Ötən həfət baş tutan iqtidar-müxalifət dialoqunda nəzərə çarpan məqamlardan biri də digər dialoqlarda iştirak etmiş Xalq Partiyasının sədri Pənah Hüseynin bu görüşdə iştirak etməməsi oldu.
Məsələ ilə əlaqədar Moderator.az-a açıqlama verən Pənah Hüseyn görüşdə iştirak etməmə səbəbini açıqlayıb:
“Tədbirə qatılmamağım siyasi səbəblə bağlı deyil, sırf texniki səbəblərə görə iştirak edə bilmədim. Bu görüşü dialoq yox, iqtidarla bir qrup müxalifət partiyasının görüşü adlandırardım. Bunu tədbir zamanı Əli Həsənovun özü də qeyd etdi. Prezident Administrasiyasının şöbə müdiri həmçinin qeyd etdi ki, iqtidar siyasi islahatlar aparmağa hazır deyil. Lakin görüş zamanı partiya rəhbərləri siyasi məhbuslar məsələsini gündəmə gətirərək bu problemin tezliklə həll olunmasını istədilər. Bu kimi məsələlərin qabardılaraq iqtidarın nəzərinə çatdırılması üçün hesab edirəm ki, bu görüşlər davamlı olmalıdır.”x9d
Xəyal Əzizov