Azərbaycanda dezinformasiya cəbhəsini kim yaradır? – Etibar Məmmədov və Zərdüşt Əlizadədən SƏRT TƏPKİ

XXI əsrdə informasiya əsridir, kimin əlində daha çox informasiya varsa, o da vəziyyətə nəzarət etmiş olur. Dezinformasiya isə daha təhlükəli silahdır. Qısa bir zamanda əks-cinahda çaxnaşma salmağın ən çevik üsulu kimi istifadə edilir.

Təəssüf ki, bir çox hallarda bu qarşı tərəfin öz əli ilə aparılır. Bəziləri bunu bilərəkdən, bəziləri isə heç bir məsuliyyət hiss etmədən, qeyri-peşəkarlıqdan həyata keçirir. Bu baxımdan müsair jurnalistika hüdudsuz texnoloji imkanlar əldə etdiyindən daha çox təhrifə, yalançı məlumatlara uğramış olur. Sosial şəbəkələr isə “ilana zəhər verən kərtənkələ” rolunda çıxış edir.
 

MÖVZU İLƏ BAĞLI:

Saytlara və sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ


Etibar Məmmədov xəbərdarlıq etdi

AMİP lideri Etibar Məmmədov Bizim.Media ilə fikirlərini bölüşərkən bildirib ki, bu məsələdə xarici düşmən qüvvələr çox incəliklə çalışırlar:

“Onlar da öz hədəflərinə çatmaq üçün bütün vasitələrdən və hətta dezinformasiyadan istifadə edirlər. Bu bir növ qəbul olunmuş siyasi mübarizə yoludur. İxtiyari güc çalışır ki, qarşı tərəfə daha çox dezinformasiya ötürsün və cəmiyyətdə çaşqınlıq yaratsın”.

Etibar Məmmədov bu məsələdə “sapı özümüzdən olan baltalar”ın “xidmətindən” təəssüfləndiyini də qeyd edib:

“Bizdəki xəbər portallarının və mətbuat nümayəndələrinin çoxu təəssüf ki, məsuliyyət hissindən uzaqdır. İP üçün mənbəyi bilinməyən məlumatların yayılmasına çox yol verirlər. Bu da təbii ki, yüksək peşəkarlıqdan xəbər vermir. Qeyri-peşəkarlarsa sadəcə nə istədiklərini bilmirlər”.

İP üçün dövləti maraqlar niyə təhlükəyə atılır?

Yada salaq ki, 44 günlük müharibə dövründə çox örnək bir hadisə baş verdi. Ön cəbhə ilə bağlı bütün informasiyalar vahid mərkəzdən yayıldı. Bu isə həm dezinformasiyanın qarşısını aldı, həm də xalqı vahid məqsədə səfərbər etdi.

Böyük Qələbədən sonra müvəqqəti qadağa aradan qalxdı. Və yenə söz qəhrəmanları ortaya atıldı. Hazırda sosial mediadakılar və elektron KİV-lər Qarabağla, Ermənistan sərhəddində baş verən və verməyənlərlə bağlı olanı-olmazı yayımlayırlar. Bəziləri isə öz yazılarında erməni mənbələrinə istinad edirlər.

Halbuki,“Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Prezidentinin imzaladığı sərəncamda qeyd olunur ki, “kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etsin”.

Yəni hüquq mühafizə orqanlarının bir vəzifəsi də odur ki, Azərbaycan ordusu və təmas xəttində baş verən hadisələrlə bağlı dezinformasiya yayan “jurnalistlərlə” profilaktik iş aparsın. Zərurət yarandığı halda qəti ölçü götürülsün.

Ədalət naminə deyək ki, müvafiq qurumlar bunu edir. Lakin, qanunun icrası kimlərinsə marağına toxunur. Buna da başqa don geyindirməyə çalışırlar. Məsələn, bu yaxınlarda Fikrət Fərəməzoğlu reketçiliyə, Tofiq Şahmudarovun isə ordu haqında yalan məlumatlar yaymasına görə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. 

Amma qanunun sərt üzünü görənlər bəzən buna bir başqa ad verməyə çalışır. Üstəlik, bu gün dezinformasiya yayan təkcə Tofiq Şahmuradov deyil.

Bu gün Müzəffər Ordumuz haqqında, təmas xəttindəki proseslərlə bağlı mənbəyi olmayan və yaxud düşmən mənbələrinə istinadən o qədər xəbərlər tirajlanır ki,.. 

Ən pisi də odur ki, dezinformasiya yayanlara qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləndə də xarici qüvvələr və onların yerli əlaltıları bunu mətbuata basqı kimi qiymətləndirirlər.
Zərdüşt Əlizadə bu haqda nə düşünür?

Tanınmış politoloq Zərdüşt Əlizadə isə o fikirdədir ki, Azərbaycan jurnalistlərinin əksəriyyətinin dünyagörüşü çox aşağı səviyyədədir:

“Ona görə də hadisələri düzgün yanaşılmır. Oxucuya düzgün və dəqiq informasiya çatdırılmır. Oxucu toplamaq üçün hər bir yola əl atılır. Bu isə ümumilikdə cəmiyyətdə travma yaradır. Ordu və dövlət haqqında yanlış fikirlərə rəvac verir. Onlara qarşı qanun sərt işləyəndə isə hay-küy yaranır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İngiltərə Kuboku: “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” oldu

İngiltərə Kuboku: “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” oldu

Yevlaxda qonşu qonşunu bıçaqladı - ÖZƏL

Yevlaxda qonşu qonşunu bıçaqladı - ÖZƏL

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Mahmud Abbas tərəfdarları Fələstin muxtariyyətində yerli seçkilərdə qalib gəldilər

Mahmud Abbas tərəfdarları Fələstin muxtariyyətində yerli seçkilərdə qalib gəldilər

“Neftçi”nin məşqçisi: “Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”

“Neftçi”nin məşqçisi: “Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”

Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

39 yaşlı Şəki sakinini “tok” vurdu

39 yaşlı Şəki sakinini “tok” vurdu

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Maaş artımları ilə bağlı mühüm açıqlama

Maaş artımları ilə bağlı mühüm açıqlama

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

İran səfiri Əraqçinin Moskvada Putinlə görüşəcəyini açıqladı

İran səfiri Əraqçinin Moskvada Putinlə görüşəcəyini açıqladı

Gəncədə “QAZel” yandı, sürücü xəsarət aldı - FOTO/VİDEO

Gəncədə “QAZel” yandı, sürücü xəsarət aldı - FOTO/VİDEO

Sürücülərin kabusuna çevrilən 18 döngəli təhlükəli dolama yol - VİDEO

Sürücülərin kabusuna çevrilən 18 döngəli təhlükəli dolama yol - VİDEO

Azərbaycanın daha 2 sərbəst güləşçisi Avropa çempionu oldu

Azərbaycanın daha 2 sərbəst güləşçisi Avropa çempionu oldu

End of content

No more pages to load

RADİO