Qarabağ Müharibəsinə ABİDƏ MƏSƏLƏSİ – “Azərbaycan əsgəri hələ son sözünü deməyib” – Millət VƏKİLİ

Bir zamanlar bütün qəsəbə və şəhərlərdə qəhrəman Sovet Əsgərinin abidəsi ucaldılmışdı. Eyni zamanda, iri yaşayış məntəqələrində Böyük Vətən Müharibəsinə həsr olunmuş abidə kompleksləri var idi. Və onların çoxu bu gün də qalmaqdadır. Amma bu gün istər paytaxtımızda, istərsə də mərkəzi şəhərlərdə bir dənə də olsun müzəffər Azərbaycan əsgərinin abidəsi yoxdur.

Hələ momerial kompleksi demirik. Halbuki, bu abidələrin ucaldılması həm şəhidlərimizin ruhuna, qazilərimizin igidliyinə böyük ehtiram olardı, həm də gənc nəslin vətənpərvər ruhda böyüməsinə bir stimul yaradardı.

Vaxtilə məktəblilər, gənclər və yeni evlənənər bu abidələrin önünə gələr, sədaqət andı içər, onlar kimi şərəfli ömür yolu keçəcəklərinə söz verərdilər. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan şərtlərə əməl etməsə, “Qisas 2” əməliyyatı da olacaq”  – EKSPERT


Gənc nəsl üçün örnək və ziyarətgah olacaq abidələr

Bu cür tədbir və ənənələrsə təbii ki, gənclərin həyatına az-çox dərəcədə stimul verirdi. Çox təəssüf ki, bu günkü gənclik hələ ki, bu imkanlardan məhrumdur. Sosial şəbəkələrdə hər gün şəhid qəbirlərinin yanında çəkilmiş onlarla fotopaylaşım görürük. Amma hər adamın imkanı yoxdur ki, məzarlığa və yaxud Şəhidlər Xiyabanına getsin.

Üstəlik, şəhid məzarı önündə foto çəkdirmək, tədbir keçirmək bir çox hallarda cəmiyyətimizdə müsbət qarşılanmır. Amma park və xiyabanlarda qalib Azərbaycan əsgərinin abidəsi olsa əminliklə deyə bilərik ki, bu gənclərin toplaşdığı əsas yerlərdən biri olardı. 

Naməlum Azərbaycan əsgəri

Bundan əlavə, vaxtilə park və xiyabanlarda naməlum əsgər heykəlləri vardı. Bu abidələr müharibədə itkin düşmüş əsgər və zabitlərin şərəfinə ucaldılmışdı. Çünki, itkin düşmüş əsgər və zabitlərin anılması üçün məzarlıq belə yoxdur.

İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində xeyli sayda əsgər və zabitlərimiz itkin düşdü. Amma onların anılması üçün heç bir məkan yoxdur. Məhz naməlum əsgər heykəli həm itkin düşən hərbçilərin ailəsinə bir təsəlli, həm də hərbçilərimizin ruhuna bir ehtiram olardı.

Türkdillli Ölkələrin Beynəlxalq araşdırmaları Elmlər Akademiyasının fəxri professoru, tanınmış memar Cahid Həsənov Bizim.Media-ya açıqlamasında bu sahədə ölkəmizdə gözəl ənənələrin olduğunu bildirdi:

“Sovetlər birliyi dövründə Azərbaycanın bütün şəhər və qəsəbələrində monumental abidə kompleksləri uzaldılardı, hər kənddə belə kiçik həcmli olsa da hər kəndin həlak olan və müharibə iştirakçılarının şərəfinə parklar salınardı.
Bu parklarda çox gözəl kampazisiyalarla zəngin heykəllər ucaldılardı. Nəticədə, kənddə yeni istirahət və ziyarətgah mərkəzi yaradılmış olurdu. Burada əsas ideya vətənpərvərlik ruhunun artırılması idi. Və bu ideya da bu tip layihələrlə çox uğurlu həll tapırdı. Çox təəsüf ki, 44 günlük müharibənin qalibləri üçün son 2 ildə bir dənə də olsun monumental abidə kompleksləri yardılmayıb”.

Azərbaycan əsgərinin abidəsi yeni məzmun daşımalıdır

Tanınmış memar onu da əlavə etdi ki, xiyabanlarda, Zəfər Parklarında ucaldılacaq abidə kompleksləri, daha doğrusu əsgər heykəlləri SSRİ dövründə olduğundan tam fərqli olmalıdır:

“O vaxtlar ucaldılmış heykəllər ya yaralı, ya ölmüş halda, ya uzanmış vəziyyətdə verilirdi. Özü də o əsgərlərin üz cizgilərində qəmlik, kədər, ahu-zar tərənnüm olunurdu. Amma biz təklif edərdik ki, yeni layihələndirmədə bu ənənə tam rədd olunsun. Park və xiyabanlarımızdakı əsgər heykəli gülərüz, məğrur halda işlənsin”.
“Dəmir yumruq” ilk addımdır

Məsələyə Millət vəkili Fazil Mustafa da münasibət bildirib. O, Bizim.Media-ya açıqlamasında qeyd edib ki, şəhidlərimizə və qazilərimizə kifayət qədər dövlət diqqət ayırır:

“Artıq bəzi yerlədə “Dəmir yumruq” abidəsi də ucaldılıb. Əlbəttə ki, müzəffər Azərbaycan əsgərinin ümumiləşdirilmiş obrazını canlandıracaq abidələrə ehtiyac var.

Xüsusilə də gənc nəslin vətənpərvər ruhda böyüməsində bu vacib faktordur. Amma mənim nəzərimcə Azərbaycan əsgəri hələ son sözünü deməyib. Sonuncu “Qisas” əməliyyatı da bunu sübut etdi.
Düşünürəm ki, torpaqlarımız separatçılardan tam təmizləndikdən sonra bu məsələ hökmən həll edilməlidir, qəhrəman əsgərimizin şərəfinə abidələr ucaldılmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

End of content

No more pages to load

RADİO