İlk erməni-azərbaycanlı toqquşması 178 il əvvəl Şuşada AŞURA üstündə olub – TARİXİ FAKT

Ermənilər aborigen olmasalar da zaman-zaman köçərək Azərbaycan torpaqlarına gəliblər. Gəldikləri zamandan başlayaraq isə xalqımıza qarşı xəyanətkar addımlar atıblar. Xüsusilə də, Türkmənçay müqaviləsindən sonra çar Rusiyasına çuğulluq edən ermənilər azərbaycanlılara qarşı təxribatlara başladılar. Təsadüfi deyil ki, azərbaycanlılarla ermənilərin kütləvi şəkildə ilk toqquşması faktı da məhz Türkmənçay müqaviləsindən sonra olub. 

Bizim.Media bununla bağlı Tiflis arxivlərində saxlanılan məlumatı təqdim edir. 1845-ci ilin 16 mart tarixində Baş Qərərgahın zabiti Prujanovski tərəfindən hazırlanan “Əhalinin milli, sinfi və dini vəziyyəti haqqında” Qarabağda diferensiasiya və siyasi qruplaşmalar barədə hesabatında bu barədə ətraflı bəhs olunur. 

Ermənilər müsəlmanların heysiyyatı ilə necə oynadılar?

Hesabatdan aydın olur ki, tarixən Şuşanın Təbrizli məhəlləsində hər il izdihamlı Aşura məclisləri keçirilirmiş. 1844-cü ildə keçirilən növbəti izdihamda xoşagəlməz bir olay yaşanıb. Beləki, Şuşaya yenicə gələn və aşura məclisini ilk dəfə görən ermənilər müsəlmanlara lağ etməyə başlayıblar. Qeyd edək ki, bu ermənilərin Şuşada ilk təxribatçı hərəkəti deyildi. 1828-ci ildən Şuşaya gələn ermənilər rus çinovniklərinə güvənərək təxribatçı hərəkətlər edirdilər. Məhz Aşura günündə də ermənilər növbəti dəfə həddlərini aşdılar.

Aşura mərasiminə Şuşa şəhərinin qazısı Mirzə Əbülqasım bəy Mirzə Əli bəy oğlu Haqverdiyev də gəlmişdi. Təbrizli məhəlləsində keçirilən aşura mərasiminə ermənilər də toplaşmağa başladı. Lakin ermənilər təziyyəyə mane oldular və ilk dəfə müsəlmanların dini etiqadına yönələn təhqiramiz hərəkətlər etdilər.

Bu hərəkətdən narazı əhali məscidə toplaşaraq Mirzə Əbülqasım bəyi gözlədilər. Qazi ermənilərin bu həyasızlığına qarşılıq vermək üçün məscidə gələrək fətva verdi.

Ermənilərə dərs verilməsi üçün işləri Təbrizli məhəlləsinin ağsaqqalı Hacı Hüseyn Kərbəlayi Mustafa oğluna tapşırdı. Ermənilərin bu həyazıslığından cana doyan müsəlman əhali ermənilərə hücum edərək onları “başa saldılar”. 3 gün şəhərdə qarşıdurma yaşandı. Aşura zamanı lağ edən və müsəlmanları açıq şəkildə təhqir edən ermənilərin bir çoxu öldürüldü, bir çoxu yaralandı, əksəri kütləvi şəkildə döyüldü. Erməni məhəlləsində əksər dükanlar dağıdılaraq yandırıldı. Nəhayət, 3 gün sonra şəhər qazisi Təbrizli məhəlləsinə gələrək əhalini sakitləşdirdi. Maraqlıdır ki, ruslar münaqişəyə müdaxilə etmirlər. 

İnsident çar l Nikolaya qədər gedib çıxdı

Bununla belə hesabat o zamanki Qafqaz baş hakimi (sərdarı) A.İ.Neynqarda təqdim edilir. O isə öz növbəsində hesabatı 17 mart 1845-ci ildə isə Neynqard tərəfindən hərbi nazir knyaz A.İ.Çernişevə göndərir. Və nəhayət 4 aprel 1845-ci ildə insident knyaz Çernişev tərəfindən Rusiya çarı I Nikolaya məruzə edilir. Görünür məsələ bu qədər ciddi olmasa idi, ruslar I Nikolaya qədər gedib çıxan bu hadisəni xidməti qeydə salmazdılar. 

