Səfirliyimizə basqın olayında İRANIN YERİ – Tehran rəsmi açıqlama VERMƏLİDİRMİ? 

Xəbər verdiyimiz kimi, avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binası bir qrup radikal-ekstremist qrup tərəfindən hücuma məruz qalıb.

"The Mahdi Servants Union" adlı qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Lakin əksəriyyət səfirliyimizə hücumun arxasında başqa güclərin olduğu qənaətindədirlər. Təbii ki, hadisənin indiki həssas məqamda törədilməsi bu yöndə şübhələri daha da artırır. 

Ələlxüsus da, məsələyə İran-Azərbaycan münasibətləri nöqteyi-nəzərindən yanaşdıqda...

Azərbaycan və İran arasında münasibətlər heç vaxt bir xətt üzrə inkişaf etməyib. Daim eniş, yoxuşlara şahidlik etmişik. Çünki Tehranın ölkəmizə qarşı siyasəti heç vaxt birmənalı olmayıb. Buna görə də Azərbaycan cəmiyyətində də İrana qarşı ictimai fikirdə təzadlar hökm sürüb. Bunun nəticəsini səfirliyimizə hücum aktında da canlı olaraq gördük. Hadisə baş verən kimi, bütün diqqətlər olayın arxasındakı gücün kim olduğunu ifşa etməyə yönəldi. İlk ağla gələn variant isə İran oldu.

Cənub qonşumuzun hadisəni törədən “Mehdinin xidmətçiləri” ilə oxşar dini ideologiyaya sahib olması, eləcə də Azərbaycana qarşı bəhs etdiyimiz qeyri-müəyyən mövqeyi Tehranı Azərbaycan cəmiyyətinin nəzərində “sifarişçi” durumuna gətirdi.

Lakin daşların yerinə oturması o qədər də çox zaman almadı. Araşdırmalar göstərdi ki, “Mehdinin xidmətçiləri” İrana nifrəti Azərbaycandan da böyük imiş. Vaxtilə bu qrupun hücumuna Londondakı İran səfirliyi, təhqirlərinə isə Molla rejiminin özü də hədəf olub. 

Amma fakt faktlığında qalır. Azərbaycan oxuyucusu hadisəni eşidər-eşidməz İranı ittiham etməyə başladı. Bundan gəlinən nəticə bəsittdir. Hadisənin arxasındakı qüvvə İranla Azərbaycanı qarşı-qarşıya qoymaq üçün bu cür barbarcasına əməli təşkil edib. 

Bəs, indiki həssas situasiyada Azərbaycanla İran arasında açıq müstəvidə ciddi konflikt yaratmaq hansı qüvvələrə lazımdır?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Londondakı səfirliyinə hücum - XİN-dən RƏSMİ AÇIQLAMA


Bu suala cavab tapmaq üçün iki məsələyə diqqəti yönəltmək lazımdır:

1. Azərbaycan-İran münasibətlərinin korlanması kimə sərf edir?

2. Ölkəmizdəki iranyönümlü qüvvələri aktivləşdirməklə Azərbaycandakı sabitliyi pozmaq kimin maraqlarına uyğundur?

Məlumdur ki, bu gün ölkə daxilində və xaricində müəyyən qruplar Azərbaycandakı dini durumu gərginləşdirməyə çalışırlar.

Bu məqsədlə əllərindən gələni edir, heç bir təxribatdan çəkinmirlər. Ona görə də Londondakı hücumda bu xarakterli növbəti mesajın olması ehtimalı böyükdür. Bunun üçün seçilən yol da olduqca həssasdır. Qruplaşma həm bayrağımızı təhqir etməklə, həm də bunu din pərdəsi altında gizləməklə cəmiyyətə mənəvi baxımdan ciddi mesajlar verməyə cəhd göstərdi.

Bu cür qrupların sayı isə heç də az deyil. Ona görə də hücumun kimin planı olduğu ilə bağlı dəqiq ehtimal irəli sürmək çətindir. Lakin Azərbaycanla İranın son dönəmlər bir çox regional layihələrdə müştərək iştirak etdiyi faktını nəzərdən qaçırmamalıyıq. Sözügedən proyektlərsə, təkcə region üçün yox, bütün Avrasiya üçün ciddi strateji əhəmiyyətə malikdirlər. 

Xüsusən də, Türkmənistan-İran-Azərbaycan enerji əməkdaşlığı, Şimal-Cənub dəhlizi kimi layihələr Azərbaycan və İranla yanaşı, Rusiya, həm də Avropa üçün həyati əhəmiyyətə malikdir.

Çünki Avropa qapısı qapanan Rusiya Şimal-Cənub dəhlizini işə salmaq üçün Rəşt-Astara dəmir yolunun tikinti xərclərini belə öz üzərinə götürüb. Avropaya isə alternativ qaz mənbələri hər zamankindən daha çox lazımdır. 

Deməli, səfirliyimizə hücumu təşkil edən qüvvələrin məqsədi heç də Azərbaycan və İranla yekunlaşmır.

Lakin məqsəddən asılı olmayaraq, edilənlərin istənilən nəticəyə çatmadığı və çatmayacağı aşikardır. Ölkəmizi bu olayda İranla üz-üzə qoymaq istəyən qüvvənin kimliyi isə gec-tez üzə çıxacaq.  

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

39 yaşlı Şəki sakinini “tok” vurdu

39 yaşlı Şəki sakinini “tok” vurdu

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Maaş artımları ilə bağlı mühüm açıqlama

Maaş artımları ilə bağlı mühüm açıqlama

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

İran səfiri Əraqçinin Moskvada Putinlə görüşəcəyini açıqladı

İran səfiri Əraqçinin Moskvada Putinlə görüşəcəyini açıqladı

Gəncədə “QAZel” yandı, sürücü xəsarət aldı

Gəncədə “QAZel” yandı, sürücü xəsarət aldı

Sürücülərin kabusuna çevrilən 18 döngəli təhlükəli dolama yol - VİDEO

Sürücülərin kabusuna çevrilən 18 döngəli təhlükəli dolama yol - VİDEO

Azərbaycanın daha 2 sərbəst güləşçisi Avropa çempionu oldu

Azərbaycanın daha 2 sərbəst güləşçisi Avropa çempionu oldu

Azərbaycan hərbçiləri təlimdə iştirak etmək üçün Türkiyəyə yola düşdülər

Azərbaycan hərbçiləri təlimdə iştirak etmək üçün Türkiyəyə yola düşdülər

Çinli turistlər Mərkəzi Asiyaya axışır: Aviabilet bronları 120 faiz çoxalıb

Çinli turistlər Mərkəzi Asiyaya axışır: Aviabilet bronları 120 faiz çoxalıb

Xetaq Qazyumov ən yaxşı məşqçi seçildi

Xetaq Qazyumov ən yaxşı məşqçi seçildi

Xəzər dənizində yenə zəlzələ oldu

Xəzər dənizində yenə zəlzələ oldu

Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur

Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur

Tramp: “Putinlə son danışığımın məzmununu açıqlamaq istəmirəm” - VİDEO

Tramp: “Putinlə son danışığımın məzmununu açıqlamaq istəmirəm” - VİDEO

End of content

No more pages to load

RADİO