İranın Azərbaycana ideoloji həmlələri - II hissə

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk çağlardan etibarən müxtəlif istiqamətlərdən ideoloji hücumlara məruz qalıb.  

Bizim.Media “Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi”nin “Telegram” kanalına istinadən xəbər verir ki, İranın bu istiqamətdə fəaliyyəti iki ölkə arasında siyasi münasibətlərin durumundan və iqtisadi əlaqələrin səviyyəsindən asılı olmayaraq, bir gün də dayanmayıb, gizli və açıq formalarda durmadan həyata keçirilib.

2. Kərimə dövləti “nəzəriyyəsi”

İranın bu ölkədə məskunlaşmış əlaltıları vasitəsilə Azərbaycana qarşı gerçəkləşdirdiyi ideoloji həmlələrin bir elementi də kərimə dövləti “nəzəriyyəsi”dir. Son aylarda onlar sözügedən ideyanı geniş təbliğ edirlər, bu məqsədlə sosial şəbəkələrdə eyni adda səhifə və kanallar yaratmışlar.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycana ideoloji həmlələri - I hissə    


Uzun-uzadı çıxışlar vasitəsilə kərimə dövləti onlar tərəfindən Azərbaycandakı ictimai-siyasi quruluşa alternativ kimi təqdim olunur və onun qurulması ilə guya xalqın ləyaqətli və xoşbəxt həyata qovuşacağı iddia edilir. Lakin kərimə dövləti anlayışının azacıq araşdırılması onu göstərir ki, bu adamlar sadəcə insanları aldatmaqla, yumşaq desək, şarlatanlıq və dələduzluqla məşğuldurlar.

Kərimə dövləti nədir?

Kərimə dövləti ifadəsi İmam Mehdinin dörd xüsusi naibindən biri olmuş Məhəmməd ibn Osman əl-Əmri tərəfindən nəql edildiyi bildirilən və Ramazan ayında oxunması məsləhət görülən “İftitah duası”nda işlənmişdir. Həmin duada Allahın “islam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəyi” kərimə dövləti şövqlə arzulanır, həmin dövlətdə insanlara “dünya və axirət kəramətinin nəsib olacağı” vurğulanır. Dini ədəbiyyatda bu dövlətin “böyük qeybətdən” sonra zühur edəcək İmam Mehdi tərəfindən qurulacağı bildirilir.

Mehdəviyyət mövzusunun İranda aparıcı tədqiqatçılarından biri olan Məhəmməd Süruş Məhəllati bununla bağlı yazır:

“İftitah duası qəlbləri kərimə dövlətinə doğru pərvazlandırır, bizim amal və düşüncəmizi ona doğru yönəldir, amma o dövlət üçün hansı addımı atmağımız barədə bir söz demir və bizə hansısa vəzifə müəyyən etmir”.

Bununla belə, müxtəlif Quran ayələri, hədis və rəvayətlər əsasında İmam Mehdinin axır zamanda quracağı kərimə dövlətinin bəzi cəhətləri dini ədəbiyyatda göstərilir. Həmin təsəvvürlərə görə:

1) kərimə dövləti ilahi hakimiyyətin qurulduğu və ilahi ədalətin bərqərar olduğu ideal dövlətdir, yəni hansısa konkret insanın (və ya qrupun) dövlət və ədalət anlayışına söykənmir;

2) kərimə dövləti dünya dövlətidir, bütün bəşəriyyət üçündür. Ayətullah Möhsün Ərakinin nəzarəti ilə hazırlanmış “İmamət ensiklopediyası”nda da İmam Mehdinin hakimiyyətinin dünya hökuməti olacağı vurğulanmışdır, bu da islamın bütün dünyada hakim olacağı inamına əsaslanır;

3) hakimiyyətin “ilahi legitimliyi” dövlətə rəhbərlik edəcək şəxsin “məsum” olmasını tələb edir və bu üzdən də onun qurulması İmam Mehdiyə “həvalə olunub”.

Niyə İranı kərimə dövləti adlandırmırlar?!

Bu qısa məlumatdan sonra sual doğur: İranda bəlli qüvvələrin dəstəklədiyi Tohid İbrahimbəyli, Orxan Məmmədov və digərləri məgər özlərini İmam Mehdi sayırlar ki, Azərbaycanda belə bir dövlətin qurulmasına “çalışırlar”?

Bir də ki, onlar niyə yaşadıqları İranda və ya döyüşdükləri Suriyada belə bir dövlətin qurulmasına çalışmırlar? Yoxsa qulluq etdikləri İranı elə kərimə dövləti sayırlar? 

Axı heç İran rəhbərinin özü də bu fikirdə deyil! Ayətullah Əli Xamenei İran hökumətləri qarşısındakı çıxışlarında cəmi iki dəfə (1993 və 2001-ci illərdə) kərimə dövlətindən, özü də ülgü, model, nümunə kimi danışıb, son 20 ildə isə ondan, ümumiyyətlə, söz açmayıb. Digər İran ruhanilərinin çıxış və yazılarında da kərimə dövləti arzulanan, can atılan, intizarı çəkilən cəmiyyət kimi təqdim olunur. Bir müddət öncə "Təsnim" agentliyinin dərc etdiyi yazıda isə ondan “ideal (oxu: utopik) dövlət” kimi danışılır.

Belə isə nə üçün İran özündə qura bilmədiyi və qurmasının da mümkün olmadığı bir “dövləti” öz əlaltıları vasitəsilə Azərbaycanda “bərqərar etmək” istəyir?

Məqsəd aydındır: bu cür gəlişigözəl “ideyalar” və cəlbedici “nəzəriyyələr” ilə əsl niyyəti pərdələyib Azərbaycanın dünyəvi dövlət modelini və Konstitusiya quruluşunu hədəfə almaq və İransayağı islam inqilabının gerçəkləşməsinə çalışmaq. Təsadüfi deyil ki, kərimə dövlətindən danışanların təbliğat kanallarından biri də “Azərbaycan İslam İnqilabına doğru” adlanır. Necə deyərlər, cidanı çuvalda gizlətmək mümkün deyil. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO