Laçın dəhlizinə alternativ yol istifadəyə verilir – Bəs, Ermənistan tərəfində işlər nə yerdədir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin avqustun 12-də yaydığı məlumatda bildirilib ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikinti işləri artıq yekunlaşıb.

Belə ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib.

Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Bəs, Ermənistan tərəfdə vəziyyət necədir?

Azərbaycan tərəfi uzun müddətdir ki, yolun inşasına başlandığı və tikinti işlərinin başa çatacağı tarixlə bağlı bəyanatlar yayıb. Lakin Ermənistan tərəfi bütün baş verənlərə rəğmən yolun digər magistral yollarla birləşdirilməsi üçün nəzərdə tutulan, 11 kilometrlik hissənin tikintisini uzun müddət yubadıb.

Qeyd edək ki, yolun bu hissəsi Teğ kəndi ilə Azərbaycanla sərhəddə yerləşən Gorus rayonun Kornidzor kəndlərini birləşdirəcək.

Bizim.Media-nın araşdırmasına görə, Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinin iyulun 30-da ilk dəfə Laçın dəhlizinə alternativ yolun inşası işlərilə bağlı açıqlama yayıb.

Məlumatda isə qeyd olunub ki, Laçın şəhərindən yan keçən dəhlizin Ermənistan ərazisinə düşən hissəsinin tikintisinə avqustda başlanacaq. Və bu dəfə ermənilər sözlərini tutublar.

Belə ki, Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə başlanılıb.

Avqustun 12-də Ermənistan mətbuatında yayılan məlumatda qeyd olunub ki, tikinti ilə eyni vaxtda üç podratçı məşğul olur. İki hərəkət zolağından ibarət olacaq yolda qrtıq 6 gündür ki, torpaq işləri aparılır.

Avqustun 25-dən sonra isə Ermənistanın Qarabağla əlaqəsi torpaq yol ilə təmin ediləcək. Tikinti işlərinin gələn ilin yazınadək başa çatdırılması nəzərdə tutulur.

Açıqlamadan da göründüyü kimi, hələ gələn ilin yazında tikinti işlərinin başa çatdırılması nəzərdə tutulsa belə, avqustun 25-dən etibarən yeni yol istifadəyə veriləcək.

Belə görünür ki, Ermənistan tərəfinin məsuliyyətsizliyi, məhz sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin başında çatlayacaq. Çünki onlar Laçın dəhlizi üzlərinə bağlandıqdan sonra, Ermənistanla bağlantılarını saxlamaq üçün ən azı 2023-cü ilin yayına qədər 11 kilometr məsafə qət etməli olacaqlar.

Bu da Qarabağ ermənilərinin Ermənistanla bağlarının zəifləməsini qaçılmaz edir. Belə olan halda isə, rus sülhməramlılarının nəzarətində yaşayan ermənilər üçün iki seçim yolu qalır.

1. Azərbaycanla inteqrasiya;

2. Qarabağı birdəfəlik tərk etmək.

Qarabağda yaşayan erməni başbilənlərinin və bir sıra Ermənistan rəsmilərinin bəyanatlarına nəzər saldıqda isə əksəriyyətin ilk variantı seçməsi ehtimalı daha qabarıq görünür...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO