Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Taleh Yüzbəyovun estetik əməliyyat etdirən qadınlara dair atmacası bəzi zərif cins nümayəndələrinin ürəyinə tikan kimi batıb.

Sifarişçi şirkət videonu sosial şəbəkədən silsə də, müzakirələr, etirazlar və ittihamlar dalğası davam edir.

“İnsanın öz zahiri görünüşündən müəyyən dərəcədə narazı qalması normal sayılsa da, bu narazılıq həyatın əsas hədəf mərkəzinə çevrilirsə, artıq psixoloji və ya psixiatrik problemdən xəbər verə bilər”.

Bizim.Media xəbər verir ki, bunu “yenisabah.az”a tibb elmləri doktoru, psixiatr Araz Əliquliyev bildirib.

Onun sözlərinə görə, estetik əməliyyatlara həddindən artıq meylin arxasında çox vaxt dismorfofobiya - insanın öz xarici görünüşünü təhrif olunmuş şəkildə qüsurlu hesab etməsi dayanır:

“Əksər hallarda bu cür hallar dismorfofobiya nəticəsində yaranır. Bu pozuntu obsesiv-kompulsiv, ipoxondrik və ya konversion (isterik) pozuntular fonunda ortaya çıxa bilər. Buna görə də estetik əməliyyatlardan əvvəl psixoloji və psixiatrik konsultasiyanın keçirilməsini məqsədəuyğun hesab edirik. Məqsəd mümkün psixi pozuntuların vaxtında aşkarlanmasıdır".

Psixiatr qeyd edib ki, təcrübədə psixi pozuntulardan əziyyət çəkən şəxslərin bədənlərinin müxtəlif nahiyələrində ardıcıl estetik əməliyyatlar etdirdikləri hallarla tez-tez rastlaşırlar:

"Belə xanımlar qaş, göz, burun, dodaq, sinə, qarın, çanaq-sağrı nahiyəsi və hətta ayaqlarda belə estetik müdaxilələr etdirirlər. Təəssüf ki, bəzi hallarda estetik cərrahlar da bundan maddi qazanc üçün fürsət əldə edirlər".

Araz Əliquliyev xüsusilə ayaqlarda aparılan estetik müdaxilələrin riskli olduğunu vurğulayıb:

“Bu nahiyədə əzələlərin və damar şəbəkəsinin çox olması ucbatından gel və digər maddələrin vurulması ciddi ağırlaşmalara səbəb ola bilər və belə fəsadlarla bağlı müraciətlərə tez-tez rast gəlinir”.

Psixiatrın fikrincə, estetik əməliyyatdan əvvəl bir neçə amil mütləq qiymətləndirilməlidir:

“Bunlara psixi pozuntuların olub-olmaması, başqalarına bənzəmək istəyi (yamsılama meyli) və cəmiyyətin yaratdığı sosial status təzyiqi daxildir. Bəzi insanlar düşünür ki, estetik əməliyyat etdirməsələr, cəmiyyətdə geri qalacaqlar. Bu da onları ardıcıl əməliyyatlara sövq edə bilir".

A.Əliquliyev əlavə edib ki, bu gün rinoplastika tibbi göstərişdən asılı olmayaraq, demək olar ki, kütləvi şəkildə həyata keçirilir:

“Bunun nəticəsində insanların təbii görünüşü və fərdiliyi tədricən itir. Küçəyə çıxanda xüsusilə qadınların xarici görünüş baxımından bir-birinə nə qədər bənzədiyini görmək mümkündür. Təbii gözəllik və ilahi bəxş edilmiş daxili harmoniya getdikcə aradan qalxır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

“Eşref” geri qayıdır - Amma təkdir

“Eşref” geri qayıdır - Amma təkdir

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Nazir kombaynla pambıq yığdı – VİDEO

Nazir kombaynla pambıq yığdı – VİDEO

End of content

No more pages to load

RADİO