Şok açıqlama: “20 yanvara qədər İran vurulacaq”

İran İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı General-mayor Hüseyin Selami Birləşmiş Ərəb Əmirlikləri  və İran arasında mübahisəli ərazi olan İran körfəzindəki Əbu Musa adasını ziyarət edib.

İran dövlət televiziyasından verilən məlumata görə, səfərdə general-mayor Selami ilə yanaşı Dəniz Qüvvələri komandanı Əli Rza Tengsiri də iştirak edib.

 

MÖVZU İLƏ BAĞLI:

2021-ci ildə İsrail İran körfəzində olacaq



Əsgərlər qarşısından çıxış edən general Selami, "Əbu Musa, Büyük Tünb və Kiçik Tunc adaları milli müstəqilliyimizin ayrılmaz bir hissəsidir və bölgə xaricindəki qüvvələrə qarşı mübarizədə ən öndəki müdafiə xəttimizdir" deyib.

ABŞ ilə son günlərdə yaşanan gərginliklə əlaqədar mövqe bildirən Selami, İrana qarşı hücüm təhlükəsinin gözlənildiyini, lakin düşmənlərin hər hansı bir təhdid və hücumlarını cavabsız qoymayacaqlarını qeyd edib.

Analitiklərin fikrincə, İran Trampın vəzifəsindən ayrılmadan əvvəl İranın nüvə və hərbi obyektlərinə hücum edəcəyindən narahatdır.

Yanvar ayı ərzində ABŞ ordusunun İranla bağlı problemin birdəfəlik həll edilməsi üçün strateji obyektlərə zərbələr endiriləcəyi istisna edilmir.

Trampdan fərqli olaraq ABŞ-da prezident seçkilərində qalib gələn Co Baydenin dövründə İran ilə ABŞ arasındakı gərginliyin azalacağı gözlənilir. Ona görə də ABŞ-dakı bəzi maraq qrupları Co Baydenin fəaliyyət müddəti başlamazdan əvvəl problemi həll etməyi düşünür.

İranın Donald Trampın səlahiyyət müddəti bitmədən nüvə və hərbi obyektlərinə hücum edə biləcəyi ilə bağlı narahatlığı beynəlxalq mediada da yer alır.

Tramp 20 yanvarda Ağ Evi tərk edəcək və prezidentlik müddəti rəsmi olaraq bitmiş olacaq. Digər tərəfdən də İranın Beynəlxalq Nüvə Agentliyinə uranın zənginləşdirmə fəaliyyətləri ilə bağlı xəbərdarlıq etməsinin də, gərginliyin daha da alovlanmasına təkan verəcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ-ın Bağdaddakı səfirliyi iki həftə əvvəl raket hücumuna məruz qalmışdı. Vaşinqton rəhbərliyi İranın dəstəklədiyi milis qruplarını günahlandırarkən, milislər hücumla əlaqələrinin olmadığını iddia etmişdilər.

Hücumdan sonra tvitter hesabında İrana aid olduğu iddia edilən raketlərin fotolarını paylaşan ABŞ Prezidenti Donald Trump, "İraqdakı amerikalılara qarşı hücumlar barədə şayiələr eşidirik.

İrana dostcasına bir məsləhət. Bir amerikalı ölsə, bunun üçün İran məsuliyyət daşıyacaq" xəbərdarlığını etmişdi.

İranın general Qasım Süleymaninin öldürülməsinin ilk ilində, Vaşinqton rəhbərliyi, ABŞ qüvvələrinə hücum ehtimalına qarşı bölgəyə ağır bombardmançı təyyarələr və sualtı qayıqlar göndərmişdi.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tvitter-də İsrail agentlərinin ABŞ-ı İrana qarşı müharibəyə cəlb etmək üçün İraqdakı amerikalılara hücum etməyi planlaşdırdıqları barədə kəşfiyyat məlumatları olduğunu açıqlamışdı.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT: Mayın 1-də bu yollarda məhdudiyyət olacaq

DİQQƏT: Mayın 1-də bu yollarda məhdudiyyət olacaq

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

ABŞ-da benzin qiymətlərində REKORD

ABŞ-da benzin qiymətlərində REKORD

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

“Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

“Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

Bakı və Astana memorandum imzaladı

Bakı və Astana memorandum imzaladı

Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

SON DƏQİQƏ: Türkiyə-Ermənistan sərhədində zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyə-Ermənistan sərhədində zəlzələ oldu

“Həzi Aslanov” stansiyasındakı su sızmaları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

“Həzi Aslanov” stansiyasındakı su sızmaları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

End of content

No more pages to load

RADİO