Mehriban Əliyeva Konyada Mövlanə muzeyini ziyarət etdi - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türkiyənin Konya şəhərində Mövlanə muzeyini ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, Konya Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əbdülsəttar Yarar Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva muzey barədə məlumat verdi.
 

MÖVZU İLƏ BAĞLI:

"Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır" - Azərbaycan lideri 


Bildirildi ki, Türk və İslam dünyalarının ən böyük sufilərdən olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində yerləşən muzeyi 1926-cı ildən Mövlanənin yaşadığı bina kompleksində fəaliyyət göstərir.

Mədəniyyət ocağı həm də “Mövlanə türbəsi” kimi tanınır. Hündürlüyü 25 metr olan türbə dörd qalın – “fil ayaq” adlanan sütunlar üzərində tikilib.

Türbənin əsas günbəzi firuzəyi rəngli olduğundan “Yaşıl qübbə” adlandırılır. İçəridən piramida formalı olub üç tərəfi açıq, cənub tərəfdən isə divarlarla örtülü olan türbənin üstü qızılı ulduzlar, zəminləri isə müxtəlif rənglərlə boyanıb. Qübbənin yuxarısında ağ xəttlə “Bismillah” və “Ayətül kürsü” həkk edilib.

Qeyd edildi ki, muzeydə Mövlanə ilə oğlu Sultan Veledə aid iki məzar var. Burada Osmanlı dövründə hədiyyə olunan nadir əsərlər nümayiş etdirilir. Ekspozisiyanın 4 qapısı – “Dərviş”, “Hamuşan”, “Çələbiyan” və “Pir” qapıları mövcuddur. Türbənin önündə Osmanlı dövrünün dövlət xadimlərindən olan Mahmud Paşa tərəfindən tikilən gümüş qəfəs var.

Diqqətə çatdırıldı ki, kompleksdə yer alan məsciddə Qaramanoğulları və Osmanlı dövrlərinə aid əlyazma, “Qurani-Kərim”in nüsxələri, Məsnəvilər və miniatür əl yazmaları ilə xalı səccadələr nümayiş etdirilir.
 

Vurğulandı ki, “Tilavət” adlanan otaq hazırda muzeyin xəttatlıq sənəti nümunələrinin nümayiş olunduğu bölmə kimi fəaliyyət göstərir. Ekspozisiyada Osmanlı dövrünün məşhur xəttatlarından sayılan Mahmud Cəlaləddin, Mustafa Raqim, Hülusi, İzzət, Yesarizad, Sultan II Mahmud kimi xəttatların lövhələri də var.


Daxil-i Üşşaq salonuna gümüş qapılardan daxil olurlar. Üstü üç qübbə ilə örtülmüş bu sahənin şimal tərəfində Xorasan Ərlərinə aid tabutlar və gümüş qəndillər var.

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.

Bizim.Media























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

End of content

No more pages to load

RADİO