Milli Qurtuluşdan Zəfər Gününə: İkiqat bayram olan 15 iyun niyə önəmlidir?

Ümumilli lider Heydər Əliyev 1993-cü ilin 15 iyununda yenidən hakimiyyətə qayıdandan sonra əsas amalı işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. Ulu öndər hələ o zaman bildirirdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”.

30 il sonra Qarabağda qazandığımız Zəfərin təməlində Heydər Əliyev strategiyası və Prezident İlham Əliyevin dərin zəkası ilə bu strategiyanı həyata keçirməsi dayanır.

1993-cü ilin 15 iyun tarixi: yenicə müstəqilliyini qazanmaq Azərbaycan dağılmaq təhlükəsi ilə üzləşmişdi. Ölkə təkcə erməni işğalına qarşı döyüşmür, Bakının siyasi kulislərində də davalar yaşanırdı və nəticə etibarilə düşmən torpaqlarımızın sürətlə işğalını həyata keçirirdi. Vəziyyət belə davam etsəydi, təkcə torpaqlarımızı yox, ümumiyyətlə dövlətçiliyimizi itirəcəkdik. Məhz həmin vaxt xalq Heydər Əliyevi hakimiyyətə çağırdı, çünki ölkəni yalnız onun xilas edə biləcəyini anlayırdı. 

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda yaşasa da, sonradan Naxçıvan Muxtar Respublikasına köçdü. Onun Naxçıvanda olması muxtar respublikanın düşmən təhlükəsindən xilas edilməsinə imkan verdi. Ermənilərin tarixi hədəfi Naxçıvan idi və Qarabağın işğalı ilə yanaşı, bu bölgəni də ələ keçirmək niyyətində idilər. Lakin Heydər Əliyev ən ağır vaxtlarda muxtar respublikanı qorudu və ümumilli lider üçrəngli bayrağımızı ilk dəfə Naxçıvandan yenidən dalğalandırmaqla müstəqilliyin bərpa edilməsi prosesini başlatdı. Heydər Əliyev muxtar respublikada olanda Bakıda siyasi ambisiyalar uğrunda mübarizə gedirdi. Nizam-intizamın olmadığı və başsız qalan ordumuz isə cəbhədə pərakəndə şəkildə döyüşürdü. Orduda fərarilik artır, hərbi komandirlərlə inzibati idarəçilik arasında əsl müharibə yaşanır, mərkəzi hakimiyyət ölkəyə nəzarət edə bilmir, ölkəni parçalamaq istəyən qüvvələr ayrı-ayrı “respublikalar” yaradırdı. Hər şey uçurumun kənarına çatmışdı və Azərbaycan dövlətçiliyinin itirilməsi təhlükəsi hər keçən gün artırdı.

Xalq yeganə çıxış yolunu Heydər Əliyevin qayıdışında görürdü. Ulu öndərin 1993-cü ildə qayıdışı ilə dövlətçiliyin itirilməsi təhlükəsi aradan qaldırıldı.

Orduda nizam-intizam yaradıldı, ayrı-ayrı qruplaşmaların özbaşınalığına son qoyuldu, separatçılıq meylləri məhv edildi, mərkəzi hakimiyyət gücləndirildi, şahın yox, qanunun şah olduğu sistem formalaşdırıldı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Buna paralel şəkildə, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Bu, işğalın davam etməsinin qarşısının alınması baxımından əhəmiyyətli idi, çünki əvvəlki hakimiyyətin dağıtdığı zəif ordu ilə döyüşmək digər ərazilərin də işğal edilməsinə yol aça bilərdi. Cəbhədə atəşkəsə nail olan Heydər Əliyev əsas diqqəti ölkənin yenidən qurulmasına yönəltdi, sosial-iqtisadi inkişafın əsasını qoydu, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Ümumilli liderin əsas addımlarından biri isə gələcəyimizi təmin edən, eyni zamanda, Azərbaycanın dünyadakı mövqelərini gücləndirəcək neft strategiyasını həyata keçirməsi idi.

Ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyul tarixinin Milli Dirçəliş Günü olaraq qeyd edilməsi məhz onun Azərbaycanı dağılmaqdan xilas etdiyi üçündür. Tarix göstərir ki, Heydər Əliyev olmasaydı, Azərbaycan dövləti olmayacaqdı, yaxud ən yaxşı halda bir neçə yerə parçalanacaqdı.

Heydər Əliyev olmasaydı, 30 il sonra Qarabağda qazandığımız Zəfər də olmayacaqdı. Bu Zəfərin təməlini məhz Heydər Əliyev atıb.


Ulu Öndərin ən böyük arzusu idi torpaqlarımızı işğaldan azad etmək və bütün fəaliyyəti boyunca məhz buna çalışdı. Güclü Azərbaycanın yaradılmasının əsas hədəflərindən biri də bu idi. Ulu Öndərin yolunu davam etdirən Prezident İlham Əliyevin məhz Heydər Əliyev strategiyasını müasir tələblərə uyğunlaşdıraraq, uğurla həyata keçirməsi nəticəsində Azərbaycan qalib ölkəyə çevrildi.

Sonradan Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Heydər Əliyev yolunda uğurla irəliləyərək, Zəfər gününü yetişdirirdi.

Diplomatiyada zəfərlər qazandıq. Münaqişənin mövcud olduğu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edən hüquqi bazanın formalaşdırılması bunun əsas nümunəsi hesab edilə bilər. Beynəlxalq birlik yekdilliklə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edirdi.

İqtisadiyyatda da zəfərlər qazandıq. Təkcə ölkə iqtisadiyyatı inkişaf etmədi, həm də Azərbaycan qlobal iqtisadi layihələrin mərkəzlərindən birinə çevrildi. Nəticə etibarilə işğalçı Ermənistan təcrid vəziyyətinə düşdü.

Regionun ən güclü ordusu quruldu. Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun qüdrətlənməsi istiqamətində atdığı addımlar ordumuzu regionun ən birinci Silahlı Qüvvələrinə çevirdi. Həm peşəkar zabit heyətinin hazırlanması, həm hərbi arsenalın ən müasir silahlarla təchiz edilməsi istiqamətində mühüm addımlar atıldı.

Diplomatiyada sülh danışıqları davam etdirilir, buna paralel şəkildə Azərbaycan bütün sahələrdə güclənməklə Zəfəri qazandıracaq mübarizəyə hazırlaşırdı. 

2020-ci ilin 27 sentyabr tarixi bu Zəfərin başlanğıcı oldu. Qüdrətli ordumuz Müzəffər Ali Baş Komandanın liderliyi ilə düşmənin 4 ilə işğal etdiyi torpaqlarımızı cəmi 44 günə azad etdi. 

Bu, Azərbaycanın yenidən dirilməsi idi, bu, ümumilli lider Heydər Əliyevin uğrunda mübarizə apardığı Zəfərin qazanılması idi və bu, Heydər Əliyev strategiyasının İlham Əliyev tərəfindən uğurla tətbiq edilməsinin tarixi nəticəsi idi.


1993-cü ilin 15 iyunu Azərbaycan təqviminə Milli Qurtuluş Günü olaraq yazıldı. Çünki Heydər Əliyev Azərbaycanı xilas etmişdi. 

2020-ci ilin 8 noyabrı Azərbaycan təqviminə Zəfər Günü olaraq yazıldı. Çünki İlham Əliyev 30 il sonra torpaqlarımızda işğala son qoyumuşdu. 



Milli Qurtuluşdan Zəfər Gününə qədərki zaman Azərbaycanın yenidən doğuluşu, dirçəlişi və ədalətin bərpa edilməsi dövrüdür. İndi artıq yeni dövrə qədəm qoymuşuq və bu, Heydər Əliyevin uğrunda mübarizə apardığı Türkiyə-Azərbaycan qardaşlığının dövrüdür. 15 iyun 2021-ci il tarixində məhz işğaldan azad edilmiş Şuşada Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması ilə yeni dövrün təməli atıldı. 

Təsadüfi deyil ki, Şuşa Bəyannaməsi məhz 15 iyunda – Milli Qurtuluş Günündə imzalanıb. Heydər Əliyevin daha bir arzusu, daha bir tövsiyəsi yerinə yetirildi. İndi hədəflərimiz daha böyükdür və Prezident İlham Əliyevin xalqın dəstəyi ilə Azərbaycanı böyük hədəflərə doğru aparır.  

Prezident İlham Əliyev Azərbaycanı Qələbəyə tam şəkildə hazırlamışdı. Hərçənd ki, sülh danışıqları gedirdi və Bakı sülhə sadiq idi. Lakin işğalçı Ermənistan beynəlxalq hüquqa, BMT qətnamələrinə məhəl qoymur, əksinə, yeni işğal planları hazırlayırdı. Amma 27 sentyabr, 2020-ci il tarixində mülki əhaliyə qarşı terror hücumu səbr kasasını daşıran sonuncu damla oldu. Həm düşmən, həm də bütün dünya Azərbaycanın gücünü gördü!

Vasif Həsənli

Demokrat.az xəbər portalının baş redaktoru

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elxan Mikayılova VƏZİFƏ verildi

Elxan Mikayılova VƏZİFƏ verildi

Şamaxıda ağır qəza: 4 nəfər xəsarət aldı

Şamaxıda ağır qəza: 4 nəfər xəsarət aldı

Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNAT

Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNAT

Qusarda İCLAS: İcra başçısı təhsildən yayınan uşaqların işlərinə baxdı - FOTO

Qusarda İCLAS: İcra başçısı təhsildən yayınan uşaqların işlərinə baxdı - FOTO

WUF13 Festivalında DƏYİŞİKLİK edildi - FOTO

WUF13 Festivalında DƏYİŞİKLİK edildi - FOTO

Dövlət məktəblərində xarici dildə oxumaq istəyən şagirdlərin DİQQƏTİNƏ

Dövlət məktəblərində xarici dildə oxumaq istəyən şagirdlərin DİQQƏTİNƏ

Metin Tokel Azərbaycanda rəsmi səfərdədir - FOTO

Metin Tokel Azərbaycanda rəsmi səfərdədir - FOTO

Monqolustandan olan jurnalistlər Azərbaycan haqda: Bir gənc nar şirəsi satırdı, pulsuz qonaq etdi...

Monqolustandan olan jurnalistlər Azərbaycan haqda: Bir gənc nar şirəsi satırdı, pulsuz qonaq etdi...

“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı

“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı

Dünyanın ən gözəl pulları bəlli oldu - FOTO

Dünyanın ən gözəl pulları bəlli oldu - FOTO

Putin Müctəba Xameneinin mesajına görə TƏŞƏKKÜR ETDİ - Əraqçi ilə görüşdə...

Putin Müctəba Xameneinin mesajına görə TƏŞƏKKÜR ETDİ - Əraqçi ilə görüşdə...

Andrey Babiş İlham Əliyevi Çexiyaya DƏVƏT ETDİ

Andrey Babiş İlham Əliyevi Çexiyaya DƏVƏT ETDİ

Küləyin sürəti artıb - FAKTİKİ HAVA

Küləyin sürəti artıb - FAKTİKİ HAVA

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yollar BAĞLANIR

Çexiya Azərbaycana yeni HƏRBİ TƏYYARƏ təklif etdi

Çexiya Azərbaycana yeni HƏRBİ TƏYYARƏ təklif etdi

Hökumət üzvlərinin mayda keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ

Hökumət üzvlərinin mayda keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ

Polşalı qadın azərbaycanlı sevgilisini polisə verdi: 25 min dollar qalmaqalı

Polşalı qadın azərbaycanlı sevgilisini polisə verdi: 25 min dollar qalmaqalı

SON DƏQİQƏ! Benzinin aksiz dərəcələri DƏYİŞDİ – RƏSMİ

SON DƏQİQƏ! Benzinin aksiz dərəcələri DƏYİŞDİ – RƏSMİ

Bakı 42 km-lik marafona hazırlaşır - 6 gün qaldı

Bakı 42 km-lik marafona hazırlaşır - 6 gün qaldı

Bulvarda keçirilməsi planlaşdırılan konsertlər TƏXİRƏ SALINDI – FOTO

Bulvarda keçirilməsi planlaşdırılan konsertlər TƏXİRƏ SALINDI – FOTO

4 saylı cəzaçəkmə müəssisəsinin rəisi İŞDƏN ÇIXARILDI

4 saylı cəzaçəkmə müəssisəsinin rəisi İŞDƏN ÇIXARILDI

SON DƏQİQƏ! Çin kosmik müharibəyə hazırlaşır

SON DƏQİQƏ! Çin kosmik müharibəyə hazırlaşır

Babiş: “Zelenski bura gəldi, Ciorcia Meloni də səfər edəcək”

Babiş: “Zelenski bura gəldi, Ciorcia Meloni də səfər edəcək”

Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? – VİDEO

Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? – VİDEO

End of content

No more pages to load

RADİO