Fars körfəzində ABŞ-a məxsus bir hərbi gəmi belə qalmayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, briqada generalı Hüseyn Möhebbinin sözlərinə görə, “Ramazan müharibəsi”ndən sonra Fars körfəzində ABŞ-a məxsus heç bir hərbi gəmi qalmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Möhebbi bildirib ki, İran-İraq müharibəsi zamanı Fars körfəzində ABŞ-a məxsus 100-dən çox hərbi gəmi olub.

Onun sözlərinə görə, 40 gün davam edən “Ramazan müharibəsi” başlamazdan əvvəl isə ABŞ-ın bölgədəki hərbi mövcudluğu fərqli səviyyədə olub.
 

İranlı generalın iddiasına görə, sonuncu münaqişə zamanı Tehran müharibənin əhəmiyyətli xərclərinin bir hissəsini qarşı tərəfin üzərinə keçirməyə nail olub. ABŞ isə döyüşlərin nəticələrinin öz ərazisinə yayılmasının qarşısını almağa çalışıb.


Möhebbi qeyd edib ki, ABŞ-ın Cənubi Pars qaz yatağına və Əssəluyehdəki enerji qovşağına zərbələrindən sonra İran ABŞ, İsrail və onların müttəfiqləri ilə əlaqəli obyektlərə uzaqmənzilli və yüksək dəqiqlikli raket zərbələri endirib. Onun sözlərinə görə, bu, Vaşinqtonun hərbi əməliyyatları əvvəlki templə davam etdirməsini çətinləşdirib.

“İran üçün təhlükə yaranarsa, yüz minlərlə kilometr uzunluğundakı enerji xətləri, minlərlə elektrik stansiyası, ABŞ və digər ölkələrə məxsus sistemlər, hətta internetlə əlaqəli qlobal infrastruktur belə təhlükə altında qalacaq”, – deyə SEPAH nümayəndəsi bildirib.

O, həmçinin ABŞ-ın hərbi doktrinasının eyni vaxtda bir neçə cəbhədə döyüş əməliyyatları aparmağı nəzərdə tutduğunu bildirib.

Möhebbinin sözlərinə görə, silah-sursat ehtiyatlarının azalması ABŞ üçün ciddi təhlükə yaradır, çünki Vaşinqton eyni zamanda Sakit okean regionunda Rusiya və Çinlə bağlı çağırışlarla, eləcə də potensial təhlükəli hesab etdiyi digər istiqamətlərdə problemlərlə üzləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

End of content

No more pages to load

RADİO