Əli Əsədov BƏƏ-yə səfər etdi - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə səfər edib.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib. 

Əbu-Dabi Beynəlxalq Hava Limanında Baş naziri BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei qarşıladı.

Suhail Al Mazrouei ilə qısa görüş əsnasında Baş nazir Əli Əsədov görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Baş nazir Əli Əsədov daha sonra BƏƏ Prezidentinin iqamətgahında bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb. Ə.Əsədov Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Hökuməti və xalqı adından BƏƏ-nin dövlət başçısına dərin hüznlə başsağlığı verib. 

Şeyx Xəlifə bin Zayed Al Nəhyanın Azərbaycan-BƏƏ əlaqələrinin inkişafında böyük xidmətləri olduğu vurğulandı.

Eyni zamanda yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin daha da çiçəklənəcəyinə, Azərbaycan-BƏƏ əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməyə davam edəcəyinə əminlik ifadə olunub. 
Baş nazir Əli Əsədov, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumla görüşdü, ona dərin hüznlə başsağlığı verib.

Görüşlərdə iki ölkə arasında əlaqələrin uğurlu inkişafı xüsusi vurğulandı, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da gənişlənəcəyinə əminlik ifadə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətəndaşların müraciətlərinə bu hallarda BAXILMAYACAQ

Vətəndaşların müraciətlərinə bu hallarda BAXILMAYACAQ

Sumqayıtın bəzi ərazilərində içməli su olmayacaq

Sumqayıtın bəzi ərazilərində içməli su olmayacaq

Dövlət qurumlarına qəbula yazılmaq qaydası dəyişəcək – TƏLƏBLƏR

Dövlət qurumlarına qəbula yazılmaq qaydası dəyişəcək – TƏLƏBLƏR

Dünyanın siyasi XRONİKASI – VİDEO

Dünyanın siyasi XRONİKASI – VİDEO

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə YENİLİK

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə YENİLİK

Duş kabina Kontakt.az-da — ölçü, poddon, qapılar

Duş kabina Kontakt.az-da — ölçü, poddon, qapılar

Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür etdi – FOTO

Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür etdi – FOTO

Cəlilabadda məktəblini maşın vurub öldürdü

Cəlilabadda məktəblini maşın vurub öldürdü

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı - FOTO

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı - FOTO

Masallıda 7 il əvvəl arvadını öldürən şəxsdən XƏBƏR VAR

Masallıda 7 il əvvəl arvadını öldürən şəxsdən XƏBƏR VAR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Evinin 100 metrliyində qaz xətti olsa da QAZSIZ qalıb - 95 yaşlı sakindən ŞİKAYƏT – VİDEO

Evinin 100 metrliyində qaz xətti olsa da QAZSIZ qalıb - 95 yaşlı sakindən ŞİKAYƏT – VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO

10 il ərzində Çin əhalisi 60 milyon AZALACAQ?

10 il ərzində Çin əhalisi 60 milyon AZALACAQ?

Azərbaycanda məktəblərdə rus sektoruna qəbul qaydası DƏYİŞDİ

Azərbaycanda məktəblərdə rus sektoruna qəbul qaydası DƏYİŞDİ

Bu ərazidə yeni metro stansiyası tikiləcək - VİDEO

Bu ərazidə yeni metro stansiyası tikiləcək - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Dünya bazarlarında neft BAHALAŞIR

Dünya bazarlarında neft BAHALAŞIR

DİQQƏT! Bakının iki rayonunda qaz kəsiləcək

DİQQƏT! Bakının iki rayonunda qaz kəsiləcək

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində - FOTO

Zamanı aşan ömür: Zərifə Əliyeva irsi

Zamanı aşan ömür: Zərifə Əliyeva irsi

Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Rubiodan İranın raket ehtiyatı ilə bağlı AÇIQLAMA

Rubiodan İranın raket ehtiyatı ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO