“Türkiyəyə səfərimin başlıca məqsədi "Elan Exspo" şirkətinin fəaliyyətinin Azərbaycanda genişləndirilməsidir”x9d.xa0
Bunu mətbuata açıqlamasında "Elan Exspo" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin vitse - prezidenti İlkin Abdiyev deyib.xa0
Onun sözlərinə görə, Türkiyə səfəri çərçivəsində Azərbaycan adına və Azərbaycan gəncliyi adına olduqca böyük işlər müzakirə olunacaq:xa0
“Hesab edirəm ki, hər bir azərbaycanlı vətəndaşı, əsasən də iş adamının başlıca məqsədi xarici investorların Azərbaycana sərmayə yatırmasına nail olmaqdır. Hesab edirəm ki, Azərbaycan neftlə zəngin bir dövlət olmaqla yanaşı, əlverişli coğrafi mövqeyinə görə də xarici investorların diqqət mərkəzindədir. İş adamları isə Azərbaycanın bu özəlliyindən yararlanmalı və Azərbaycana xarici investorların sərmayə yatırmasına nail olmaqla müəyyən divident qazandırmalıdır. "Elan Exspo" şirkəti xa0isə Türkiyə iş adamlarının Azərbaycana yetərincə böyük dividentlər qazandıracağına əminəm. Səfər öncəsi "Elan Exspo" ilə bağlı yalnız onu deyə bilərəm ki, Türkiyə səfərindən sonra ElanExspo-nun Azərbaycan nümayəndəliyi öz işinə daha ciddi və əhatəli şəkildə yanaşacaq”x9d.
İlkin Abdiyev eyni zamanda Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin vitse - prezidenti xa0vəzifəsinə təyinatı və görəcəyi işlərlə bağlı da danışdı:xa0
“Bəli, mən Dövlətlərarası Media və Diplomatiya Mərkəzində vitse - prezident vəzifəsinə təyin olunmuşam. Bu vəzifə mənim çiyinlərimə daha çox məsuliyyət qoyur. Amma eyni zamanda da olduqca şərəfli bir işdir. Mərkəz bir ildən artıqdır fəaliyyət göstərsə də, hesab edirəm qurduğu beynəlxalq xa0mətbuat əlaqələri ilə öz sözünü deyib. Bu gün DMDM bir çox ölkələrin mətbuatı ilə əməkdaşlıq edir. Qeyd edim ki, mənim Türkiyə səfərim çərçivəsində də, əsas məslələrdən biri Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin Türkiyə Azərbaycan Media Forumu layihəsinə start verməkdir. Bu yöndə mənim Türkiyənin bir sıra ünli simaları ilə görüşlərim də nəzərdə tutulur”x9d.