Bu peşə təhsili müəssisələrində oxuyanlara təqaüd veriləcək

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, iclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə birinci oxunuşda olan üç qanun layihəsi daxil edilib.

Gündəliyin təsdiqindən sonra komitə sədri “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib.

O qeyd edib ki, mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsilanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub.

Bəxtiyar Əliyev bildirib ki, peşə təhsilinin təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın genişləndirilməsi üçün geniş islahatlar həyata keçirilir.

Bu dəyişiklik də Azərbaycan Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına uyğun hazırlanıb.
Deputatlar təklif olunan dəyişikliyi peşə təhsilinə marağın artırılması, bu sahədə əlçatanlığın genişlənməsi və bərabər imkanların yaradılması baxımından yüksək qiymətləndiriblər. Onlar peşə təhsili məzunlarının işlə təmini, peşə təhsili müəssisələrinin orta məktəblərlə sıx əlaqələrin qurulması kimi məsələlərlə bağlı rəylərini, təkliflərini səsləndiriblər.

Deputatlar qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra komitə sədri gündəliyin 2-ci və 3-cü məsələsi olan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb.

Bildirib ki, “Ümumi təhsil haqqında” Qanunun “Əsas anlayışlar” adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.

Qanunun 12-ci maddəsinə irəli sürülən dəyişiklikdə isə ümumi təhsil müəssisələrinin yeni təsnifatı təklif olunub.

Sonra komitə sədri məlumat verib ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanununun 7.0-cı maddəsində və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.

Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmini ilə bağlı görülən tədbirlərdən, qəbul edilən qanun, sərəncam və dövlət proqramlarından bəhs edən Bəxtiyar Əliyev sağlamlıq imkanları məhdud uşaqların mövcud təhsil təminatından istifadə imkanları barədə bəzi göstəricilərə nəzər salıb.
O, ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüsləri, xüsusən də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri, sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü məqsədyönlü işlərin əhəmiyyətindən danışıb.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyin əhəmiyyətini vurğulayan komitə sədri qanunvericiliyə təklif edilən bu dəyişikliklərin də onların təhsili üçün maneəsiz mühit yaratmağa xidmət etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

End of content

No more pages to load

RADİO