Amerikalı sahibkar İlon Mask Pekində ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpinin iştirakı ilə keçirilən rəsmi dövlət qəbulundakı fotosessiya zamanı üz-gözünü turşudub.
Bizim.Media xəbər verir ki, bununla bağlı "Daily Mail" nəşri məlumat yayıb.
Onlarla amerikalı top-menecerdən ibarət nümayəndə heyəti Ağ Ev rəhbəri ilə birlikdə Çinin paytaxtına gəlib. İştirakçılar rəsmi dövlət qəbuluna dəvət olunublar və nahar yeməyi də bu qəbulun bir hissəsi olub.
Banketdən çəkilən görüntülərdə "Tesla" və "SpaceX" rəhbərinin üz-gözünü turşudaraq baş barmağını yuxarı qaldırdığı (əla işarəsi göstərdiyi) müşahidə olunub.
Bizim.Media