Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycanda demoqrafik göstəricilər müzakirə mövzusudur. Rəsmi statistika doğum hallarının azaldığını, ölüm göstəricilərinin isə nisbətən artdığını göstərir.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında ölkədə 14 min 797 uşaq doğulub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən doğum səviyyəsinin 9,7-dən 8,9-a enməsi deməkdir.

Həmin dövrdə 10 min 878 ölüm halı qeydə alınıb. Ölüm səviyyəsi hər min nəfərə görə 6,3-dən 6,6-ya yüksəlib. Beləliklə, doğulanların sayı vəfat edənlərin sayını üstələsə də, bu fərq əvvəlki illərlə müqayisədə azalıb.

Statistik göstəricilər ölüm hallarının əsasən yaşlı əhali arasında qeydə alındığını göstərir. Xüsusilə 60 yaşdan yuxarı şəxslər arasında ölüm halları daha çox müşahidə olunur.

Dövlət yeni doğulan uşaqlara görə ailələrə birdəfəlik sosial dəstək də göstərir.

Hazırda uşağın doğulmasına görə birdəfəlik müavinətin məbləği 600 manatdır.
 

Vətəndaşların vəfatı ilə bağlı da dövlət tərəfindən dəfn müavinəti verilir. Hazırda bu məbləğ bir sıra kateqoriyalar üzrə 600 manat təşkil edir. Əmək pensiyaçıları vəfat etdikdə isə dəfn müavinəti minimum əmək pensiyasının üç misli həcmində hesablanır.


Dövlət Sosial Müdafiə Fondu mütəmadi olaraq doğum və ölümlə bağlı vətəndaşlara ödənilən məbləği açıqlayır. Fondun məlumatına görə, bu ilin yanvar-mart aylarında 20032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödənilib. Uşağın anadan olmasına görə ödənilən müavinət bəzi hallarda sənədləşmə ilə bağlı gecikdiyi üçün iki ay ərzində doğulan uşaqlara ödənilən konkret məbləği bilmək çətindir.

Yəni həmin aylar ərzində doğulan uşaq sayı ilə müavinət ödənilən uşaq sayında fərq yarana bilər.

Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir ki, bu il ölkədə hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği 71 milyon manat olacaq.

Həmçinin, dəfnlə bağlı da məsələdə də bir az fərqli yanaşma var. Çünki yuxarıda qeyd edildiyi kimi, dəfn müavinəti təqaüdçülərdə başqa, işləyən şəxslərdə başqa cür hesablanır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda azyaşlı bacı-qardaş İTKİN DÜŞDÜ

Bakıda azyaşlı bacı-qardaş İTKİN DÜŞDÜ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

End of content

No more pages to load

RADİO