“Bu ölkəni tərk etməyəcəyik” - Türkiyəli iş adamı Ukraynada başına gələnlərdən danışdı - MÜSAHİBƏ

Müharibəyə qədər Ukrayna bir çox xarici investorları özünə cəlb etməyi bacarmışdı. Xüsusən hakimiyyət dəyişikliyindən sonra ölkədə şəffaf mühütün yaranması ilə bağlı atılan addımlar yüzlərlə yeni investorların marağına səbəb olmuşdu.

Bizim.Media xəbər verir ki, Ukraynada xarici iş adamları arasında xeyli sayda azərbaycanlı və sahibkarlar da yer alır.

Onlardan biri də 20 ildən artıqdır Ukraynada çalışan türkiyəli iş adamı İsmail Hacıoğludur. İsmail bəy Bizim.Media-ya müsahibəsi zamanı müharibənin xarici investorlara vurduğu zərər barədə məlumat verib.

- Cənab Hacıoğlu, sizinlə müsahibəmizin məqsədi Ukraynadakı biznes mühütünü şərh etməkdir. Bunu sizin timsalınızda anlayacağıq.

Neçə ildir Ukraynadasız və nə iş görürsüz?

- 24 ildir Ukraynanın Mariupol şəhərində yaşayıram. Biz bütün Ukraynada tikinti podratı, tikinti və torpaq alqı-satqısı, taxta istehsalı və ticarəti, tikinti materiallarının ticarəti, kompleks lift, lift ehtiyat hissələri, xidmətlərə texniki qulluq kimi biznes fəaliyyətimiz var idi.

Rusiyanın Ukraynaya hücumuna görə bütün işlərimiz dayandı.

Mariupolda bizim tikib sata bilmədiyimiz 4 mənzil və 2 mağazamız olan bina bombalandı. Yalnız oradan 210 min dollar zərərimiz var.
Təzəcə lüks mənzillərə başladığımız tikintimizdəki avadanlıqlarımız talan edilib, orada itkilərimiz 170 min dollar civarındadır.

Lift sifarişlərimiz danışıqlarda olan, daha sonrakı tarixə təxirə salınıb;

İlkin razılaşmalar əldə edilən Berdyansk, Pereyaslav və Xerson, Geniçevsk, Mikolayev, Malin Mütəşəkkil Sənaye Bölgəsi layihələrimiz müharibədən sonraya qədər təxirə salındı.

Bütün bu səbəblərdən podratçı şirkətlərimizi və işçilərimizi ödənişsiz məzuniyyətə çıxararaq fəaliyyətimizi müvəqqəti dayandırdıq və yeni layihələrin başlaması üçün danışıqlarımızı davam etdiririk.

- Yenidən fəaliyyəti bərpa etmək mümkündürmü? Bunun üçün hansısa işlər görülür?

- Hazırda biz Ukrayna ilə Avropa İttifaqı arasında hansı kommersiya fəaliyyəti həyata keçirə biləcəyimizi araşdırırıq.

Ukraynada iş həyatı bu müharibədən təsirləndi, xüsusən də müharibənin ən ağır zərbəsini aldığımız Mariupol şəhərində, 5 şirkətimizin mərkəzi qərargahı var, demək olar ki, bütün şirkətlər ticarət fəaliyyətlərini dayandırıb.

Dəqiq bilirəm ki, xarici investorların 40%-i Ukraynada fəaliyyətini dayandırıb.

- Müharibənin ən böyük ağrısını Mariupolda hiss etmək olar. Yəqin ki, ərazini tərk edən investorların əsas çoxluğunu daMariupoldan olanlar təşkil edir?!

Dəqiq rəqəm demək mümkündürmü?

- Bəli, müharibədən zərər çəkən Mariupol şəhərində investisiyalar dayandırılıb. Xarici investorların obyektləri və avadanlıqları terrorçu elementlər tərəfindən talan edilib. Bu, bütün Ukraynada tərk edilmiş xarici investorun təxminən 15%-ni təşkil edir.

- Bildiyim qədər siz və sizin kimi onlarla sahibkar ərazini tərk etməyib. Ukraynaya nə kimi yardımlar edirsiz?

- Bağlı olduğumuz qeyri-hökumət təşkilatları vasitəsilə ərzaq, tibbi ləvazimat və təcili yardımlar göstərmişik və bu yardımlar davam edir.

- Ərazini tərk etməyi düşünürsüzmü?

- Ukrayna bizim ikinci vətənimizdir, artıq ayrılmaq fikrimiz yoxdur. Bir müddət işimizə ara verdik, ailələrimizi təhlükəsiz ölkələrə apardıq və indi daha az risklə nə edə biləcəyimizi və necə edəcəyimizi araşdırırıq ki, iqtisadiyyata töhfə verə bilək.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO