Fransa Parlamenti, xüsusən 15 yaşından kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edən qanun layihəsinin qəbul edilməsinə səs verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Nəşrin yazdığına görə, senatda keçirilən səsvermədə bu təşəbbüsü 243 nəfər dəstəkləyib, 2 nəfər isə əleyhinə çıxıb. Milli Assambleyada (Aşağı palata) isə qanun layihəsinin lehinə 279 deputat səs verdiyi halda, 81 nəfər narazılığını ifadə edib.
Yeni qanun sosial şəbəkə platformalarının üzərinə istifadəçilərin yaşını yoxlamaq öhdəliyi qoyur.
Lakin qanun mətnində yaşın hansı üsullarla yoxlanılacağı dəqiqləşdirilməyib. Bundan əlavə, qanunvericilik təşəbbüsü məktəblilərin təhsil müəssisələrində mobil telefonlardan istifadəsinə də qadağa qoyulmasını nəzərdə tutur.
Qanunun sentyabr ayında, yeni tədris ilinin başlanması ilə qüvvəyə minəcəyi gözlənilir.
Bizim.Media