Bu gün Azərbaycanla Türkiyə dünyaya daha bir MESAJ VERƏCƏK

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Türkiyənin Qara dəniz sahilində inşa edilən ikinci uçuş-enmə zolağı olan Rizə-Artvin hava limanının açılışı olacaq. Ordu-Giresun hava limanından sonra Rize-Artvin Hava limanı Türkiyənin 2-ci, dünyada isə 5-ci ən böyük dəniz doldurma hava limanı olacaq.

Təbii ki, açılışda iki qardaş ölkənin dövlət başçılarının birgə iştirakı mərasimə beynəlxalq marağı bir qədər də artırır.

Çünki, son illər Azərbaycanla Türkiyə arasında əlaqələr durmadan genişlənir. Milli və dövləti maraqları beynəlxalq aləmdə birgə müdafiə və inkişaf etdirən Azərbaycanla Türkiyə sosial və mədəni tədbirləri də birgə həyata keçirməyə başlayıblar. Təsadüfi deyil ki, son 2 ildə Azərbaycanda həyata keçirilən iri layihələrin açılışında və bayramların qeyd edilməsində hər iki dövlətin başçıları birgə və çox böyük həvəslə iştirak edirlər. Məsələn, 26 oktyabr 2021-ci ildə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Qarabağda ilk aeroportun - Füzuli Hava limanının açılışında iştirak etmişdilər. Bu gün isə belə bir əlamətdar hadisə Rizədə baş tutacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə Rize-Artvin hava limanının açılışı olacaq - İlham Əliyev də iştirak edəcək


Son 5 ildə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrində dəyişən rəqəmlər

Bir millət iki dövlət olan Azərbaycanla Türkiyə hər zaman bir-birinə dayaq olub, iqtisadi əlaqələrin inkişafını davamlı töhfələr verilib. Təsadüfi deyil ki, son beş ildə iki ölkə arasındakı ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb. Belə ki, 2016-cı ildə Azərbaycandan Türkiyəyə 1 milyard 132 milyon 820 min dollarlıq məhsul ixrac edildiyi halda 2020-ci ildə bu rəqəm 2 milyard 597 milyon 776 min dollar olub. Eyni zamanda, 2020-ci ildə Türkiyədən 1 milyard 563 milyon 48 min dollarlıq məhsul idxal edilib.

Ötən il isə ticarət dövriyyəsi daha da artıb. Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə 2 milyard 818 milyon 136 min manatlı məhsul satıb ki, bu da ötən illə müqayisədə 13 faiz artım deməkdir. Bundan əlavə ötən il Türkiyədən ölkəmizə 1 milyard 843  milyon 709 min dollarlıq məhsul idxal edilib ki, bu da əvvəlki illə müqayisədə 16 faiz çoxdur. Beləcə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 661 milyon 845 min dollara çatıb. Bununla da xarici ticarət dövriyyəsində Türkiyə Azərbaycanın ikinci ən böyük tərəfdaşına çevrilib.

Azərbaycanla Türkiyə regonda yeni güc mərkəzidir 

İki ölkə son illər xarici siyasətdə tamamilə eyni mövqedən çıxış edir. Ən xırda məsələdə belə fikir ayrılığına rast gəlinmir. Əksinə iki ölkənin xarici maraqları və baxışları demək olar ki, eyniləşib. Bütün məsələlərdə vahid platforma hazırlanır, yekdil və qətiyyətli mövqe ortaya qoyulur. Bu isə hər iki ölkəni regionda vahid güc mərkəzinə çevirir. Son 25 ilə iki qardaş ölkənin dövlət başçılarının təşəbbüsləri və moderatorluğu ilə bir sıra nəhəng layihələr reallaşdırılıb ki, bu da ümumilikdə Avropa və Asiya dövlətlərinin inkişafına yeni nəfəs verib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri və ən nəhayət TANAP və TAP layihələri dünyaya yeni reallıqlar diqtə elədi.
 

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna paya sahibdir. Yaxın gələcəkdə Avropa dövlətləri Türkiyə ilə Azərbaycanın birgə səyləri və enerji resursları hesabına digər ölkələrdən asılılığı tamamilə aradan qaldırmaq istəyirlər. Bu da hər iki ölkənin Aİ üçün nə qədər önəm daşıdığına bir sübutdur.


Bəli, Azərbaycanla Türkiyə günbəgün yaxınlaşır. Və bu birlik sayəsində hər iki dövlət güclənir, qüdrətlənir.

Regionda əsas söz sahibinə çevrilir. Dünyanın beşinci ən böyük və müasir dəniz doldurma məntəqəsi olan Rize-Artvin Hava Limanınının açılışında iki qardaş ölkənin dövlət başçılarının birgə iştirakı bu mənada böyük hadisədir. Əslində bu tədbir dünyaya yeni mesajdır. Türk dövlətlərinin qüdrətlənməsinin daha bir sübutudur. Ən başlıcası Böyük Turan ideyasına doğru növbəti və nəhəng bir addımdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətəndaşların müraciətlərinə bu hallarda BAXILMAYACAQ

Vətəndaşların müraciətlərinə bu hallarda BAXILMAYACAQ

Sumqayıtın bəzi ərazilərində içməli su olmayacaq

Sumqayıtın bəzi ərazilərində içməli su olmayacaq

Dövlət qurumlarına qəbula yazılmaq qaydası dəyişəcək – TƏLƏBLƏR

Dövlət qurumlarına qəbula yazılmaq qaydası dəyişəcək – TƏLƏBLƏR

Dünyanın siyasi XRONİKASI – VİDEO

Dünyanın siyasi XRONİKASI – VİDEO

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə YENİLİK

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə YENİLİK

Duş kabina Kontakt.az-da — ölçü, poddon, qapılar

Duş kabina Kontakt.az-da — ölçü, poddon, qapılar

Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür etdi – FOTO

Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür etdi – FOTO

Cəlilabadda məktəblini maşın vurub öldürdü

Cəlilabadda məktəblini maşın vurub öldürdü

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı - FOTO

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı - FOTO

Masallıda 7 il əvvəl arvadını öldürən şəxsdən XƏBƏR VAR

Masallıda 7 il əvvəl arvadını öldürən şəxsdən XƏBƏR VAR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Evinin 100 metrliyində qaz xətti olsa da QAZSIZ qalıb - 95 yaşlı sakindən ŞİKAYƏT – VİDEO

Evinin 100 metrliyində qaz xətti olsa da QAZSIZ qalıb - 95 yaşlı sakindən ŞİKAYƏT – VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO

10 il ərzində Çin əhalisi 60 milyon AZALACAQ?

10 il ərzində Çin əhalisi 60 milyon AZALACAQ?

Azərbaycanda məktəblərdə rus sektoruna qəbul qaydası DƏYİŞDİ

Azərbaycanda məktəblərdə rus sektoruna qəbul qaydası DƏYİŞDİ

Bu ərazidə yeni metro stansiyası tikiləcək - VİDEO

Bu ərazidə yeni metro stansiyası tikiləcək - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Dünya bazarlarında neft BAHALAŞIR

Dünya bazarlarında neft BAHALAŞIR

DİQQƏT! Bakının iki rayonunda qaz kəsiləcək

DİQQƏT! Bakının iki rayonunda qaz kəsiləcək

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində - FOTO

Zamanı aşan ömür: Zərifə Əliyeva irsi

Zamanı aşan ömür: Zərifə Əliyeva irsi

Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Rubiodan İranın raket ehtiyatı ilə bağlı AÇIQLAMA

Rubiodan İranın raket ehtiyatı ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO