“Bu gün 20 Yanvar şəhidlərimizin ruhu şaddır” - İSA HƏBİBBƏYLİ

“20 Yanvar tariximizin ən faciəvi səhifəsidir, həm də Azərbaycanı dövlət müstəqilliyinə aparan şərəfli yoldur. 20 Yanvar mənfur Sovet rejiminin terrorçu mahiyyətini aydın şəkildə meydana qoydu, eyni zamanda Azərbaycan xalqının azadlığı uğrunda mübarizədə dönməz, istiqlal üçün canını fəda etməyə, şəhid olmağa hazır olduğunu göstərdi. Ona görə də, böyük şairimiz Bəxtiyar Vahabzadə vaxtilə “Şəhidlər” poemasında gözəl deyirdi ki, “Torpağın bağrına cəsədləri ilə, azadlıq toxumu əkdi şəhidlər!””

Bu sözləri Bizim.Media-ya 20 Yanvar barədə danışarkən Milli Məclisin deputatı, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Millət vəkili şəhidlərimizin qanının yerdə qalmadığını və onların qəhrəmanlığı nəticəsində müstəqil dövlətimizin olduğunu vurğuladı:

“Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmadı. Bu qəhrəmanlığın nəticəsi olaraq Azərbaycan xalqı müstəqil dövlətini yaratdı. Azərbaycan dövləti – şəhidlərimizin uğrunda mübarizə apardıqları ideyaların nəticəsi idi. İstər I, istərsə də II Qarabağ müharibəsində xalqımız çoxsaylı şəhid verib".

 

MÖVZU İLƏ BAĞLI:

Şəhidlər Xiyabanının ziyarəti əvvəlki illərdən fərqli olacaq - RƏSMİ


"Şəhidlər Vətən Müharibəsində öz qanları ilə Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin etdilər. Biz artıq ərazisini tam bərpa etmiş ölkənin vətəndaşlarıyıq. Allah şəhidlərimizə bir daha rəhmət eləsin! Şəhidlik bizim qan yaddaşımızdır. Xalqımız hər zaman öz şəhidinə böyük hörmət və sonsuz ehtiram  bəsləyib”.

20 Yanvar faciəsinin huquqi qiymət almasında ümummili lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərinin olduğunu deyən İ.Həbibbəyli ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizə rəhbərlik edənlərin bu faciəyə laqeyd qaldığını qeyd etdi.  

“Çox təəssüf ki, o zamanlar Azərbaycana rəhbərlik edənlər 20 Yanvar faciəsinə hüquqi qiymət vermədilər. Bu da təbii idi, çünki 20 Yanvar faciəsinin baş verməsində özləri də yaxından iştirak ediblər. Bu faciənin əsas günahkarlarından olduqları üçün, təbii ki, 20 Yanvar faciəsinə siyasi qiymət vermək fikrindən uzaq olmalıydılar. Bu faciəyə ilk siyasi qiyməti ümummili lider Heydər Əliyev DTX-nın ciddi nəzarətində olduğunu bilə-bilə, xalqının lideri kimi böyük dəyanət göstərərək Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib orda hüquqi qiymətini verdi və dünya ictimaiyyətini SSRİ rəhbərliyinin bu mənfur əməlinə biganə qalmamağa səslədi".

"Heydər Əliyevin o dövrdəki bəyanatı SSRİ-yə rəhbərlik edənlərə qarşı tutarlı faktlara söykənən ittiham kimi səsləndi. Azərbaycanın azadlığı uğrunda qurban gedən şəhidlərimizin qanının yerdə qalmayacağını bütün dünyaya bəyan etdi. Mən hesab edirəm ki, bu bəyanat xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin həlledici dönüş nöqtəsidir. Məlumdur ki,  ulu öndər Heydər Əliyev sonralar istər Naxcıvan Ali Məclisinin sədri, istərsə də, Azərbaycan Respublikasının pezidenti kimi 20 Yanvar faciəsini Milli Məclis səviyyəsində hüquqi qiymətin verilməsinə nail oldu”, deyə akademik bildirdi.

İ.Həbibbəyli söhbət zamanı vurğuladı ki, 20 Yanvar şəhidlərinin canlarından keçdiyi amallardan sonra bütün torpaqlarımız düşmən tapdağı altından azad olundu:

“20 Yanvar faciəsi bizim həm də Vətən Müharibəsindəki qələbələrimizin memarıdır. Sentyabrın 27-dən noyabrın 10-dək qalib sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun apardığı Vətən Müharibəsində işğal olunmuş torpaqlarımızın geri alınması, Azərbaycanımızın ərazi bütövlüyünün bərpası, 20 Yanvarda canından keçən şəhidlərimizin ideyalarının həyata keçməsinin təntənəsidir".

"Heydər Əliyev ideyalarının davamcısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərkərdəliyi altında Milli Ordumuz 30 ildən bəri düşmən işğalındakı tarixi torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi".

"
Bu döyüşlərdə də şəhidlərimiz oldu. Həmin şəhidlərimiz bizə bu dəfə 20 Yanvar faciəsinin ildönümünü ilk dəfə ərazi bütövlüyünü tam bərpa etmiş ölkənin vətəndaşları kimi qeyd etməyi bəxş etdilər. Mən inanıram ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır, o cümlədən də 20 Yanvar şəhidlərinin. Allah şəhidlərimizə rəhmət eləsin!”.

İltifat Hacıxanoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

End of content

No more pages to load

RADİO