Ceyhun Bayramov Tbilisidə Ararat Mirzoyanla nəyi müzakirə edəcək? – ƏSAS MÖVZU

Xarici işlər naziri Ceyhun Bayramov bu gün işgüzar səfərlə Gürcüstana yola düşüb. Səfər çərçivəsində Azərbaycanlı nazir Gürcüstanın Baş naziri, xarici işlər naziri və Ermənistanın xarici işlər naziri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur. 

Təbii ki, bu görüşlər arasında erməni nazirlə görüş xüsusi əhəmiyyət kəsb edir. Çünki, Tbilisi görüşü 10 noyabr bəyanatından sonra XİN başçıları arasında ilk görüş olacaq. Və bu görüşdə müzakirəsi vacib olan kifayət qədər mövzular var.

Nəzərə alaq ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri bir neçə dəfə görüşüb. Müəyyən razılıqlara gəlinib. Lakin, həmin görüşlərdə əldə edilən razılaşmaların icrası üçün Ermənistan höküməti bir qayda olaraq passiv mövqe nümayiş etdirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşmək üçün Gürcüstandadır - YENİLƏNİB 


Bu da iki ölkə arasında bağlanacaq sülh sazişini ləngidir və Cənubi Qafqazda davamlı sülhə təhlükə yaradır. Ona görə də Tbilisi görüşünün xeyli maraqlı və gərgin keçəcəyi gözlənilir.

Məsələ ilə bağlı tanınmış politoloq Fikrət Sadıqovun fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, əsas müzakirə mövzusu 10 noyabr sülh anlaşmasının icra məsələsidir.

Bildiyimiz kimi, Ermənistan tərəfi bu anlaşmanın tələblərini hələ də yerinə yetirməyib:

“Nə Naxçıvana dəhliz açılıb, nə sərhədlərin delimitasiya və demarkasiyası başa çatdırılıb, nə də ki, Qarabağdan erməni silahlı birləşmələri çıxarılmayıb. Baxmayaraq ki, Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Ən əsası ermənilər üçün Laçın dəhlizini açıb. Ona görə də Tbilisi görüşündə müzakirə ediləcək çox ciddi və böyük məsələlər var. Əgər bu görüş uğurlu keçsə, ən azından Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırar və konkret işə keçilər”.

Qeyd edək ki, Rusiya-Azərbaycan-Ermənistan arasında 3 tərəfli işçi qrupu 2021-ci ilin aprelində işə başlamalıydı. Amma Erməni tərəfinin məsuliyyətsizliyi və bəhanələri üzündən işçi qrupu hələ də fəaliyyətə başlamayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baltikyanı ölkələr və Polşa Rusiyanın mümkün hücumuna hazırlaşır

Baltikyanı ölkələr və Polşa Rusiyanın mümkün hücumuna hazırlaşır

Ermənistanda son günlər 100-dən çox insan həbs olunub

Ermənistanda son günlər 100-dən çox insan həbs olunub

Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK

Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK

Bu ay 2 bürc üçün uğur gətirəcək - Astroloqlardan proqnoz

Bu ay 2 bürc üçün uğur gətirəcək - Astroloqlardan proqnoz

Andraş Baka Macarıstanın yeni prezidenti SEÇİLDİ

Andraş Baka Macarıstanın yeni prezidenti SEÇİLDİ

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Lənkəranda MÜƏMMALI HADİSƏ – Yeniyetmə qızla qohumunun meyiti meşədə tapıldı

Lənkəranda MÜƏMMALI HADİSƏ – Yeniyetmə qızla qohumunun meyiti meşədə tapıldı

Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU

Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU

Bəşər Əsəd barəsində ölüm hökmü Suriyada bayrama çevrildi – VİDEO

Bəşər Əsəd barəsində ölüm hökmü Suriyada bayrama çevrildi – VİDEO

Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)

Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)

Bakıda DƏHŞƏTLİ QƏTLİN üstü açıldı: Anasını öldürüb, evin həyətində basdırıbmış...

Bakıda DƏHŞƏTLİ QƏTLİN üstü açıldı: Anasını öldürüb, evin həyətində basdırıbmış...

Su içmək kökəldir? – Yayda daha şişkin görünməyin SİRRİ AÇILDI

Su içmək kökəldir? – Yayda daha şişkin görünməyin SİRRİ AÇILDI

"O Ses Türkiye"nin qalibinin geyimi müzakirələrə səbəb oldu – VİDEO

"O Ses Türkiye"nin qalibinin geyimi müzakirələrə səbəb oldu – VİDEO

“Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir” - FOTO

“Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir” - FOTO

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi

MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF – “İranın nüvə obyektinə dəfələrlə getmişəm”

MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF – “İranın nüvə obyektinə dəfələrlə getmişəm”

Təkcə maaş yox, həm də pay: Əmək bazarında yeni dövr başlayır

Təkcə maaş yox, həm də pay: Əmək bazarında yeni dövr başlayır

Kurban Berdıyev Rusiyaya qayıdır?

Kurban Berdıyev Rusiyaya qayıdır?

Zaqatalada AĞIR QƏZA – Vəzifəli şəxslər yaralandı - VİDEO

Zaqatalada AĞIR QƏZA – Vəzifəli şəxslər yaralandı - VİDEO

Heç vaxt heç nədən qorxmamışam - Putin

Heç vaxt heç nədən qorxmamışam - Putin

UNEC-də də təhsil haqları azaldıldı – RƏSMİ

UNEC-də də təhsil haqları azaldıldı – RƏSMİ

Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR

Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR

Aliment borcunu ödəmədiyinə görə həbs olunanların SAYI AÇIQLANDI

Aliment borcunu ödəmədiyinə görə həbs olunanların SAYI AÇIQLANDI

Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR

Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR

End of content

No more pages to load

RADİO