ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ölkədə 41 nəfərin hantavirusa yoluxma şübhəsi ilə nəzarət altında saxlanıldığını bəyan edib.
Bizim.Media bu barədə “Reuters”ə istinadla xəbər verir.
Nəşrin məlumatında qeyd olunub ki, onların əksəriyyətinə 42 gün ərzində evdə qalmaq və ətrafdakılarla təmasdan qaçmaq tövsiyə olunub. CDC-nin operativ qərargahının rəhbəri doktor Fitterin sözlərinə görə, nəzarət edilən bütün şəxslər üç əsas qrupa bölünüb.
Birinci qrupa yaxın vaxtlarda ABŞ-yə qayıdan və hazırda Nebraska və Emoridə olan sərnişinlər daxildir.
İkinci qrupa epidemiya aşkarlanmazdan əvvəl gəmidən düşərək evinə qayıdan şəxslər aiddir.
Üçüncü qrup isə səyahət zamanı, o cümlədən xəstəlik simptomları olan şəxsin mindiyi reyslərdə yoluxma ehtimalı olan sərnişinlər və digər şəxslərdən ibarətdir.
Bizim.Media