Ukraynanı Qələbəyə aparan dəyərlər

Bəşər tarixinin minillik səlnaməsinə nəzər salsaq görərik ki, hər bir xalqın və millətin formalaşmasının kökündə fundamental milli-mənəvi dəyərlərin genetik kodları dayanır.

Dünyanın inkişaf etmiş ölkələrinin dövlətçilik təcrübəsi onu deməyə əsas verir ki, bir millətin və cəmiyyətin inkişaf etdirilməsində ortaq milli, mənəvi dəyərlərin qorunması nə qədər mühüm əhəmiyyət kəsb edir. 

Bu baxımdan, Ukraynada ortaq milli mənəvi dəyərlərin, multikulturalizm, tolerantlıq və dini dözümlülüyün kökü qədim dövlətçilik ənənələrinə söykənir. Ukrayna mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti olan çoxmillətli, çoxkonfessiyalı ölkə kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun məkanlarından biri kimi tanınır.

Ortaq dəyərlər dinindən, milliyyətindən, siyasi baxışlarından asılı olmayaraq bu ölkədə yaşayan hər bir insan üçün ümumi ehkamlara söykənir. Ukrayna xalqının zəngin dəyərləri bugünkü tolerant yaşam tərzindən çox, əsrlər boyu qoruyub saxladığı genetik ruhunun elmi, fəlsəfi yaddaşında yaşayır.
Həmin ruh tarixin müxtəlif dönəmlərində qabarıq şəkildə oyanaraq böyük dəyərlərə malik olan bu xalqı dövlətçilik və müstəqillik məfkurəsi ətrafında birləşdirməklə üzləşdikləri ağır problemlərdən xilas edib.


Bu il fevral ayının 24-də Rusiyanın bu ölkəyə qarşı başlatdığı ağır və amansız müharibə Ukrayna xalqının genetik yaddaşının dərin qatlarında gizlənmiş qəhrəmanlıq, döyüşkənlik, birlik və mehribanlıq ruhunu oyatmaqla cəmiyyətdə yeni dəyərlər formalaşdırıb. Ukrayna xalqı çoxəsrlik tarixinin ən duyğulu, kövrək və şərəfli anlarını yaşayır.

Unutmaq lazım deyil ki, müstəqillik tarixinin 31-ci il dönümünü yaşayan Ukrayna xalqı neçə on illiklərdir özlərini və dövlətlərini Rusiyanın aqressiv siyasətindən xilas etmək üçün mücadilə aparır.

Rusiya bir neçə əsrdir ardıcıl olaraq Ukraynada fərqli adlarla öz yırtıcı mədəniyyətinin üstünlüyünü təmin etmək, bu ölkədə yaşayan millətlərə assimilyasiya obyekti kimi baxmaqla, onları cismən və yaxud mənəvi cəhətdən əritmək, yox etmək siyasətini həyata keçirir. Ukrayna xalqının genetik kodu möhkəm olduğu üçün Rusiya neçə əsrlərdir bu xalqın milli dəyərlərini sındırıb özünküləşdirə bilmir.

Bu istəyinə nail olmadığı üçün uzun əsrlərdir bu xalqın deyən dili, düşünən beyni kəsilib. Dünyanın sivil bir xalqına nasist, bander damğası vurulub. Milli mücadilə yolunu tutan ziyalılar, aydınlar, elm adamları zaman-zaman öz doğma yurdlarından repressiya və sürgünlərə məruz qoyulub.
1932-33-cü illərdə rus imperiyasının (Stalin rejiminin) qəzəbinə tuş gələn Ukrayna xalqına qarşı tarixdə misli görünməmiş Qolodomor Soyqırım siyasəti həyata keçirilib. Aclıq və səfalət pərdəsi altında Ukraynanın bütün vilayət  və şəhərlərinin ərzaq eytiyat anbarları rus emissarları tərəfindən həm qarət olunub, həm də yandırılaraq məhv edilib.

Burada əsas məqsəd Ukrayna xalqının milli düşüncəsini sındırmaq, onların bir millət kimi varlığına son qoymaq, genetik kodlarından uzaqlaşdırmaqla ac və yalavac duruma gətirilməsi siyasəti olub. Əslində, rus totalitar rejimi az da olsa, bu çirkin niyyətinə nail olub. Son bir il içərisində 10 milyondan çox insan aclıq və səfalətin qurbanına çevrilib.

Bu baxımdan, bir milləti yox etmək üçün onun milli ruhunu, zəngin dəyərlərini məhv etmək siyasəti Rusiyanın dövlət idarəetmə strategiyasının əsas  prioriteti hesab  olunub. Rusiyanın irticaçılıq siyasəti bu gün Vladimir Putin tərəfindən daha amansız və qəddarcasına davam etdirilməkdədir.

Ukraynanı qələbəyə aparan zəngin dəyərlər oyanan genetik yaddaşın haqq savaşıdır. 


Ukraynada 2004-2005-ci illərdən başlayan narıncı inqilab bu millətin uzun əsirlərdən başlayaraq dövlət müstəqilliyi uğrunda apardıqları mübarizəni genetik  oyanış mərhələsi kimi xarakterizə etmək olar.

Bunu, həmçinin Rusiyanın zaman–zaman bu xalqın beyninə, ruhuna hopdurduğu süni böyük qardaş məfhumunun, möhtəşəm rus mədəniyyəti anlayışının və məğlubedilməz imperiya xofunun sındırılması tarixi kimi də qiymətləndirmək olar.

Əsrlər boyu Rusiyanın zülmündən əziyyət çəkən Ukrayna xalqının qərbə üz tutması, demokratiya, müstəqillik və azadlıq məfkurəsini milli-mənəvi dəyərlərinin güclü genetik yaddaş kodları üzərində qurulmasını təmin etmələri çıxdıqları yolun çətin, ağrılı və acılı olmasına baxmayaraq qələbə ilə sonuclanacağı əminliyini ortaya qoydu.

Narıncı inqilabdan sonra Viktor Yuşenkonun hakimiyyətə gəlişi ilə paytaxt Kiyev şəhərində Qolodomor Soyqırımı abidəsinin ucaldılması rusların əsrlər boyu bu xalqa yaşatdığı faciələrin tarixi gerçəkliklərini yaddaşlarda yenilədi. Bu, həmçinin Ukrayna xalqının milli kimliyini, zəngin dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmkarlığını özünə qaytardı. 

Bu proses 2010-cu ilə qədər Rusiyanın ağır təpkisi altında davam edərək, sözügedən ölkənin milyardlarla dollar hesabına hazırladığı siyasi marionetka Viktor Yanukoviçin hakimiyyətə gətirilməsinə qədər ağrılı, acılı yollar keçdi.
2014-cü ilə qədər süni şəkildə davam edən bu yol Avroatlantik məkana inteqrasiya strategiyasının boğulmasına start verildiyi anda, Ukrayna xalqının milli kimliyi, özünüdərk prosesinin qarşısında duruş gətirə bilmədi.

Yəni, 2014-cü ildə Ukraynada 2-ci dəfə baş verən Maydan hərəkatı Rusiyanın imperialist siyasətini alt-üst etməklə, yeni milli mücadilə hərəkatının qurulmasını təmin etdi. Təbii ki, Rusiya Ukraynanın milli ruhunu, zəngin dəyərlərini sarsıtmaq və məhv etmək üçün ənənəvi işğalçılıq siyasətinə üstünlük verdi.

Bununla da yenicə qurulmuş Pyotr Poroşenkonun hakimiyyəti dövründə Krım, Donetsk və Luqansk vilayətlərini işğal etməklə  Ukraynanın dövlət müstəqilliyini sarsıtmaq və bu ölkə üzərində geosiyasi dominantlığını qoruyub saxlamağa çalışdı. 

Təbii ki, Rusiya ənənəvi iredentizm xarici siyasi gedişatını hesablasa da, Ukrayna xalqının minilliklərə söykənən mübarizlik, əzimkarlıq və qəhrəmanlıq dəyərlərinin oyanması gerçəkliyini dəyərləndirə bilmədi.


2019-cu ildə Ukrayna xalqı Vladimir Zelenskini böyük səs çoxluğu ilə prezidentlik kürsüsünə gətirəndə Rusiyanın siyasi dairələri və analitik mərkəzləri, bu xalqı aktyor seçiminə görə məzəmmət edib, ələ salırdı. Bu gün heç bir dövlət təcrübəsi olmayan, aktyor Vladimir Zelenski dünyanı daima təhdid altında saxlayan Rusiya kimi çoxəsirlik tarixə malik olan hegomon bir dövlətin başçısı, adaşı Putinlə  hərbi, siyasi meydanda üz-üzə dayanıb.

Bu gün bütün dünya bu qarşıdurmada, Vladimir Zelenskinin xalqı ilə bir səngərdə dayanaraq, dövlətinin sıravi əsgəri kimi Rusiyanın amansız işğalçılığına qarşı duruş gətirməsinə qəhrəmanlıq kimi baxır.
Tam əminliklə qeyd etmək istəyirəm ki, Ukraynanın Rusiya ilə qeyri bərabər döyüşdə üstünlük əldə etməsinin kökündə, xalqla, dövlət başçısının milli dəyərlərə söykənən həmrəyliyi dayanır. Əslində, bu gün Ukrayna xalqı tək öz ölkələri üçün deyil, ümumbəşəri dəyərlərin qorunması uğrunda  mübarizə aparır.

Bu gün çağdaş dünyada demokratiyanın alternativi yoxdur. Bu baxımdan Ukrayna xalqını  milli-mənəvi dəyərlərinə söykənərək çıxdığı yoldan geri qaytarmaq qeyri mümkündür. Bunu Rusiya hakimiyyəti bir acı həqiqət kimi qəbul edir və  Ukrayna xalqını bu yoldan geri döndərmək üçün ənənəvi soyqırım və işğalçılıq siyasətinə üstünlük verir.

Əksinə, Rusiyanın bu aqressiv addımı, Ukrayna xalqını tarixdə olmadığı qədər bir-birinə sarıyıb. Fevral ayının 24-nə qədər cəmiyyətdə Rusiya ilə Ukrayna xalqlarının qardaşlıq və qohumluq əlaqələrinə böyük inam bəsləyən insanların içərisində 180 dərəcə bucaq altında əks fikir formalaşıb. Bu müharibə Ukraynada dinindən, milliyyətindən, siyasi düşüncəsindən asılı olmayaraq hər bir insanın ictimai, siyasi, mədəni, sosial fəlsəfi düşüncəsində yeni dəyərlər formalaşdırıb.

Müharibəyə qədər olan dönəmdə insanlar arasında bir-birinə qarşı olan biganəlik, qəzəb, kin, küdurət anlayışı, doğmalıq, həmrəylik, lütfkarlıq, mərhəmət və  sevgi dəyərləri ilə əvəzlənib. O dəyərlər ki ona nə topla, nə  raketlə, nə də nüvə hədəsi ilə qalib gəlmək mümkündür. Bu baxımdan Ukrayna xalqı ilk gündən etibarən müharibənin ən böyük qələbəsini qazanıb. Bu zəngin milli, mənəvi dəyərlərə söykənən Ruh Yüksəkliyidir.


Bu gün Ukrayna xalqı 3 aya yaxındır ki, hərbi, siyasi meydanda neçə yüzilliklərdir dünyanı ölüm xofu altında saxlayan Rusiya imperiyasına qarşı mücadilə aparır. Bu haqq savaşında Ukraynada yaşayan millətlərin ürəyi bir qəlbdə döyünür.

İstər arxa, istərsə də ön cəbhədə çiyin-çiyinə döyüşən hər bir kəs bir-birinə qardaş, sirdaş, dost olmağı bacarır. Kilsələrə, məscidlərə, sinoqoqlara sığınan insanlar bir-birinə sarılıb eyni dildə dua etdi. Dünyanın ürəyi Ukraynada, Ukraynanın ağrı, acısı dünyada duyulur.

Uşaqdan tutmuş, qadınına, qadınından tutmuş qocasına qədər hər bir kəs özünü hərbi, ideoloji səngərlərdə hiss edir. Rusiyanın Ukraynaya atdığı raketlərin ah-naləsi hər bir evdən eşidilir. Mariopolda övladını itirən ananın göz yaşları Buçada, İrpendə, Xarkovda Allaha dua edən nənələrin gözündən süzülür.

Ukrayna xalqının ruhunda oyanan bu dəyərləri dünyanın heç bir silahı dağıda bilməz. Bu dəyərlər  Rusiyanın totalitar imperiya düşüncəsini  tapdalayıb keçərək, yüz illər boyunca bu ölüm kabusunun mənəvi əsarəti  altında hökmranlıq edən tiranların da ömrünə son qoyacaq. Ukraynadan şərqə doğru doğacaq, azadlıq, demokratiya və rifah günəşi dünyada yeni dəyərlərin qol-qanad açmasına zəmin yaradacaq.

Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Ukrayna Maliyyə Nazirliyinin Maliyyə İdarəetmə Akademiyasının rəhbərinin müavini Azər Xudiyev

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətəndaşların müraciətlərinə bu hallarda BAXILMAYACAQ

Vətəndaşların müraciətlərinə bu hallarda BAXILMAYACAQ

Sumqayıtın bəzi ərazilərində içməli su olmayacaq

Sumqayıtın bəzi ərazilərində içməli su olmayacaq

Dövlət qurumlarına qəbula yazılmaq qaydası dəyişəcək – TƏLƏBLƏR

Dövlət qurumlarına qəbula yazılmaq qaydası dəyişəcək – TƏLƏBLƏR

Dünyanın siyasi XRONİKASI – VİDEO

Dünyanın siyasi XRONİKASI – VİDEO

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə YENİLİK

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə YENİLİK

Duş kabina Kontakt.az-da — ölçü, poddon, qapılar

Duş kabina Kontakt.az-da — ölçü, poddon, qapılar

Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür etdi – FOTO

Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür etdi – FOTO

Cəlilabadda məktəblini maşın vurub öldürdü

Cəlilabadda məktəblini maşın vurub öldürdü

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı - FOTO

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı - FOTO

Masallıda 7 il əvvəl arvadını öldürən şəxsdən XƏBƏR VAR

Masallıda 7 il əvvəl arvadını öldürən şəxsdən XƏBƏR VAR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Evinin 100 metrliyində qaz xətti olsa da QAZSIZ qalıb - 95 yaşlı sakindən ŞİKAYƏT – VİDEO

Evinin 100 metrliyində qaz xətti olsa da QAZSIZ qalıb - 95 yaşlı sakindən ŞİKAYƏT – VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO

10 il ərzində Çin əhalisi 60 milyon AZALACAQ?

10 il ərzində Çin əhalisi 60 milyon AZALACAQ?

Azərbaycanda məktəblərdə rus sektoruna qəbul qaydası DƏYİŞDİ

Azərbaycanda məktəblərdə rus sektoruna qəbul qaydası DƏYİŞDİ

Bu ərazidə yeni metro stansiyası tikiləcək - VİDEO

Bu ərazidə yeni metro stansiyası tikiləcək - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Dünya bazarlarında neft BAHALAŞIR

Dünya bazarlarında neft BAHALAŞIR

DİQQƏT! Bakının iki rayonunda qaz kəsiləcək

DİQQƏT! Bakının iki rayonunda qaz kəsiləcək

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində - FOTO

Zamanı aşan ömür: Zərifə Əliyeva irsi

Zamanı aşan ömür: Zərifə Əliyeva irsi

Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Rubiodan İranın raket ehtiyatı ilə bağlı AÇIQLAMA

Rubiodan İranın raket ehtiyatı ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO