Ceyhun Bayramov BƏƏ-nin yeni səfirini qəbul etdi - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Məhəmməd Əl Bluşini qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında birgə tarixi, mədəni, dini bağlara əsaslanan və möhkəm təməl üzərində qurulan əlaqələrin son 30 il ərzində əhəmiyyətli inkişaf yolunu keçdiyini məmnunluqla qeyd edib.

İki dövlət arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğu, həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi ifadə edilib.
Səfir Məhəmməd Əl Bluşi BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın salamlarını çatdırıb.

O, Azərbaycanda diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini ifadə edib.

Tərəflər, ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən alternativ enerji, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, mədən sənayesi, azad iqtisadi zonalar və digər istiqamətlərdə inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov səfirə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə iki ölkə arasında normallaşma prosesi və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışları barədə məlumat verib.
Səfir Məhəmməd Əl Bluşinin fəaliyyətinin Azərbaycan və BƏƏ arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə dair inam ifadə edilib və öz növbəsində Azərbaycan tərəfinin bütün lazımı dəstəyi göstərməyə hazır olduğu vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzər dənizində 2 nəfər xilas edildi

Xəzər dənizində 2 nəfər xilas edildi

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

End of content

No more pages to load

RADİO