Dövlət başçısı “Basqal” qoruğundakı tikinti-bərpa işləri ilə tanış oldu - YENİLƏNİB - FOTO/VİDEO

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Şeyx Məhəmməd məscidinin içərisində, Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində tarixi Basqal qalasının divarlarının yeri aşkar edilib, XVII əsrə aid edilən tarixi hamamın ətrafında Azərbaycanın ən qədim kanalizasiya sistemlərindən biri hesab olunan kürəbənd sisteminin işləmə prinsipi aşkara çıxarılıb.

Şeyx Məhəmməd məscidinin dəqiq yaşı tam şəkildə təyin edilərək mədəni qatları haqqında ilk dəfə tədqiqat işləri aparılıb, çoxsaylı maddi-mədəniyyət nümunələri tapılaraq tədqiq edilib və qoruğun muzey fonduna təhvil verilib.

Qeyd edildi ki, etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanıb, əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək fonda təhvil verilib.

Basqal və ətraf ərazilərin tarixi və mədəni irsi ilə birbaşa bağlı olan qeyri-maddi mədəni irs nümunələri toplanıb, qədim divarüstü yazılar, daş qəbirlər, müxtəlif kitabələr dərindən tədqiq edilib və dövlət mühafizəsinə götürülüb. Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub.

Basqalın mədəni irsinin əsas elementi olan kəlağayı naxışları toplanıb, inventarlaşdırılıb və nəşr edilib.

Həmçinin, qoruğun ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işlərinin elmi-nəzəri bazasını formalaşdırmaq, gələcəkdə aparılacaq tikinti və bərpa işlərinin mədəni irsin və yerli memarlıq ənənələrinin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək üçün müvafiq normaların müəyyənləşdirildiyi “Basqal Mədəni İrsi: Təmir-bərpa kitabı” elmi-praktiki dərslik ərsəyə gətirilib.

Diqqətə çatdırıldı ki, Dövlət Turizm Agentliyi tərəfindən tarixən Basqalın mərkəzi hesab olunan orta əsrlər yol mədəniyyətinə xas olan pilləkənvari və daş döşəməli yolların, ənənəvi hasarların və qədim taxta qapı-darvazaların qorunub saxlanıldığı 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanının abadlaşdırılmasına xüsusi diqqət yetirilib.

Məlumat verildi ki, qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib.

Muzeydə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlar təqdim olunur.

Aparılan tədqiqatlar nəticəsində 1854-cü ildə tikilən tarixi-memarlıq abidələrindən biri olan Hacı Bədəl məscidi, nəhəng gövdəsi və iri koğuşu ilə seçilən, dünyada əkilmə tarixi dəqiq bilinən yeganə ağac, 1563-cü ilə aid edilən və keçmişdə Basqal camaatı tərəfindən “Pir Çinar” adlandırılaraq müqəddəs hesab edilən çinar ağacı, XV əsrə aid olunan, 2020-ci ildə arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılıb tarixi üslubda yenidən təmir edilmiş “Pir çinar bulağı” və onlarla digər tarixi abidələr haqqında müfəssəl məlumatlar əldə edilib.

Bundan əlavə, 7 sənətkar emalatxanası təmir olunub, magistral yoldan qoruğa qədər olan yol yenidən qurulub. Qoruq ərazisində 2 küçədə qaz xətləri yerin altına salınıb, ərazidə olan rabitə xətləri yenilənib.

Həmçinin Basqal qəsəbəsinin elektrik təchizatı sisteminin yenidən qurulması işləri aparılıb, su və kanalizasiya şəbəkəsinin bərpası üzrə işlər başa çatdırılıb. Bazar meydanı ərazisində köhnə yarımçıq tikililər sökülüb, qəsəbənin girişində avtomobil dayanacağı, turizm məlumat mərkəzi tikilib.

Ərazidə abadlıq işləri aparılaraq yol və səkilər düzəldilib, Bazar meydanında qoruq üçün inzibati bina inşa olunub. Küçələr boyunca divarlar, döşəmələr, qapı və darvazalar bərpa edilərək tarixi mühitə uyğunlaşdırılıb və işıqlandırma işləri görülüb.

Qeyd edək ki, İsmayıllı rayonunun Basqal qəsəbəsi Bakıdan 160 kilometr məsafədə, dəniz səviyyəsindən 965 metr yüksəklikdə 240 hektarlıq ərazidə yerləşir. Bu ərazinin 50 hektarı 1989-cu ildə yaradılan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aiddir. Statistik məlumatlara görə, hazırda qəsəbədə rəsmi olaraq 1480 nəfər qeydiyyatdadır. Onlardan təxminən 600 nəfəri qoruq ərazisində yaşayır.

Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir.

Basqal tarixən Lahıc, Şəki, Qəbələ və Şamaxıdan gələn yolların kəsişməsində yerləşərək qovşaq funksiyasını, sosial-iqtisadi və ticarət mərkəzi rolunu oynayıb.
Dövlətimizin başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət etdiblər.

Bizim.Media

 





































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO