Ermənistan Laçından yan keçən yolun tikintisini niyə ləngidir? – YENİ FAKTLAR

Azərbaycan Laçın dəhlizinə alternativ olan 32 kilometrlik yeni yolun tikintisini başa çatdırır. Bununla bağlı Avtomobil Yolları Dövlət Agentliyi ötən gün məlumat yayıb. Bununla da Azərbaycan tərəfi 10 noyabr bəyannaməsindən irəli gələn daha bir vəzifəni uğurla icra edib.

İndi qalır Zəngəzurdakı Kornidzor kəndi ilə Görus şəhərini birləşdirəcək 4 kilometrlik ərazinin tikintisi. Məlum olduğu kimi, 4 kilometrlik ərazi Ermənistan ərazisindən keçdiyi üçün bu yolun inşası da rəsmi İrəvanın üzərinə düşür.

Lakin 10 noyabr anlaşmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan bu sahədə heç bir iş aparmayıb. Yolun texniki əsaslandırılmasına və geodiziya işlərinə belə başlanılmayıb.

MÖVZU İLƏ BAĞLI:

Ermənistandan Laçın dəhlizi ilə bağlı növbəti SƏRSƏM AÇIQLAMA


Üstəlik, bu yolun inşası və 10 noyabr bəyannaməsinin 6-cı bəndinə əsasən Ermənistanın 2 kəndi - Sus və Zabux Azərbaycanın nəzarətinə verilməlidir. Çox təəssüf ki, bu məsələdə də hər hansı bir hərəkətlilik yoxdur. Əksinə, rəsmi İrəvandan narazılıq tonları eşidilməkdədir. 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün sərsəmləyib ki, “Azərbaycanın Ermənistanla Qarabağ arasında yeni alternativ marşrutla daşımaların təmin edilməsi tələbi “qanunsuz”dur”.

Fikrini də belə əsaslandırıb ki, “tərəflərin (yəni, Rusiya Federasiyası, Ermənistan və Azərbaycanın) razılığı ilə yaxın üç ildə Laçın dəhlizi ilə Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni nəqliyyat marşrutunun tikintisi planı hazırlanacaq (?!)...

Bu müddət ərzində bu istiqamətdə müəyyən işlər görülüb, lakin hələ razılaşdırılmış plan yoxdur. Hər halda Ermənistan heç bir planla razılaşmayıb(?!), ona görə də Azərbaycanın tələbi qanunsuzdur(?!)”.

Təbii ki, Qriqoryan bu fikirlərində özü-özünü təkzib edir. O həm etiraf edir ki, yeni dəhliz 10 noyabr bəyannaməsində razılaşdırılıb. Ermənistan da bu istiqamətdə müəyyən addımlar atıb.

Bununla bərabər Qriqoryan sərsəmləyir ki, “Ermənistan heç bir planla razılaşmayıb... Azərbaycanın tələbi qanunsuzdur”. Göründüyü kimi, Ermənistanın Təhlükəsizlik Şurasının katibi nə dediyini heç özü də bilmir.

Bilsə belə məsuliyyətsiz fikirlər səsləndirməz. Qriqoryanın bu bəyanatı yalnız vaxt udmağa hesablanıb. Və çıxışında 3 il müddətini təkrarlaması da bunun sübutudur.

Tanınmış politoloq Fikrət Sadıqov Bizim.Media ilə fikirlərini bölüşərkən bunu Ermənistanın növbəti oyunbazlığı adlandırıb: 

“Belə məsuliyyətsiz bəyanatları tez-tez eşidirik. Bunlar hamısı vaxt udmağa hesablanmış bəyanatlardır. Ermənistan hakimiyyəti 10 noyabr bəyannaməsindən irəli gələn öhdəlikləri yerinə yetirməyə məhkumdur”.

Müsahibimiz onu da əlavə etdi ki, rəsmi İrəvan reallıq hissini itirib: 

“Onlar anlamırlar ki, Ermənistanın mövcudluğu və gələcəyi Azərbaycanla mehriban qonşuluqdan keçir. Əks təqdirdə, ikinci “Dəmir yumruq” əməliyyatı Qərbi Zəngəzurda və Göycə mahalında keçiriləcək”.
 

P.S. Amma ədalət naminə bir şeyi qeyd edək ki, dünən günortadan sonra Ermənistan mətbuatı məlumat yaydı ki, İrəvan bu yolun çəkilməsi üçün hərəkətə başlayıb.

Bir neçə sınıq-salxaq texnikanın da bu istiqamətdə yürüdüyünü videomaterial şəklində göstərərək “Qisas” əməliyatına ehtiyac olmadığını bildirməyə çalışdılar. Ermənilər tez ağıllanan millətdirlər, biz bunu bilirik, amma onlarla danışıq üsulu masa arxasında deyil.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

End of content

No more pages to load

RADİO