İlham Əliyev: “Məndə qanunsuz əməllərə əl atan dövlət məmurlarının və bəzi sahibkarların siyahısı var”

“Torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Rayon icra başçıları qanunsuz icazələr verib” – Azərbaycan Prezidenti


“Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi.

Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi.

Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.

Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır

 Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz.
Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik.

Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır”, deyə Azərbaycam lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO