“Rusiya Qarabağda vasitəçiliyi Avropaya güzəşt getməyəcək” – POLİTOLOQ 

“Əslində çox da uzaq olmayan keçmişə nəzər salsaq, Azərbaycan və Ermənistan arasında Rusiya və Aİ-nın vasitəçilik uğrunda mübarizələrinin izlərini daha aydın görmək olar. Bu ardıcılllığın hazırda da davam edəcəyini əvvəlcədən ehtimal etmək olardı”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Politoloqun sözlərinə görə, rəsmi Moskva son zamanlar Qərbin Ermənistanla isti münasibətlərinə olduqca qısqanclıqla yanaşır: 

“ABŞ kəşfiyyat şefinin Ermənistan səfərindən sonra İrəvanın Rusiya ilə olan siyasi münasibətlərində köklü dəyişikliklər hiss olunmaqdadır. Eyni zamanda Azərbaycanın Aİ ilə enerji sahəsində imzaladığı Memorandumdan sonra sərhəddə hərbi vəziyyətin kəskinləşməsi onu göstərir ki, heç də Rusiya bu məsələdə Azərbaycan qarşı loyal deyil. 

Enerji böhranı ilə demək olar ki, üz-üzə qalan Avropanın Azərbaycanda özünə dayaq tapması Rusiya enerjikratiyasını çox narahat edir. Onlar çox gözəl anlayır ki, Qərbin bölgədə siyasi və iqtisadi cəhətdən möhkəmlənməsi sonda qafqazın Rusiyanın orbitindən çıxması ilə sonlana bilər. Məhz bu səbəblərə görə Rusiya vasitəçilik missiyasını əlindən verməyəcək.” 

Müsahibimiz qeyd edib ki, üçtərəfli görüşlərin keçirilməsi özlüyündə müsbət haldır:

“Lakin bu görüşlərin immitasiya halı alması yolverilməzdir. İndiyə qədər baş tutan görüşlərin, demək olar ki, hər birində Azərbaycanın mövqeyi dəyişməz və prinsipial olaraq qalıb. Lakin, hər görüş sonrası Ermənistanın tərddüdlü və riyakar, revanşist bəyanatlar verməsi ümumi işin gedişatını gecikdirir ki, nəticədə Azərbaycanın təkbaşına bu məsələləri həll etmək şansı daha da güclənir. Brüssel sülh gündəliyinə uyğun olaraq əvvəllki görüşlərdə əldə edilmiş razılıqlara əsasən sərhədlərin müəyyən edilməsi, minaların təmizlənməsi, itkin düşmüş şəxslər haqqında məlumatların təqdim edilməsi və nəhayət qanunsuz silahlı birliklərin Azərbaycan ərazisindən çıxarılması istiqamətində Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Zəngəzur dəhlizinin və kommunikasiya xətlərinin işə düşməmiş istiqamətində isə vəziyyət yalnız texniki səviyyədə ilişib qalıb”. 

Amid Əliyev Aİ və Rusiyanın vasitəçiliyilə keçirilməsi planlaşdırılan görüşlərlə bağlı da proqnozlarını açıqlayıb:

“Azərbaycanın isə hər iki görüşdə həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən hazırlıqlı işirak edəcəyi artıq məlumdur. Rusiya ilə strateji müttəfiqlik, Soçi görüşünün müsbət keçməsi və “Qisas” əməliyyatının uğurlu olması bir daha onu deməyə imkan verir ki, Azərbaycan hər iki görüşdə milli maraq və mənafeyini qorunmasında və mövqeyinin möhkəmləndirilməsində daha da inadlı çıxış edəcək. 
 

Mövzuların nədən ibarət olacağını da indidən ehtimal etmək olar. Sərhədlərin müəyyən edilməsi, minaların təmizlənməsi, itkin düşmüş şəxslər haqqında məlumat, Laçın və Zəngəzur dəhlizinin hüquqi statusu, qanunsuz silahlı birliklərin ərazidən çıxarılması, reinteqrasiya məsələsi və sülh sazişinin müzakirəsi. 


Çox güman ki, qeyd olunan məsləələr üzrə bir sıra məqamlar bağlı qapılar arxasında və təkbətək görüşlər zamanı daha detallı müzakirə olunacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Konya səfərindən yeni qayıtmasını nəzərə alsaq deyə bilərik ki, Azərbaycan üçün hər iki görüşün gündəliyi artıq məlumdur. Sadəcə yerində və zamanında müəyyən manevrləri edib, yeni uğrulara imza atmaq qalır”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO