Ermənilərlə birgəyaşayış hansı halda mümkün ola bilər? – Siyasilərin MÖVQEYİ

Məlum olduğu kimi, 44 günlük müharibənin başa çatdıqdan sonra sülh quruculuğunun əsas istiqamətlərindən biri də azərbaycanlılar və ermənilərin birgəyaşayışının təmin edilməsindən ibarətdir.

Məsələnin problemi tərəfi isə bu mövzuda heç də birmənalı fikirlərin olmamasıdır.

Xüsusən də, erməni tərəfinin revanşizmdən doğan türkofobiyası birgəyaşayış prosesinə mane olan əsas faktorlardan biri kimi qəbul olunur.

Bəs, hansı halda ermənilərlə birgəyaşayış mümkün ola bilər?

Suala cavab tapmaq üçün bir sıra siyasilərin mövqeyini öyrəndik.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Bizim.Media-ya açıqlamasında qeyd edib ki, bütün baş verənlərdən sonra birgəyaşayış olduqca çətin görünür:

“Xüsusilə də, son dövrlərdə Azərbaycanın ictimai-siyasi xadimləri, siyasətçiləri tərəfindən bu yöndə çağırışlar olub. Amma indiyə qədər Ermənistan cəmiyyətinə xitabən, hər hansı üzdə olan erməni siyasətçisinin, ziyalısının azərbaycanlılarla birgəyaşayış çağırışına rast gəlməmişəm.

Doğrudur, son günlər ayrı-ayrı ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciətlər edirlər. Lakin biz son 100 ildə baş verənləri unutmayaraq, ermənilərin Azərbaycan qanunlarını qəbul edərək, ölkəmizdə yaşamalarında problem görmürəm.

Bizim partiyanın da, şəxsi mövqeyim də bundan ibarətdir ki, regionda dayanıqlı sülhün olmasını istəyiriksə, Azərbaycan ərazisində ermənilərin yaşadığı kimi, azərbaycanlıların da tarixi türk torpağı olan Ermənistan ərazisinə, öz dədə-baba yurdlarına qayıtmasına vəsilə olmaq lazımdır. Yalnız bu halda birgəyaşayış və sülh mümkün ola bilər”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fikrincə isə nə biz öz yurdlarımızdan, nə də ermənilər indi yaşadıqları ərazilərdən köçüb gedən deyillər:

“Biz birgə yaşamağa məhkumuq. Təbii ki, ermənilər dəfələlər birgəyaşayış qaydalarını pozublar. Göründüyü kimi, bunun heç bir nəticəsi olmadı. Əgər ermənilər gələcəklərini düşünürlərsə, birgəyaşayış qaydalarına əməl etməlidirlər. Biz tərəfdə isə belə bir problem yoxdur və hal-hazırda Bakıda 30 minə yaxın erməni yaşayır.

Azərbaycan vətəndaşlığına sahib olmaq istəyənlər isə, müvafiq qaydada buna yiyələnə bilərlər. Biz heç kimi yaşayış yerlərini dəyişməyə məcbur etmirik.
 

Sülhməramlılar bölgəni tərk etdikdən sonrakı dövr üçün də Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə müvafiq təminatlar verir. Əgər onlar bu təminatlara etibar edirlərsə, vətəndaşlığı qəbul edib, yaşayışlarına davam edəcəklər. Lakin bunu az hesab etsələr, ya xarici ölkə vətəndaşı kimi orada yaşaya bilərlər, ya da köçüb getmək istəyirlərsə, Azərbaycan dövləti buna şərait yarada bilər”.


Ağ Partiya başqanı Tural Abbaslı isə bildirib ki, baş verən faciələrdən sonra ermənilərlə azərbaycanlıların rahat qonşu kimi yaşaması inandırcı görünmür:

“Lakin məlumdur ki, Qarabağda 1989-cu ildən qeydiyyatda olan ermənilər də bizim vətəndaşlarımızdır. Azərbaycan vətəndaşlığını almaq istəyən Ermənistan vətəndaşlarının müraciətlərinə isə ehtiyac yoxdur. Çünki bu yenidən Azərbaycanı oyuna salmaq üçün tələdir.

Tarixə baxsaq görə bilərik ki, nə vaxt biz onlara inanmışıq, xəncəri kürəyimizə endiriblər. Lakin rus sülhmərmlıların nəzarəti altındakı ərazilərdə yaşayan ermənilərdən kim bizim vətəndaşlığımızı qəbul edərsə, onlar da xüsusi yoxlanışdan keçirildikdən sonra vətəndaşlığa qəbul edilə bilərlər.

Yoxsa Birinci Qarabağ savaşında əli qana batmış insanlara vətəndaşlıq verilməməlidir.

Dünyanın heç bir yerində belə bir şey yoxdur”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO