300 mindən artıq insanın petisiya irəli sürdüyü su anbarı – TARİXİ FOTO

Əslində Sərsəng Su Anbarı Ümummilli lider Heydər Əliyevin şah əsərlərindən biridir. Hələ keçən əsrin 70-ci illərində belə bir su hövzəsini yaratmaq üçün Heydər Əliyev dəridən-qabıqdan çıxmışdı. Moskvada Mərkəzi Komitənin razılığını almaq üçün araşdırmalar aparmış, onun nə qədər həyati əhəmiyyət daşıdığını sübut etmək üçün arqumentlər gətirmişdi. Və nail olmuşdu. Ötən son 30 il isə hamıya məlumdur...

Bir neçə gün əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-nin bir qrup məsul əməkdaşı Rusiya sülhməramlılarının nəzarət zonasında olan Sərsəng su anbarına baxış keçiriblər.

Hədəf bu zonada kənd təsərrüfatının suvarma suyuna olan ehtiyacın bu su anbarının ehtiyatları hesabına ödəməkdir. Təbii ki, melioratorlarımızın bu addımı həm ölkəmizdə, həm də Ermənistanda geniş əks-səda doğurub. Qeyd edək ki, bu ərazilər 1992-ci ildə Ermənistanın silahlı qüvvələrinin iştirakı və rus ordusunun dəstəyi ilə işğal olunub. Ötən 30 ildə Sərsəng su anbarından və burdakı su elektrik stansiyasının imkanlarından Azərbaycan xalqı məhrum olunub və anbarın qorunub saxlanması üçün bir quruş da xərclənməyib.

Ölkəmizin rəhbərliyi Sərsəng su anbarının ehtiyatlarından yararlanmaq üçün ötən dövrdə davamlı tədbirlər həyata keçirib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin hazırladığı “Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə layihəsi erməni lobbisinin ciddi maneələrinə baxmayaraq, qurumun büro iclasında müzakirə olunub və 2016-cı ilin yanvar ayında Avropa Surası Parlament Assambleyası Sərsəng su ambarı ilə bağlı 2085 saylı qətnamə qəbul edib.

Eyni zamanda, həmin ilin aprel - may aylarında Azərbaycanda ABŞ Prezidentinə bu qətnamə ilə bağlı Petisiya unvanlandı. Petisiya 300 mindən artıq imza topladı. İmza toplama kampaniyasında Azərbaycanla yanaşı qardaş Türkiyə vətəndaşları da fəal iştirak etdi. Lakin, həm Avropa Şurası, həm də ABŞ Azərbaycan xalqının haqlı tələbinə laqeyd qaldı.

Nəhayət, 44 günlük müharibədən sonra Azərbaycanın yenidən öz sərvətlərinə sahib çıxmaq imkanı yarandı.

Bir daha vurğulayaq ki, Sərsəng su anbarının mövcud olması Ümummilli lider Heydər Əliyevlə bağlıdır. Ötən əsrin 70-ci illərində Azərbaycanın kənd təsərrüfatındakı sürətli inkişaf yeni su mənbələrinin yaradılması zərurətini yaradırdı. Məhz bu zərurətə görə ulu öndər Moskvadan Azərbaycanda yeni su anbarının inşası üçün icazə aldı. Tərtər çayının üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilən su anbarı 1976-cı ildə istismara verildi.

Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Mingəçevir su anbarından sonra ölkəmizdə ikinci ən böyük su mənbəyi olan Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
 

Yalnız su anbarı və onun qurğuları uzun illər baxımsız qaldığından qəza vəziyyətindədir. Bu mənada Sərsəng su anbarı onun aşağı byefində yerləşən əhali üçün həm də ciddi təhlükə mənbəyidir. 


Azərbaycan hökümətinin Sərsəng su anbarının yenidən istismara qaytarılması istiqamətində son addımı bu mənada çox böyük sosial-iqtisadi və mənəvi əhəmiyyət daşıyır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

End of content

No more pages to load

RADİO