Daha bir tarixi mənbə

Qeyd edək ki, ilk erməni-azərbaycanlı toqquşması barədə Mir Mövsüm Nəvvab da öz kitabında yazıb. Kitabda qeyd olunur ki, "1260-ci (miladi 1844) il tarixdə qundaqsaz İsaballı adlı bir erməni başqa ermənilərlə birlikdə müsəlmanların şəbeh gətirməyini təqlid edərək istehza edərlərmiş.
 

Müsəlmanlar hadisədən xəbərdar olan saat dükan-bazarı bağlayıb Xan bağına getdilər və şəhərin hakimi Cəfərqulu xanı Qalaya gətirdilər. Şəhərdə böyük bir qovğa üz verdi. Böyük-kiçik hamı hakim tərəfə üz qoydular.


Bu haldan çox qorxuya düşmüş hakim nə qədər istədi ki, müsəlmanları sakitləşdirsin, mümkün olmadı. Axır, bir bəhanə ilə aradan çıxıb evinə getdi. İğtişaş get-gedə şiddətlənirdi. Onun qarşısını almaq üçün Şuşakənddə olan digər şəhər hakimi Ala bəyi gətirdilər. Ala bəy atlı meydana daxil olan kimi xalq onu araya aldı. Mirhadi adlı bir seyid irəli gəlib Ala bəyi çəkib atdan yerə saldı və vurub baş-gözünü yardı.

Xalq üz qoydu ermənilərin üstünə. Ermənilər tamam dükandan çıxıb qaçdılar. Kimisi dükanı bağladı, kimisi bir qapısını örtdü, kimisi də buna fürsət tapmayıb ayaqyalın üz qoydular qaçməğa. Bir para uzaqgörən müsəlmanlar qaçan ermənilərin bir parasını evlərinə gətirib, mühafizə edib sakitləşdirdilər.

Cahil müsəlmanlar isə ermənilərin vurub baş-gözlərini yardılar. Xülasə, şəhərin hakimi birtəhər müsəlmanları sakit edib erməniləri böyük fəlakətdən qurtardı."

Beləliklə, ilk erməni-azərbaycanlı toqquşması kimi bu hadisə tarixə düşdü.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur

Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur

Tramp: “Putinlə son danışığımın məzmununu açıqlamaq istəmirəm” - VİDEO

Tramp: “Putinlə son danışığımın məzmununu açıqlamaq istəmirəm” - VİDEO

İDDİA: Rusiya ordusunda qida çatışmır - Öldürülən silahdaşlarının...

İDDİA: Rusiya ordusunda qida çatışmır - Öldürülən silahdaşlarının...

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO

Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

İsrail Prezidenti Netanyahunu əfv etmədi - KORRUPSİYA QALMAQALI

İsrail Prezidenti Netanyahunu əfv etmədi - KORRUPSİYA QALMAQALI

Çin İrana kömək edirmi? - Trampın cavabı - VİDEO

Çin İrana kömək edirmi? - Trampın cavabı - VİDEO

Bakı Zooloji Parkında ikihürgüclü dəvə balası doğuldu - FOTO

Bakı Zooloji Parkında ikihürgüclü dəvə balası doğuldu - FOTO

Tramp: “İranla müharibə çox tezliklə başa çatacaq” - VİDEO

Tramp: “İranla müharibə çox tezliklə başa çatacaq” - VİDEO

Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Çexiyanın Baş naziri Azərbaycana gəldi - FOTO

Çexiyanın Baş naziri Azərbaycana gəldi - FOTO

İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

“Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

“Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

Bu ölkənin müdafiə naziri öldürüldü

Bu ölkənin müdafiə naziri öldürüldü

Evinin qarşısındakı tikintidən narahat oldu - Ofisə gəlib bir işçini öldürdü - VİDEO

Evinin qarşısındakı tikintidən narahat oldu - Ofisə gəlib bir işçini öldürdü - VİDEO

Dünyada portağal qıtlığı yarana bilər

Dünyada portağal qıtlığı yarana bilər

Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO

Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO

Şagird müəlliməsindən bu üsulla intiqam aldı - Onun fotosunu...

Şagird müəlliməsindən bu üsulla intiqam aldı - Onun fotosunu...

Bu ölkədə qadınları qəsdən öldürənlərə ömürlük həbs cəzası veriləcək

Bu ölkədə qadınları qəsdən öldürənlərə ömürlük həbs cəzası veriləcək

“Neftçi” – “Qarabağ” oyunu başlayıb - VİDEO

“Neftçi” – “Qarabağ” oyunu başlayıb - VİDEO

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

End of content

No more pages to load

RADİO