İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul etdi - YENİLƏNİB - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevi qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Bakıda keçiriləcək iclasına toxunaraq, bu formatın iqtisadi və digər sahələrdə qarşılıqlı fəaliyyətin möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirdi. 

İkitərəfli əlaqələrdən danışan dövlətimizin başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin genişləndirilməsinə verdiyi töhfəni qeyd etdi.

Bu baxımdan Qırğız Respublikasının Prezidentinin bu il ölkəmizə səfəri zamanı əməkdaşlığın geniş gündəliyi ilə bağlı səmərəli danışıqların aparıldığını və dövlət başçıları arasında çox yaxşı şəxsi təmasın qurulduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, səfər çərçivəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda əməkdaşlıq, Azərbaycanın Qırğızıstana investisiya qoyuluşu və əməkdaşlığın digər sahələrini əhatə edən məsələlərlə bağlı müzakirələr aparılıb.

Ölkəmizdə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradıldığını qeyd edən dövlətimizin başçısı Azərbaycanın beynəlxalq nəqliyyat potensialına digər ölkələrin, o cümlədən Mərkəzi Asiya ölkələrinin getdikcə daha böyük maraq göstərdiyini bildirdi, eyni zamanda, Mərkəzi Asiya regionunda da Xəzər dənizi hövzəsinə çıxan yeni dəmir yolu şəbəkələrinin yaradılması ilə bağlı planların da əhəmiyyətini vurğuladı.
Bakıt Torobayev ilk növbədə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.

Qonaq qeyd etdi ki, tarixi, mədəni köklərə söykənən Azərbaycan-Qırğızıstan münasibətlərinin müasir dövrdə əsası dünya səviyyəli tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyevin dəstəyi ilə strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.

Söhbət zamanı humanitar və təhsil sahələrində əməkdaşlığın önəmi qeyd edildi, kənd təsərrüfatı, energetika, investisiya qoyuluşu ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.

*** 10:14


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevi qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO