Prezident və Mehriban Əliyeva Bakıda 2 nömrəli doğum evində yaradılan şəraitlə tanış olublar - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına və birinci xanıma doğum evində yaradılan şərait barədə məlumat verilib. 

Azərbaycanda əhalinin sağlamlığı hər zaman dövlət siyasətinin mərkəzində dayanır.

Bu baxımdan ölkəmizdə səhiyyə sisteminin inkişafı, maddi-teхniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələr insanların sağlamlığının etibarlı qorunmasına xidmət edir. Müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların tikilməsi və əsaslı şəkildə yenidən qurulması, müasir avadanlıqlarla təchiz olunması bunun əyani təsdiqidir. 

Qeyd edək ki, 2 nömrəli doğum evi 1987-ci ildə istifadəyə verilib. Uzunmüddətli istismar nəticəsində bu tibb müəssisəsində əsaslı təmirə ehtiyac yarandığından dövlət başçısının 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 2 nömrəli doğum evinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. 

Məlumat verilib ki, əsaslı şəkildə təmir edilən 120 çarpayılıq bu səhiyyə müəssisəsində ən müasir tələblərə uyğun tibbi avadanlıqlar quraşdırılıb. Üçmərtəbəli binada ümumilikdə 51 palata var. Tibb ocağında 80 çarpayılıq doğum, 30 çarpayılıq ginekologiya və 10 çarpayılıq reanimasiya şöbələri fəaliyyət göstərir. Burada vətəndaşlara həm ambulator, həm də stasionar xidmət göstəriləcək. Əvvəllər Səhiyyə Nazirliyinin nəzdində olan 2 nömrəli doğum evi 2021-ci ildən “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsin tabeliyindədir. 

Azərbaycanda yeni tikilən səhiyyə ocaqları, ölkəmizə gətirilən müasir tibbi avadanlıqlar bir məqsədə - əhalinin sağlamlığının qorunması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Bu prosesdə Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var. Bütövlükdə əhalinin, xüsusən də ana və uşaqların sağlamlığının qorunması Fondun fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən tədbirlər genefondumuzun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı surətdə həllinə yönəlib. Bu doğum evinin əsaslı şəkildə yenidən qurulması da ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin daha bir əyani təsdiqidir. 

Bizim.Media

 

























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO