Niyə sovet qadınları Raisa Qorbaçovaya nifrət edirdi? - İNANILMAZ SƏBƏBLƏR

SSRİ prezidenti Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova sovet qadınları üçün örnək və üslub ikonasına çevrilə bilərdi, amma əksinə oldu: həmyerliləri ona sadəcə dözə bilmədilər.
Raisa Titarenko 1932-ci ildə o vaxt Qərbi Sibirdə, indiki Altay diyarında şəhər olan Rubtsovskda anadan olub. Orta məktəbi qızıl medalla bitirən gənc Raisa Moskva Dövlət Universitetinin nüfuzlu fəlsəfə fakültəsinə imtahansız qəbul olub.

Elə orada Mixail Qorbaçovla tanış olub. Raisa gözəl deyildi, lakin Mixaili sehrli səsi valeh edirdi. 

Əvvəllər heç nə ilə yadda qalmasa da birinci xanım olduqdan sonra Raisa ictimai fəallığını artırdı. Akademik Lixaçev və tarixçi Myasnikov ilə birlikdə Sovet Mədəniyyət Fondunu yaratdı. O dövrdə mədəni tədbirlərə böyük məbləğ - təxminən 100 milyon ABŞ dolları xərclənmişdi.
Fond muzeylərin dəstəklənməsi, kilsə və abidələrin bərpası, xaricdən çıxarılan incəsənət nümunələrinin, kitabxana və arxivlərin İttifaqa qaytarılması ilə məşğul olurdu.

Savadlı, fəal, bilikli və həmişə zərif olan Qorbaçova bütün sovet qadınları üçün ideal və nümunə ola bilərdi. Ancaq bunun əksi oldu: xarici jurnallar və təşkilatlar ona yeni titullar verərkən, həmyerliləri Raisa xanıma nifrətlə zəng edərək, geyimlərinə görə tənqid edirdilər. Onun xərclədiyi böyük pullar haqqında çoxlu söz-söhbətlər gəzirdi. O zaman deyirlərdi ki, Raisanın evindəki seyflər büdcə puluna alınmış zinət əşyaları ilə doludur.

Raisa nəyə görə özünü çirkin qadınlarla əhatə etmişdi?

Birinci xanımın ətrafında onlarla qulluqçu, aşpaz və təmizlikçi var idi. Onlara akademiklər kimi maaş verilirdi. Lakin onların hamısını KQB nəzarətdə saxlayırdı ki, sirr kənara çıxmasın. Raisa bütün ətrafına, hətta xidmətçi qadınları da özü seçirdi.

Və bu seçim zamanı ən çirkin qadınları irəli çəkirdi. Bunun da iki səbəbi vardı: birincisi hamıdan qəşəng görünmək istəyirdi. İkincisi, ərini nəzarətdə saxlayırdı.
Qorbaçova çox həris idi. O bir dəfə “Pierre Cardin”in bütün kolleksiyasını almışdı. 

Raisa üçün paltarlar Kuznetski Most-dakı Moda Evində tikildi. Dizayneri isə Qorbaçov özü seçmişdi. Baş dizayner Tamara Makeyeva ilk görüşdə demişdi ki, “Altmış rəssam arasından məni seçmisiniz, bu o deməkdir ki, mən lazım bildiyimi edəcəm. Razı deyilsinizsə, başqasını axtarın."

Raisa həmişə çiçəklər və şirniyyatlarla Modellər Evinə gəlirdi və heç vaxt gecikmirdi. Atelyenin işçiləri əşyaları onun evinə uyğunlaşdırmaq üçün gətirəndə o, nəzakətli davranır, zadəganlıq və şıltaqlığa yol vermirdi. Raisanın istədiyi yeganə güzəşt o idi ki, özü xaricdən parçalar alsın. Qorbaçov ən çox zərif kostyumları və paltarları, yaylı bluzları, pompaları, boyunbağıları və xəz paltoları sevirdi: bütün bunlar onun imza tərzinə çevrildi.

ABŞ prezidentinin xanımı Raisya nifrətini gizlətmirdi

Digər ölkələrin birinci   xanımları Raisəyə heç zaman üstünlük vermədilər. Nensi Reyqan öz xatirələrində onu “zinətlər kraliçası adlandırır və qəzəblə yazırdı ki, “Qorbaçova uşaqlar və ailə məsələlərindən daha çox zinət əşyaları və pul haqqında danışırdı”.

İkinci görüşdən sonra Nensi onun üçün hazırlanmış pancake, kürü, qaragilə və antik samovarla təşkil edilən "rus çay süfrəsi"ni kəskin tənqid etmişdi. 
Üçüncü görüş tam bir fəlakət oldu. Reyqanlar Qorbaçovları qonaq etdi, Nensi sahibə rolunu oynadı. Lakin Raisa diqqət mərkəzində oldu. Söhbət üçün yeni biznes təklifləri oldu, bir şirkətdən digərinə keçid haqqında müxtəlif söhbətlər danışıldı. Qorbaçovlar gedəndə Reyqanın arvadı dözməyib: “Bəs bu xanım özünü kim hesab edir?” demişdi.

Həm həmyerlilər, həm də birinci xanımlar bir çox səbəbdən Qorbaçovanı sevmirdilər:  Sovet qadınları Raisaya ona görə nifrət edirdilər ki, onların heç vaxt belə qəşəng paltarları, zinyət əşyaları, xarici səfərləri və ya öz villaları olmayacaq. Başqar dövlət başçılarının xanımları isə Raisanın sərhədsiz sərbəstliyindən və və bu sərbəstliyini başqa dövlətlərə də təsir imkanlarına görə rəncidə olurdular.

Qorbaçov SSRİ prezidentliyindən istefa verəndən sonra Raisa ekranlarda və qəzetlərdə görünməyi dayandırdı.

Onun paltarlarını və zinət əşyalarını daha heç kim müzakirə etmirdi. Jurnalistlər artıq ONUN ictimai fəaliyyətiylə maraqlanmırdılar. Çünki, Raisa Qorbaçova özünü sevdirə bilmədi.
Ona görə də çox tez unuduldu. Bəlkə də bu diqqətsizlik Raisanı sağalmaz xəstəliyə düçar etdi. 1999-cu ildə, onun leykoz xəstəsi olduğu məlum oldu. Klinikaya sağalmaq ümidi ilə gedəndə o ərinə “Yəqin ki, mən belə ağır xəstəliyə düçar olub ölməliyəm ki, insanlar məni bağışlasın” demişdi”.

Surxay Atakişiyev, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb — Açıqlama

Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb — Açıqlama

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

Kəlbəcərdə çay kənarından meyit tapıldı

Kəlbəcərdə çay kənarından meyit tapıldı

Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi – FOTO

Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi – FOTO

Nazir müavini BMT-də minaların törətdiyi fəsadlardan danışdı

Nazir müavini BMT-də minaların törətdiyi fəsadlardan danışdı

İran BƏƏ-ni xəbərdar etdi: Bütün limanlar vurulacaq

İran BƏƏ-ni xəbərdar etdi: Bütün limanlar vurulacaq

Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi

Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

Argentina millisinin qələbə üçün 9 BATİL İNANCI

Argentina millisinin qələbə üçün 9 BATİL İNANCI

Yüksək temperatur Türkiyədə meşə yanğınlarına səbəb oldu - FOTO

Yüksək temperatur Türkiyədə meşə yanğınlarına səbəb oldu - FOTO

Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya GƏTİRİLİR - RƏSMİ

Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya GƏTİRİLİR - RƏSMİ

Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

Livan Prezidenti Trampla görüşmək üçün ABŞ-yə GETDİ

Livan Prezidenti Trampla görüşmək üçün ABŞ-yə GETDİ

Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

“Neftçi” Konfrans Liqası üçün heyətini açıqladı

“Neftçi” Konfrans Liqası üçün heyətini açıqladı

Yuxuda qızıl tapmaq nə deməkdir?

Yuxuda qızıl tapmaq nə deməkdir?

DİN-dən əməliyyat: Tonlarla çətənə kolu məhv edildi

DİN-dən əməliyyat: Tonlarla çətənə kolu məhv edildi

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA

Məşhur Portuqaliya klubu müflis oldu

Məşhur Portuqaliya klubu müflis oldu

Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

Vüqar Həşimovun qardaşı YÜKSƏK VƏZİFƏ qazandı

Vüqar Həşimovun qardaşı YÜKSƏK VƏZİFƏ qazandı

End of content

No more pages to load

RADİO