"Azərbaycan danışıqların imitasiyası ilə bağlı vəziyyətin təkrarlanmasını istəmir" - XİN

"Azərbaycan Ermənistan tərəfdən danışıqların imitasiyası ilə bağlı ikinci Qarabağ müharibəsindən əvvəlki dövrdə uzun illər müşahidə olunan vəziyyətin təkrarlanmasını istəmir”. 

Bizim.Media-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Musulmans en France” internet portalına müsahibəsində deyib. 

L.Abdullayeva qeyd edib ki, Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarına vurduğu dağıntı və ziyanın dərəcəsinə baxmayaraq, Bakı İrəvana münasibətlərin normallaşdırılmasını təklif edib: 

"Çünki Azərbaycan həmişə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülhə mane olan yeganə şey işğal faktıdır. İşğal faktı aradan qaldırıldığı üçün biz Ermənistanla irəliləməyə və münasibətləri normallaşdırmağa hazır olduğumuzu bəyan etmişik. Ona görə də Prezident İlham Əliyev Ermənistanla hərtərəfli sülh sazişi imzalamaq ideyası ilə çıxış edib”. 

XİN rəsmisi onu da vurğulayıb ki, bu prosesdə hər iki tərəfin siyasi iradəsi mühüm rol oynayır. Azərbaycan sülh sazişi təşəbbüsü irəli sürməklə siyasi iradəyə malik ölkə olduğunu nümayiş etdirdi. Eyni zamanda Azərbaycan bu sülh sazişinin əsaslanmalı olduğu fundamental prinsipləri təklif edib. 
"Biz münasibətlərin normallaşması prosesinə ciddi yanaşdığımızı göstəririk", - o deyib. 

L.Abdullayeva əlavə edib ki, Azərbaycan danışıqların imitasiya xarakterli olduğu vəziyyətin təkrarlanmasını istəmir.

"İndi açıq şəkildə bildirmək istədiyimiz bir şey var: biz imitasiya danışıqları ilə bağlı vəziyyəti bir daha görmək istəmirik, çünki biz bunu 30 il ərzində görmüşük. Əgər Ermənistan tərəfi son 30 ildə "danışıqların imitasiyası ilə məşğul olmasaydı, o zaman, yəqin ki, ikinci Qarabağ müharibəsi də olmazdı. Biz imitasiya yox, real, konkret nəticələr görmək istərdik. Çünki biz istəyiriksə, regionda sülh bərqərar olsun. Bunun üçün Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir”, - L.Abdullayeva qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO