İran QIRMIZI XƏTTİN hansı tərəfindədir? - Qafandakı konsulluğun ötürdüyü VACİB MESAJ

İran Ermənistanın Sünik (Qərbi Zəngəzur) bölgəsindəki Qafan şəhərinə Baş konsulunu təyin edib. Bu təyinat Paşinyanla prezident Rəisinin telefon danışığından sonra baş tutub.

Erməni mətbuatı da bu təyinatın daha dərin mənalar kəsb etdiyini tirajlamağa başlayıb. KİV-lər qeyd edirlər ki, indi regionun taleyi artıq Sünikdə həll edilir. Bu hadis əlaqələrin möhkəmlənməsindən daha çox beynəlxalq aləmə mesaj kimi şərh olunur.

İndi Tehran eyni vaxtda bütün istiqamətlərə bəyan edir ki, Sünik İranın qırmızı xəttidir.

Bu isə artıq dirənişdir, bir təzyiq vasitəsidir. Rəsmi Tehran bu addımı ilə bir daha sübut edir ki, hər zaman olduğu kimi yenə də ermənilərin yanındadır. Və sona qədər də ermənilərə böyük qardaşlıq etməkdə qərarlıdır.

Tarixi keçmişə baxanda hər zaman farslar ermənilərin qatı müdafiəçisi kimi çıxış edib. Daha doğrusu erməniləri özlərinin siyasi məqsədləri üçün alət edib. Yada salaq ki, hələ XlX əsrdə, Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçü başlamışdı. Çoxları bunu rus siyasəti kimi qələmə versə də əslində bu iyrənc siyasətin arxasında farslar dururdu. Çünki, tarixən farsların ən çox çəkindiyi türklər olub. Və bu gün də fars rejimi nə ABŞ-dan, nə də sionistlərdən qorxurlar.

Onların qorxduğu böyük Azərbaycan dövləti və Turançılıq ideyasıdır. Məhz bu təhlükədən sığortalanmaq üçün son 35 ildə rəsmi Tehran davamlı şəkildə Ermənistana siyasi və iqtisadi dəstək verib. Ermənistanın dövlət müstəqilliyini tanıyan ilk 5 dövlətdən biri İrandır. Və Birinci Qarabağ müharibəsi illərində də İran açıq və gizli şəkildə Ermənistanı dəstəkləyirdi.

Orta və yaşlı nəsil yaxşı xatırlayır ki, Zəngilan cammatı erməni mühasirəsindən qurtulmaq üçün İran sərhəddinə üz tutdu.

O zaman fars rejimi zəngilanlara şərt qoydu ki, heç bir əmlak keçirtmək olmaz. Hətta sakinlər avtomobillərini belə Zəngilanda atıb gəlmək məcburiyyətində qaldı. Bu azmış kimi işğaldan sonra Qarabağ və ətraf ərazilərin talan olunmasında cənublu qonşularımız çox fəal iştirak edirdi.

Sonrakı illərdə də İran Ermənistana öz dəstəyini əsirgəmədi. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da əməldə erməni separatizmin dəstəkləyirdi. Nəzərə alaq ki, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra Türkiyə Ermənistanla quru sərhədlərini bağladı. İran əksinə, Ermənistanla kommunikasiya xətlərini gücləndirdi. Hətta Ermənistana təbii qaz verməyə başladı. Nəticədə, son 30 ildə Ermənistan Rusiyadan daha çox İrandan dəstək gördü. Və bu dəstək 44 günlük müharibədə daha açıq şəkildə görsəndi.

Gürcüstan Ermənistanla bütün kommunikasiya əlaqələrin kəsdi. Bu vəziyyətdə İran Ermənistan üçün sonuncu nəfəslik idi.

Çox təəssüf ki, 44 günlük müharibədə rəsmi Tehran Ermənistana təkcə iqtisadi dəstək vermədi. Hətta hərbi yardımlar göndərdi.

Təbii ki, fars rejiminin bu dəstəkləri ermənilərə olan sevgidən və mehriban qonşuluq siyasətindən irəli gəlmir. Hədəf Azərbaycandır, İrəvanın əli ilə maksimum inkişaf və inteqrasiya proseslərini ləngitməyə çalışan Tehran, onu gözləyən bəladan yaxa qurtarmağa çalışır.

Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin açılmasını rəsmi Tehran özü üçün “qırmızı xətt” hesab edir. Hər vəhclə çalışılır ki, Zəngəzur dəhlizi açılmasın. Bunun üçün rəsmi İrəvana hər cür vədlər verilir.

“Qisas” əməliyyatından sonra Nikol Paşinyan Vladimir Putindən imdad dilədi. Amma Kremlin rəhbəri Paşinyanın yalvarışlarına məhəl qoymadı. Əksinə, Putin 10 noyabr bəyannaməsinin tələblərinin icra olunmasını vacib saydı. Moskvadan əli üzülən Paşinyan bu dəfə İran prezidenti Rəisiyə də zəng etməyə ehtiyac duydu.
 

O, son günlər Qarabağ və Şərqi Zəngəzurda baş verənlərlə bağlı Kremldən umduğu dəstəyi ala bilmədiyindən özlərinə daha yaxın sandıqları İranın rəhbərliyinə şikayətləndi. Təbii ki, rəsmi Tehran da Paşinyanın naümid qoymadı.


30 ildən sonra birdən-birə konsulluğun gündəmə gəlməsi və onun Azərbaycanla həmsərhəd Qafan şəhərində açılması təbii ki, çox mətləblərdən xəbər verir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO