İlham Əliyevlə Şarl Mişel arasında TELEFON DANIŞIĞI - BU MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLDİ

Aprelin 23-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə keçirilmiş üçtərəfli görüş qeyd olunub və əldə edilmiş razılaşmalara uyğun olaraq, praktiki və nəticəyönümlü işin aparılmasının önəminə toxunulub.

Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin demarkasiyası və delimitasiyası, iki ölkə arasında sülh müqaviləsinin hazırlanması, nəqliyyat-kommunikasiya xətlərinin açılması məqsədilə verdiyi dəstəyinə və bu məsələləri daim diqqətdə saxladığına görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təşəkkürünü bildirib.

MÖVZU İLƏ BAĞLI:

Şarl Mişeldən İlham Əliyevlə müzakirələrlə bağlı PAYLAŞIM - FOTO


Dövlətimizin başçısı Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulayıb.

Prezident İlham Əliyev sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.

Prezident Şarl Mişel Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunması məqsədilə səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.

Söhbət zamanı minaların təmizlənməsi və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunun 4000 nəfərə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi məqsədilə Avropa İttifaqının ölkəmizə dəstək vermək niyyəti təqdir olunub.

Danışıq əsnasında, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəldilər

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəldilər

Yasamal rayonunda oğurluq edən şəxslər TUTULDU

Yasamal rayonunda oğurluq edən şəxslər TUTULDU

Suraxanıda qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT - VİDEO

Suraxanıda qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT - VİDEO

Çinin keçmiş Baş naziri 98 yaşında vəfat etdi

Çinin keçmiş Baş naziri 98 yaşında vəfat etdi

Azərbaycanda oynayan israilli futbolçu “Sabah” – “Hapoel” matçı haqda danışdı

Azərbaycanda oynayan israilli futbolçu “Sabah” – “Hapoel” matçı haqda danışdı

SON DƏQİQƏ: Xocavənd rayonunda mina partladı - 2 nəfər xəsarət alıb

SON DƏQİQƏ: Xocavənd rayonunda mina partladı - 2 nəfər xəsarət alıb

Xaçmazda 3 nəfər saxlanıldı - Divarlara görün nə yazıblar?

Xaçmazda 3 nəfər saxlanıldı - Divarlara görün nə yazıblar?

Almaniya xüsusi xidmət orqanları xaricdə gizli əməliyyatlar aparacaq - Səlahiyyətləri genişləndirilir

Almaniya xüsusi xidmət orqanları xaricdə gizli əməliyyatlar aparacaq - Səlahiyyətləri genişləndirilir

Mingəçevirdə gənc oğlan su anbarında boğuldu

Mingəçevirdə gənc oğlan su anbarında boğuldu

Cəlilabad rayonunda zəncirvari qəza: YARALI VAR - VİDEO

Cəlilabad rayonunda zəncirvari qəza: YARALI VAR - VİDEO

Araşdırma: Hər ağcaqanad növünün özünə uyğun “insan tipi” var

Araşdırma: Hər ağcaqanad növünün özünə uyğun “insan tipi” var

“Anamın bədən quruluşuna çox həsəd aparıram” - FOTO

“Anamın bədən quruluşuna çox həsəd aparıram” - FOTO

Oğuzun girişində yerləşən park baxımsızlıqdan məhv olur - VİDEO

Oğuzun girişində yerləşən park baxımsızlıqdan məhv olur - VİDEO

Fars körfəzində ABŞ-a məxsus bir hərbi gəmi belə qalmayıb

Fars körfəzində ABŞ-a məxsus bir hərbi gəmi belə qalmayıb

Ermənistanı Rusiya ilə birləşdirən əsas yolun Gürcüstandakı hissəsi yenidən qurulacaq - SƏBƏB

Ermənistanı Rusiya ilə birləşdirən əsas yolun Gürcüstandakı hissəsi yenidən qurulacaq - SƏBƏB

57 yaşlı Cennifer Lopez ağ bikinidə pərəstişkarlarını heyran etdi - FOTO

57 yaşlı Cennifer Lopez ağ bikinidə pərəstişkarlarını heyran etdi - FOTO

Canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI

Canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI

Elgün Səmədov yüksək vəzifəyə SEÇİLDİ – FOTO

Elgün Səmədov yüksək vəzifəyə SEÇİLDİ – FOTO

Tanınmış müəllimin meyiti evindən tapıldı - FOTO

Tanınmış müəllimin meyiti evindən tapıldı - FOTO

SEPAH:Xamenei buna görə ictimaiyyət qarşısına çıxmır

SEPAH:Xamenei buna görə ictimaiyyət qarşısına çıxmır

Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb - FOTO - VİDEO

Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb - FOTO - VİDEO

Rahat, amma havasız salonlar – Yeni avtobusların problemləri ÜZƏ ÇIXDI

Rahat, amma havasız salonlar – Yeni avtobusların problemləri ÜZƏ ÇIXDI

1, yoxsa 15 sentyabr -Məktəblər nə vaxt açılacaq?

1, yoxsa 15 sentyabr -Məktəblər nə vaxt açılacaq?

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

End of content

No more pages to load

RADİO