“İrana qarşı müharibə qaçılmazdır” - Kohen Yanarocakla MÜSAHİBƏ

İranla son diplomatik gərginləşmə İsrailin Azərbaycandakı səfiri Corc Diikin öz Twitter-ində “Təbrizin sehrli nağılları” kitabı ilə paylaşdığı statusdan sonra başladı. Söz atışmasından sonra İran tərəfindən də müxtəlif təhdid mesajları gəlməyə davam etdi.

Bütün bunlar isə külün altında qalan illərcə közərməyə meyilli bir münaqişənin davamlı qaldığını göstərir. Sual isə konkretdir:

Hazırkı geopolitik stiuatsiyada İsrail İrana müharibə elan edə bilərmi? 

Bu və digər suallarla Bizim.Media-nın İsrailin Qüds Təhlükəsizlik və Strategiya Mərkəzinin eksperti, professor Hay Eytan Kohen Yanarocaka müraciət edib:
 

MÖVZU İLƏ BAĞLI:

İsrail-İran GƏRGİNLİYİ – Azərbaycana necə təsir göstərəcək?


- Cənab Yanarocak, İsrail və Türkiyə münasibətləri Azərbaycanın vasitəçiliyi ilə normallaşmaya doğru irəliləyir. İsrail prezidentinin Türkiyəyə səfəri də bunu sübut edir. Hazırda münasibətləri necə qiymətləndirirsiniz? Konkret addımlar atılırmı?

- Xüsusilə son Qarabağ müharibəsindən sonra Türkiyə və İsrail ortaq mövqedə bir araya gəlsələr, nəyə nail ola biləcəklərnin konkret göstəricisi yoxdur. Hazırda prezident və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərlər əlaqələri günü-gündən möhkəmləndirir. Ancaq içində olduğumuz bu normallaşma prosesini davam etdirmək və istədiyimiz bəhrələri vermək üçün İsrail və Türkiyə arasında uzun, böhransız dövrlərə şahid olmalıyıq. Yalnız bu şəkildə münasibətləri növbəti səviyyəyə qaldırmaq olar. Qarşılıqlı etimadın yaradılması əsas olmalıdır.

- İsrailin Azərbaycandakı səfiri cənab Corc Diikin Twitter-də paylaşımı İranı dərin narahatlığa salıb. Bəlkə də görmüsünüz – o, “Təbrizin sehrli nağılları”nı oxuyurdu və indi ən çox satılan kitablardan biri oldu.

Biz İran-İsrail münasibətlərini bilirik. Səfirin paylaşımından İranın bu qədər narahat olmasını nə ilə əlaqələndirə bilərik?

- Bu sualın cavabını hamımız bilirik. Prezident Ərdoğan Bakıda keçirilən hərbi paradda “Araz” şeirini əbəs yerə ifa etməyib. Türklüyün tarixinə bələd olan hər kəs bilir ki, Güney Azərbaycan türk dünyasının və Azərbaycanın ayrılmaz bir parçasıdır. Səfirimiz Diikin bu seçimi iranlılara bu tarixi həqiqəti xatırlatdı. Amma necə deyərlər, günəşi palçıqla örtmək olmaz... İran bunu inkar etsə də, tarix aydındır.
- Bir çox dünya mətbuatında İrana qarşı müharibənin olacağı yazılır. Pentaqon rəhbərlərinin İsrailə səfəri bizə bu mövzuda düşünmək haqqı verir. Belə bir müharibə atmosferi nə dərəcədə realdır? İsrail və ABŞ (Amerika Birləşmiş Ştatları) İrana qarşı müharibə başladacaqmı?

- İranın nüvə proqramı üzərində beynəlxalq nəzarətdən yayınma ehtimalı və bu texnologiyadan hərbidə istifadə etməsi İsrail və Amerikadakı yetkililərə hərbi variantı nəzərdən keçirməkdən başqa seçim qoymur. İran bu məsələdə barışmaz mövqeyini qoruyub saxlasa, bu ssenarilərin reallaşma ehtimalı daha yüksəkdir.

- İran və İsrailin razılığa gələ bilməməsinin tarixi problemləri nədən ibarətdir?

- İran İslam İnqilabı. Bu inqilab xarici düşmən göstərməklə mövcudluğunu bir növ sübut etmiş olur. Burada seçilmiş günah keçisi İsrail və Amerikadır. İran İslam İnqilabından əvvəl həm İsrailin, həm də ABŞ-ın İranla əlaqələri son dərəcə sağlam idi.

- İsrail Azərbaycan iki qardaş və dost ölkədir. Türkiyə ilə yanaşı, Azərbaycana ən böyük dəstəyi İsrail verib. Azərbaycanda isə minlərlə yəhudi yaşayır. Bu qardaşlığın kökündə nə dayanır? 

- Məncə, Yəhudi-Azərbaycan-Türkiyə münasibətlərinin yaxşı olmasının ən mühüm səbəbi bu iki xalqın tarix boyu heç vaxt bir-biri ilə toqquşmamasıdır. Əksinə, yəhudi xalqının ən çətin günlərində türklər yəhudilərin qayğısına qalaraq onları bəlalardan xilas etmişlər. Əsrlər boyu türklər, azərilər və yəhudilər bir yerdə yaşayıb, qonşu olublar.
Belə sürtünmə yaşamamış xalqların bir-birinə rəğbət bəsləməsindən daha təbii nə ola bilər? Ancaq düşdüyümüz vəziyyət bununla kifayətlənməyimizə səbəb olmamalıdır. İsrail-Türkiyə-Azərbaycan əlaqələri daha da gücləndirilməlidir. Bu, həm xalqların, həm də dövlətlərin marağındadır.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO