Prezident İlham Əliyev Türkiyənin ailə və sosial xidmətlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Derya Yanıkı qəbul edib.

Bizim.Media xəbər verir ki, Derya Yanık Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi. 

Dövlətimizin başçısı 15 İyul - Demokratiya və Milli Birlik Günündə Türkiyə Prezidenti ilə telefon danışığını məmnunluqla xatırladı.

Prezident İlham Əliyev 15 İyul gününün tarixi gün olduğunu qeyd edərək, Rəcəb Tayyib Ərdoğanın səyləri və liderliyi ilə Türkiyə xalqının bu çətin sınaqdan şərəflə çıxdığını bir daha bildirdi və vurğuladı ki, hazırda Türkiyənin inkişaf yolunda olması, ölkədə sabitliyin hökm sürməsi xalqımızı çox sevindirir.

Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqlarından son dərəcə məmnunluqlarını ifadə etdi və Prezident İlham Əliyevin liderliyi sayəsində qazanılan Qarabağ Zəfəri ilə bağlı böyük sevinc hissi keçirdiklərini bir daha vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyi və dostluğunun bütün sınaqlardan şərəflə çıxdığını dedi. Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərə toxunan Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərimizin ən yüksək zirvəyə qalxdığını qeyd etdi.
Azərbaycan Prezidenti bildirdi ki, bu Bəyannamənin müqəddəs şəhərimiz olan Şuşada imzalanması xüsusi önəm daşıyır.

Sonra dövlətimizin başçısı Türkiyə Prezidenti ilə Zəngilan hava limanının açılışında iştirak edəcəklərini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev bu gün dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, Derya Yanıkın səfərinin ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyi bildirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

End of content

No more pages to load

RADİO