Yaxın Şərqə BARIŞ GƏLİR – Türkiyə və İsrail səfirləri Tel-Əviv və Ankaraya qayıdırlar

Nəhayət çoxdan gözlənilən gün gəldi! İsrail Türkiyə ilə barışdı! Tel-Əviv və Ankaradakı səfirlər artıq öz iş yerlərinə geri qayıdır.

Münasibətlərin bərpası ilə bağlı yekun qərar dünən İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Alon Uşpizlə Türkiyə Xarici İşlər nazirinin müavini Sədat Ünal arasında telefon danışığı zamanı qəbul edilib.

Yazda əriyən buzlar

Qeyd edək ki, Türkiyə və İsrail arasında uzun müddətdir davam edən soyuqluğa hələ bu ilin martında son verilmişdi. İki ölkə arasında 15 il davam edən soyuqluqdan sonra İsrail prezidenti İsaak Hersoq Türkiyəyə rəsmi səfər edərək Ankarada prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü.
 


MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidenti Türkiyə və İsraili necə barışdırdı?


Türkiyə İsrailin dövlət başçısını yüksək səviyyədə qarşıladı. Bu görüşdən sonra iki ölkə arasında münasibətlər istiləşməyə başladı.

Bu yaxınlarda İsrailin Qəzza bölgəsində həyata keçirdiyi “Sübh” əməliyyatı zamanı Türkiyə prezidentinin əvvəlki analoji əməliyyatlardan fərqli olaraq İsrailə qarşı ritorikasının çox təmkinli olması münasibətlərə yeni çalar verdi. Təl-Əviv Ankaraya qarşı daha səmimi olmağa başladı.

Davos insidentinin və “Mavi Mərmərə” olayının yaratdığı ziddiyyətlər

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində iki ölkə münasibətlərində Fələstin münaqişəsi mövzusunda soyuqluq yaranıb.

Davosda məlum “ona minute” və 2010-cu il “Mavi Marmara” hadisələri Ankara və Təl-Əviv əlaqələrinə güclü zərbə oldu. İki ölkə qarşılıqlı olaraq səfirləri geri çağırıb, diplomatik əlaqələr minimuma endi.

Doğrudur, 2013-cü ildə ABŞ-ın o zamankı prezidenti Barak Obamanın vasitəçiliyi ilə Türkiyə və İsrail baş nazirləri Ərdoğanla və Netanyahu barışdı.

Və İsrail sonrakı illərdə “Mavi Marmara” gəmisində öldürülən Türkiyə vətəndaşlarına görə 20 milyon təzminat ödəməyi öhdəsinə götürdü.

Lakin bununla belə rəsmi Ankaranın Fələstin məsələsindəki mövqeyi münasibətlərdə əsas əngəl olaraq qaldı. Nəhayət, 2018-ci ildə HƏMAS-ın Qəzza zolağı ilə İsrail sərhədi boyunca yürüşləri zamanı hər şey dağıldı.

Türkiyə Yaxın Şərqin Avropaya və inkişafa açılan qapısıdır

İki ölkə arasında münasibətlərdə istiləşmə isə 2021-ci ildə Türkiyənin Qüdsün tələbi ilə prezident sarayının qarşısında şəkil çəkdirdiyinə görə həbs edilən israilli cütlüyü azad etməsindən sonra başladı. Sonra iki ölkənin məxfi xidmətləri İstanbulda yəhudi dövlətindən turistləri qaçırmağa çalışan iranlı diversantları birgə saxladılıar.

İndi münasibətlər bərpa olunub. Bu isə o deməkdir ki, Yaxın Şərqin siyasi xəritəsi yenidən dəyişir.

Xüsusən də ərəb ölkələri ilə münasibətlərin normallaşdırılmasına dair “İbrahim müqavilələri”ni nəzərə alsaq bu açıq-aydın görünər.

Ötən il İsrail və Türkiyə arasında ticarət həcmi 36 faiz artaraq keçən il 8,5 milyard dollara yüksəlib. 2022-ci ildə bu rəqəmin 10 milyarda qədər artması proqnozlaşdırılır. Amma iki ölkə münasibətlərin normallaşmasından daha çox divident əldə etmək istəyir.

Bunlardan biri İsrail qazının Türkiyə ərazisindən Avropa bazarına çıxarılması təklifidir. Məsələ ondadır ki, Şərqi Aralıq dənizindən hasil olunacaq qazın bazara çıxarılması məqsədi ilə Yunanıstan, Kipr Respublikası (Yunan Kipri – K.R.), İsrail, Misir, Fələstin, İordaniya, Fransa və İtaliyanın da təmsil olunduğu forum təşkil edilib. Forumda Türkiyə təmsil olunmayıb.

Bundan başqa, İsrail-Yunanıstan-Cənubi Kipr elektrik xəttinin Aralıq dənizinin altı ilə çəkiləcək 1208 kilometr uzunluqda HVDC kabeli vasitəsilə birləşdiriləcəyi layihədə də Türkiyə yoxdur. Ancaq yuxarıda da qeyd etdiyim kimi, bu mövzuda həm də İsrailin Türkiyəyə ehtiyacı var.

İsrail qazının Kipr üzərindən Avropaya çıxarılması layihəsinin həddən artıq baha başa gəlməsi, eləcə də ABŞ-ın layihədən çəkilməsi İsrail üçün Türkiyənin əhəmiyyətini artırır. Çünki Türkiyə İsrail qazının Avropa bazarına çıxarılması üçün ən uyğun xətt hesab olunur.

Eyni zamanda Türkiyə özü də faktiki olaraq sahil ölkələri, eləcə də ABŞ, BƏƏ, Fransa kimi ölkələrin dəstəklədiyi qaz istehsalı layihəsindən kənarda qalmaması üçün regional əməkdaşlığı gücləndirməyə başladı.

Son bir ildə Ankara həm Yunanıstan, BƏƏ, həm də İsraillə əlaqələri düzəltmək üçün cəhdləri artırdı.

Bir sözlə, Yaxın Şərqdə yeni proseslər başlayır. Nə yaxşı ki, başlanan bu nəhəng proseslərdə dominant qardaş Türkiyədir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO