“Siyasi partiyalar haqqında” yeni qanuna müxalifətin MÖVQEYİ 

Xəbər verdiyimiz kimi, Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanacağının anonsu verilib.

Qeyd olunub ki, parlamentdə təmsil olunan siyasi partiyaların təklifləri əsasında Milli Məclisin spikeri tərəfindən müvafiq qərar qəbul olunub. Bundan əlavə, dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim etmələri xahiş olunub.

Bəs, yeni layihə ilə bağlı siyasi partiyalar nə düşünür? Onlar qanuna hansı dəyişiklikləri təklif edəcəklər?

Suallarımıza cavab almaq üçün bir sıra siyasi partiyaların funksionerləri ilə əlaqə saxladıq.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib ki, sözügedən qanuna dəyişikliklər məsələsi çoxdandır ki, gündəmdədir:

“Qanun 1992-ci ildə qəbul olunub və indiyə qədər 27 dəfə qanuna düzəlişlər edilib. Bizim də dəyişikliklə bağlı təkliflərimiz var. Xüsusilə də siyasi partiyaların maliyyələşməsi və bir sıra digər məsələlərlə bağlı təkliflərimizi təqdim edəcəyik. Təbii ki, partiyaların gələcək inkişafına yönələcək dəyişikliklər olacaqsa, bunu alqışlayacağıq. Çünki, həqiqətən də, bir sıra düzəlişlərə ehtiyac var. Partiyaların ölkənin siyasi gündəminə təsirini artıracaq, onların normal fəaliyyətini təmin edəcək, insanlarla münasibətləri gücləndirəcək düzəlişlər edilməsinə ehtiyac var. Arzuxan Əlizadə AMİP tərəfindən dəyişikliklərlə bağlı təkliflər paketinin uzun müddətdir hazırlandığını və parlamentə təqdim olunacağını qeyd edib.   
 

MÖVZU İLƏ BAĞLI:

Əmlakları müsadirə olunan məmurların YENİ SİYAHISI 


Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli isə bildirib ki, partiyaların siyasi sistemə inteqrasiyası üçün qanunvericilik bazası təkmilləşdirilməlidir:

“Ölkədə proporsional seçki sisteminə keçidlə bağlı ən azından müzakirələr gedir və gələcəkdə bu sistemin tətbiqi ehtimalı yüksəkdir. Bu da sözügedən qanuna dəyişiklikləri zəruri edir. REAL tərəfindən bununla bağlı ötən ilin oktyabrında təkliflər paketi hazırlanıb. Biz əvvəlcədən belə bir ehtimalın olduğunu bilirdik deyə, 10 ay öncə dəyişikliklər paketini hazırlayıb, publik elan vermişik. Təkliflərimizin əsas məğzi isə ondan ibarətdir ki, siyasi partiyalar bir şəxs ətrafında formalaşmaqdansa, ideoloji platformalara çevrilməli, ideyaların mübarizəsinə qapı açmalıdır.
 

Təəssüflər olsun ki, uzun illər ölkəmizdə bunu görməmişik. Yeni qanunvericilik təşəbbüsləri, proporsional seçki sisteminin tətbiqi siyasi partiyaların inkişafına, ideya və tezislərin mübarizəsinə yol aça bilər ki, biz də bunu dəstəkləyirik”.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı da bu addımı yüksək qiymətləndirib:

“Nəzərə almalıyıq ki, bu qanun 1992-ci ildə, Azərbaycanın müstəqilliyini yeni əldə etdiyi dönəmdə qəbul olunub. Bu dövr ərzində siyasi proseslərdə böyük dəyişikliklər baş verib. BAXCP hər zaman “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etmişik. Partiyamızın lideri Qüdrət Həsənquliyev də partiya daxilində zaman-zaman bu məsələni qaldırıb. 

Biz, partiya olaraq bu işdə aktiv formada iştirak edib, təkliflərlə çıxış edəcəyik. Xüsusən də, siyasi partiyaların qeydiyyatı məsələsində dəyişikliklər var. Azərbaycan Qafqazda yeganə ölkədir ki, parlamentdə müxalifət fraksiyası yoxdur və proporsional sistem tətbiq olunmur. Bu da partiyaların fəaliyyətinə ciddi təsir göstərir. Zənnimcə, yeni qanun layihəsinin qəbulunda proporsional seçki sistemində təmsilçilik də öz yerini alacaq”.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov isə qeyd edib ki, yeni qanunun hazırlanmasına və qəbul olunmasına çoxdan ehtiyac var idi:
 

“İndi çox sevindirici haldır ki, Respublikamızın bütün sahələrində olduğu kimi siyasi sahədə də islahatlar aparılır. Ümid edirəm ki, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunması indiyə kimi mövcud olan  bəzi neqativ halları  aradan götürəcək və Azərbaycanda demokratik prinsiplər əsasında yeni siyasi mədəniyyətin və məfkurənin formalaşmasına xidmət edəcəkdir.


Yeni qanun lahiyəsinə verəcəyim təklif ondan ibarətdir ki, eyni siyasi platformaya malik olan partiyaların müxtəlif adlarla dövlət qeydiyyatına alınmasına yol verilməsin. İkinci təklifim isə ondan ibarətdir ki, bildiyimiz kimi, cəmiyyətdə müxtəlif siyasi baxşılar və insanların mənsub olduqları fərqli siyasi partiyalar var, sol, sağ, mərkəzçi, liberal, millətçi və s.  Hesab edirəm ki, yeni qanun lahiyəsində bu məsələyə ciddi diqqət yetirilməli və partiyaların dövlət qeydiyyatından keçməsində bu hal əsas meyar kimi nəzərə alınmalıdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO