparıb. Amma aydın məsələdir ki, bu səfərin pərdəarxasında başqa məqamlar dayanır.
 

MÖVZU İLƏ BAĞLI:

Çinli diplomatdan İrəvana dəstək: “Pekin Ermənistanın ərazi bütövlüyünün tərəfdarıdır”


Qeyd edək ki, digər güclər kimi, Pekin üçün də Zəngəzur dəhlizi mühüm əhəmiyyət kəsb edir. Öz məhsullarının bu ərazidən daşınmasında digərləri kimi o da maraqlıdır.

Bu mənada aydın məsələdir ki, Çin səfirinin sözügedən regiona səfərinin başlıca məqsədi heç də Sünik vilayətilə əlaqələr qurmaqdan ibarət olmayıb.

Süniklə əlaqələr məsələsi sadəcə əsas məqsədə çatmaq üçün vəziyyəti yerində yaxından öyrənmək naminə ortaya atılıb. Səfir səfəri fonunda digər tərəfdən, çox güman ki, həm yerli əhalinin dəhlizin açılmasına münasibətini öyrənib, həm də sakinlərin diqqətinin bu istiqamətdə formalaşmasına çalışıb.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Cümşüd Nuriyev bildirir ki, Çin səfirinin Zəngəzura səfəri Pekinin həmin dəhlizin açılmasına maraq göstərməsindən qaynaqlanır.

Ekspert qeyd edir ki, bu mənada Fan Yunun həmin səfəri Azərbaycanın marağına cavab verir:

“Hazırda Çin Rsiya üzərindən heç bir yerə çıxa bilmir. Əvvəllər Azərbaycanın gündəmə gətirdiyi “Böyük İpək yolun”ndan istifadə edirdi. Dəniz vasitəsilə Avropa ilə əlaqə yaratmaq isə uzaq olduğundan baha başa gəlir. Bunun üçün Afrika sahillərindən keçməlidir.
Yeganə quru yolu Orta Asiya və Azərbaycandan keçməklə həyata keçirilə bilər. Pekində bunu gözəl başa düşürlər. Çin özünün iqtisadi marağına görə hər şeyə gedə bilər. Zəngəzur dəhlizi kommunikasiya xətti kimi Çinin də marağındadır. Çin ona görə də İrandan fərqli olaraq həmin dəhlizin açılmasın istəyir.

Pekin ağır vəziyyətdə olan Ermənistanın iqtisadi durumundan yararlanmağa da çalışır. Çinin İrəvandakı səfirinin bu fonda Zəngəzura səfər etməsi Azərbaycanın da marağına uyğundur. Azərbaycan da Zəngəzur dəhlizinin tezliklə fəaliyyətə başlamasını istəyir. Azərbaycan Laçın yolunu 3 il əvəzinə 1 il 10 aya tikib.

Belədə, Ermənistan istəsə də-istəməsə də Azərbaycan Zəngəzur yolunu sərmaye qoymaqla özü başa çatdıra bilər. Bu istiqamətdə Azərbaycan tərəfdən dəmir yolu və asvalt yol çəkilir. Qalan 42 km yolu Azərbaycan qısa müddətə çəkə bilər.
Çin səfirinin bu addımı həm də Tehrana mesajdır. Bilirik ki, İran Zəngəzur dəhlizinin əleyhinədir. Digər tərəfdən, həmin səfər bu məsələdə Pekinin Rusiyanı dəstəklədiyi anlamına gəlir. Dəhlizin çəkilməsində Çinin maraqlı olması eyni zamanda Türkiyə və Azərbaycan üçün də mesajdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

End of content

No more pages to load

RADİO