Londondakı səfirliyimizə hücumu hansı ölkələr pisləyib? – SİYAHI 

Xəbər verdiyimiz kimi, avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyi radikal-dini qrup tərəfindən hücuma məruz qalıb. Hadisənin üzərindən 4 gün vaxt keçib və bir sıra dövlətlər və təşkilatlar bu hücuma münasibət bildiriblər.

Bizim.Media səfirliyimizə hücum aktını qınayan bəyanatlar səsləndirən ölkə və təşkilatların siyahısını təqdim edir:

1. Türkiyə

Hadisənin baş verdiyi gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında hadisədən narahatlığını dilə gətirib. Eləcə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 6-da jurnalistlərə veridiyi açıqlamada hadisəni pisləyərək “qəbuledilməz” adlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu PİSLƏDİ


2. Böyük Britaniya

Bu ölkənin Azərbaycandakı səfirliyi də hadisəni pisləyən bəyanat yayımlayıb:

“Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır”.

3. Türk Dövlətləri Təşkilatı

“Azərbaycanın London səfirliyinə radikal dini qrup tərəfindən edilən vəhşi və qəbuledilməz hücumu pisləyirik. Bu insanlıqdan kənar hərəkətin əhatəli şəkildə araşdırılmasına çağırırıq”.

4. Özbəkistan

Bu ölkənin xarici işlər nazirliyi avqustun 5-də səfirliyimizə hücumu pisləyən bəyanat yayıb:

“Diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan istənilən hərəkəti qətiyyən yolverilməz hesab edirik. Biz bu insidentin hərtərəfli araşdırılmasına və hücumda əli olanların hamısının məsuliyyətə cəlb edilməsinə çağırırıq. Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”

5. Qırğız Respublikası

Bu ölkənin xarici işlər nazirliyi avqustun 5-də səfirliyimizə hücumu pisləyən bəyanat yayıb:

“Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə edilən hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyirik. İnsidentin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”. 

6. Rusiya

Rusiya XİN sözçüsü Mariya Zaxarova rəsmi sosial şəbəkə hesabından etdiyi paylaşımda Azərbaycan diplomatlarına dəstəyini ifadə edib:

“Azərbaycanın Britaniyadakı səfirliyinə radikal hücum məni şoka salıb. Günorta çağı vandalların bütöv bir izdihamı diplomatik nümayəndəliyin ərazisinə soxulub, dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub. diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır, bütün dünyada diplomatların rahat işini təmin edir. Belə hadisələr adi hal deyil”.

7. Gürcüstan 

Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili 4 avqustda Ceyhun Bayramovla telefon danışığında Londondakı Azərbaycan səfirliyinə qarşı baş verən hücumu qınayıb və ölkəmizlə həmrəylik ifadə edib. 

8. İslam Əməkdaşlıq Təşkilatı

“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini qruplar tərəfindən zorakı və qəbuledilməz hücumu pisləyir”.

9. Qazaxıstan

Qazaxıstan XİN:

"Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılıq təzahürünü yolverilməz hesab edirik".

10. Pakistan

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye:

“Biz ötən gecə bəzi radikal qüvvələrin Londondakı Azərbaycan səfirliyinə təcavüzü ilə bağlı məlumat aldıq. Diplomatik missiyaların qorunması yüksək tələblərə uyğun olmalıdır. Bununla bağlı öhdəliklər yerinə yetirilməli idi. Bu hadisəni pisləyirik”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

End of content

No more pages to load

RADİO