İsrail ordusu (SAXAL) son sutka ərzində Livanın cənubuna endirilən hava zərbələri nəticəsində "Hizbullah" hərəkatının 20-dən çox döyüşçüsünün öldürüldüyünü bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə SAXAL-ın məlumatında qeyd olunub.
Bildirilib ki, İsrail ordusu son 24 saat ərzində "Hizbullah"ın təxminən 65 infrastruktur obyektinə də zərbələr endirib.
İsrail ordusunun məlumatına görə, zərbələr xüsusilə hərəkata məxsus silah anbarlarına, müşahidə məntəqələrinə, komandanlıq mərkəzlərinə və digər obyektlərə endirilib.
Bizim.Media