Şuşa Konfransının iştirakçıları İlham Əliyevə müraciət etdi

Regional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri” mövzusunda Şuşa Konfransı iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 

Bizim.Media-nın xəbərinə görə, müraciətdə deyilir: 

"Möhtərəm cənab Prezident! 

Məhkəmə-hüquq islahatlarına həsr edilən Şuşa Konfransının iştirakçıları bu tədbirin mədəniyyət paytaxtımız, qədim Şuşa şəhərində keçirilməsindən xüsusi qürur duyur, bu günləri xalqımıza yaşatdığınıza görə Sizə dərin ehtiramlarını ifadə edirlər. 

Yenilməz sərkərdəliyinizlə müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etməklə Siz ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini və bütün xalqımızın arzusunu reallığa çevirərək Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmısınız. 
Bu gün doğma torpaqlarımızda Zati-alilərinizin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə nəhəng bərpa-quruculuq işləri aparılır, azad edilmiş ərazilərimiz gündən-günə çiçəklənir. 2022-ci ilin tərəfinizdən “Şuşa İli” elan olunaraq mədəniyyət paytaxtımızın mötəbər tədbirlərə ev sahibliyi etməsi, Zəngilan rayonunun Ağalı kəndində açılışını etdiyiniz “Ağıllı kənd”ə soydaşlarımızın 30 illik həsrətdən sonra qayıtması hər kəsdə doğma torpaqlarımızın cənnətə çevriləcəyinə əminlik yaradır. 

Konfrans zamanı rəhbərliyinizlə aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi, fəaliyyətin səmərəliliyinin artırılması, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi üzrə ardıcıl tədbirlər qeyd edilmiş, qarşıda duran vəzifələr, habelə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri müzakirə olunmuşdur. 

Tədbir zamanı biz, həmçinin Şuşa şəhərində görülən genişmiqyaslı quruculuq işlərinin də əyani şahidi olduq, rəhbərliyinizlə yenidən dirçələn şəhərin tarixi və mədəni abidələri ilə tanışlıqdan heyran qaldıq, böyük iftixar hissi yaşadıq. 
Möhtərəm cənab Prezident! 

İşğaldan azad edilmiş müqəddəs torpaqlarımızda olmağın sevincini yaşatdığınıza görə bir daha dərin ehtiramımızı bildirir, qəti əmin edirik ki, Vətənimizin tərəqqisi, insan haqlarının qorunması və azad olunmuş torpaqlarımızın bərpası naminə Sizə layiqli yardımçı olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik". 

Müraciəti Şuşa Konfransının iştirakçıları adından ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov imzalayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO